"Mavi balina" oynayan azərbaycanlı qız: Hündür binaya çıxdıq

"Mavi balina" oynayan azərbaycanlı qız: Hündür binaya çıxdıqUşaqları və yeniyetmələri "udan" internet oyunu artıq Azərbaycanda da yayılmağa başlayıb. Xatırlatma verək ki, bu günlərdə Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə 6-cı sinif şagirdinin qolunda anlaşılmaz sıyrıqlar aşkar edildi. İddialara görə, həmin şagirdlər "Mavi balina" adlı uşaqlar və yeniyetmələr üçün təhlükəli oyunun təsirilə damarlarını kəsiblər. Bir müddət bundan öncə Şamaxının Xilmilli kəndində 16 yaşlı yeniyetmə özünü asaraq intihar etmişdi. Mətbuatda yayılan iddialara görə, yeniyetmə "Mavi balina" oynadıqdan sonra intihara əl atıb.

Bəs uşaqlar və yeniyetmələr bu oyuna necə aludə olur?

BiG.AZ xəbər verir ki, hazırda kollec tələbəsi olan 16 yaşlı yeniyetmə qız Musavat.com-a oyun haqda danışıb: "Bu oyun "Appstore" və ya "Play market"dən yüklənmir. Doğrudur, orada bu oyunlar var, amma onlar uşaqlar üçündür, çox asandır və bildiyim qədər, təhlükəli deyil. Oyun "Facebook" səhifəmizə linklər vasitəsilə göndərilir. Əvvəldən oyun insana çox maraqlı gəlir, həm də digər oyunlardan heç bir fərqi olmur.

Ona görə də "bu oyunu oynamaq istəyirsən?" sualına özündən asılı olmayaraq "bəli" cavabını verirsən. Beləliklə, öncədən xəbərdarlıq edilir, ad və soyadımız qeydə alınır və oyuna başlayırıq. Oyun 5 "level"dən ibarət olur. İlk tələblər bunlar olur: 1. Ülgüc ilə qolumuza F57 yazıb və şəklini çəkib göndərməliyik, 2. Səhər saat 4:20-də yuxudan oyanıb "inbox"umuza, daha doğrusu, "pgibopatç"a göndərilən qorxulu videolara baxmalıyıq, 3. Qolumuzu dərin olmayan şəkildə 3 dəfə kəsib şəklini göndərməliyik, 4. Bir kağız üzərində "Mavi balina" şəkli çəkib fotosunu göndərməliyik".

Yeniyetmə qız oyun haqqında digər ilginc məlumatlar da verib: "Oyunu tək oynayırdıq. Amma istədiyin zaman onlayn olaraq digər uşaqlara da qoşula bilirdik. Həmin uşaqlar daha çox türklər idi. Ümumiyyətlə, oyunda türk uşaqları çoxdur. Türkiyədən bir qrup var idi ki, onlar bu oyuna tez-tez qoşulurdular. Bakıdan isə "Tarqovıy uşaqları" adlı qrup oyunda fəallıq göstərirdi. Qrupda qızlar çox az idi. Bəzən oyunda olan uşaqlara birlikdə hündür binanın üstünə çıxıb oradan fotolar çəkdirib oyuna göndərirdik. Çünki oyunun digər şərtlərindən biri bu idi. Eyni zamanda, qrupda olan uşaqlar bir-birilərinə çox qorxunc, başı, bədənin müxtəlif əzaları kəsilmiş insanların fotolarını göndərir və bununla əylənirdilər".

Yeniyetmə qız oyunun digər təhlükəli tərəflərindən də danışıb: "Ümumiyyətlə, oyun insanda çox ağır psixoloji yükləmələr yaradır. Şəxsən mən 3 dəfə bu oyuna girib, sonra çıxmışam. Çünki psixoloji ağırlıqlarına tab gətirə bilmirdim. Həm də oyun zamanı bizə çoxlu sayda təhdidlər gəlirdi. Bildirilirdi ki, əgər oyundan çıxsaq, qolumuzu kəsməyimizlə bağlı valideynlərimizə məlumat ötürüləcək, şantajedici şəkillərimiz sosial şəbəkələrdə paylaşılacaq. Sonuncu dəfə oyuna bu ilin yay tətilində başladım və bütün yay boyu oyunun təsiri altında qaldım. Oyundan çıxmaq çox çətindir, çünki istər-istəməz insanda bağlılıq yaradır və təsirindən çıxmaq olmur. Lakin sonradan oyunun şərtlərinin çətinləşdiyini görüb oyunu bağlamaq qərarına gəldim. Bir daha oyuna geri dönmək fikrim yoxdur".

Qeyd edək ki, Türkiyədə artıq bu oyuna qarşı "Ononimous" kampaniya başladıb. Ötən ay Türkiyə mətbuatında yayımlanan məlumata görə, təkcə bir ay ərzində Türkiyədə iki gənc məhz bu oyunun təsiri altında intihar edib.

Rusiyada isə 2015-cil ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 yeniyetmənin bu oyunun təsirindən intihar etdiyi məlum olub. Rusiyalı Filip Budekin 8 ölüm qrupu yaratdığına görə saxlanılıb və onun həm də "Mavi balina" oyunun yaradıcısı olduğu ehtimalı var.

Araşdırmalar zamanı məlum olub ki, oyun artıq Qazaxıstana, Ukraynaya, Türkiyəyə, Avropaya yayılıb. Yeniyetmə qızın açıqlamalardan belə məlum olur ki, uşaqları, yeniyetmələri təsir altına salıb, onları intihara sövq edən "Mavi balina" artıq 2 ildən çoxdur ki, ölkəmizdə də virus kimi yayılmaqdadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2845   Tarix: 04 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544