Bakıda bu bananın 1 kiloqramı 8 manata satılır - FOTO

Bakıda bu bananın 1 kiloqramı 8 manata satılır - FOTOBakıda "Fresco" supermarketində 1 kiloqramı 7 manat 79 qəpiyə banan satılır. Bu banan digərlərindən ölçüsünün kiçikliyi, qiymətinin baha olması ilə fərqlənir, dadında isə heç bir fərq yoxdur.

BiG.AZ bildirir ki, modern.az-ın əməkdaşı Nərimanov rayonu Aşıq Alı küçəsi ünvanında yerləşən "Fresco" supermarketində bananın ölçüsünün kiçik, qiymətinin baha olmasının səbəbini soruşub. Mağaza təmsilçiləri bahalığı və ölçüsünün kiçikliyini meyvənin yerli - Lənkəranda istehsal olunması ilə əlaqələndiriblər.

Lənkəran Şəhər Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tofiq Rzayev məsələ ilə bağlı açıqlama verib.

İdarə rəsmisi satışa çıxarılan "mini banan"ın Lənkəran istehsalı olmasını qətiyyən qəbul etmir:

"Azərbaycanda 9 iqlim qurşağı var. Lənkəranda rütubətli subtropik iqlim qurşağıdır. Banan tropik bitkidir. Lənkərana banan ağacları gətirilib, sakinlər öz həyət-bacasında əkir. Amma bananın Lənkəranda kütləvi əkin sahəsi yoxdur. Qaldı ki onun bar verməsinə, bu absurddur. Kimsə deyirsə ki, Azərbaycanda kütləvi şəkildə banan bağları, plantasiyaları var, bu, yalandır. Kimsə həyətində əkibsə belə, o bar vermir, yetişmir. Banan ağacı çox hündür olur, bizim iqlim tipində ağacların o səviyyədə ucalması, meyvə gətirməsi mümkün deyil. Kimsə deyirsə ki, Lənkəran istehsalıdır, yalan deyir, inandırıcı deyil".

T. Rzayev qeyd edib ki, Lənkəran kənd təsərrüfatı idarəsi olaraq belə bitkinin yetişib satışa çıxarılması barədə məlumatsızdır:

"Çünki o bitki bizim rayonda yetişmir. Kivi deyilsə, deyərəm bəli. Lənkəranda kivi yetişdirilir. Yerli bazara da çıxarılır, Rusiyaya da ixrac olunur. Amma banan yetişdirilmir".

Bakıda bu bananın 1 kiloqramı 8 manata satılır - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1593   Tarix: 04 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874