"Kristal Abşeron"un bəlaya saldığı minlərlə sakin - Çıxılmaz vəziyyətdə
"Kristal Abşeron"un devizi "Xəyallarınızı inşa edirik" olmasına da əsla inanmayın. Əvəzində xəyallarınız başınıza uçacaq.
Sözgedən MTK-nın rəsmi saytında "Sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir" tipli pafoslu cümlə də reklamdan başqa bir şey deyil. MTK-nın rəhbəri millət vəkili Ağalar Vəliyev olmasına baxmayaraq, o, vətəndaşların problemlərini həll etmək üçün baş sındırmaq əvəzinə, onların başına oyun açır.
Atalarımız boş yerə "Başına gələn başmaqçı olar" deməyiblər ki… Bu yazı nə anti-reklamdır, nə də qərəz. Bunu biz yox, "Kristal Abşeron"un sakinləri deyir.
Məsələn, Mehdi Mustafayev adlı şəxs "Kristal Abşeron"dan ev almaq eşqinə düşüb və sözügedən yaşayış kompleksində yaşayan sakinlərə məhz oradan mənzil almaq istədiyini, bunun üçün də məsləhətə ehtiyacı olduğunu söyləyib.
Mehdi bəyə yazılan cavablara diqqət yetirək:
Soyadı Məmmədzadə olan sakin Mehdiyə belə cavab verib: "Qardaş, nə sən sual paylaşdın, nə biz gördük. Qaçaraq uzaqlaş. Belə problemlərdən bəzilərini deyim bəlkə bəs edər. İsti suyun kubu 3.5 manat, istilik evin hər kvadrat metrinə 0.80 manat (istilik verildi, verilmədi və sən evdə yaşadın yaşamadın), quş damı kimi eyvanlar, keyfiyyətsiz təmir, bahalı market, digər keyfiyyətsiz xidmətlər və s. və ilaxır.
Əliyev Anar isə heç düşmənə də, "Kristal Abşeron"da yaşamağı arzulamır: "Heç düşməninə də buradan ev almağı məsləhət görmə".
Xilqət Yahya isə məsələyə satirik yanaşıb: "Mehdi qardaş, 3 dəfə "əuzu billahi minəş-şeytanir-rəcim" de. Burada ev alanlar hansısa böyük günah sahibləridir. Bu gün gözəl cümə günüdür, tovbələrin qəbul olunan günüdür, dua elə çoxlu.
Əsgər Vəliyevin də fikri digərləri ilə eynidir: "Qardaşım, get kirayələrdə yaşa. Bura verəcəyin kreditə şəhərdə ürəyin istədiyin tip və otaqlı evdə yaşayarsan".
Eşqin Qadaşov da "Kristal Abşeron"dan ev almaqla səhvə yol verdiyini etiraf edir: "Başımızı soxacaq daxmamız olsun deyə, bir səhvdir etmişik. İndi də başımıza gətirdikləri oyun qalmayıb. Buradan uzaq dur! Köhnə ev al, amma təmiri normal olsun".
Sevinc Mamedova adlı xanım isə "Kristal Abşeron"dan narazılığını bu şəkildə ifadə edib: "Bu gün istilik problemi ilə əlaqəli komendantlığa yaxınlaşdım. Bildirdim ki, sizin işinizi bacarmamağınız, öhdəliklərinizi yerinə yetirə bilməməyiniz səbəbindən bizim ailələrimiz, körpələrimiz, yaşlı valideynlərimiz əziyyət çəkir. İstilik problemi nə vaxt həll olunacaq? Komendantın cavabı: 2 günə, 5 günə, 1 həftəyə, biz özümüz də bilmirik nə vaxta həll olunacaq. Amma çalışırıq. Səbəb kimi qazın olmaması göstərilir. Sözsüz ki, bu bir nağıldır. "Azəristiliktəchizat"ın binaları 15 noyabrdan etibarən istiliklə təmin olunubdur. Eyni ölkənin ərazisində yerləşməsinə baxmayaraq, "Kristal Abşeron" mənzillərə istilik verə bilmir. Demək ki, Kristal ayrıca planetdir. Respublika içində respublikadır. Hansı ki, öz qanunları var. Diqqət yetirin! Külli miqdarda pullarımızı mənimsəyən MTK heç özü də problemin nə zaman həll olunacağını bilmir. Minlərlə insanın taleyi, sağlamlığı onlara maraqlı deyil. Onları yalnız pul maraqlandırır". (Yenicag.Az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 7371 Tarix: 03 dekabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254