Ramil Quliyev: "Azərbaycandan bunu gözləmirdim"

Ramil Quliyev: "Azərbaycandan bunu gözləmirdim""Potensialımın böyük olduğunu görürdüm. Bunu reallığa çevirmək üçün çox çalışmalıydım".

BiG.AZ-ın apasport.az-a istinadən məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı dünya çempionu qonşu ölkə mətbuatına geniş müsahibə verib. O yenidən vurğulayıb ki, Azərbaycanda qalsaydı, potensialını aça bilməyəcəkdi:

"Hazırlıq keçmək üçün yerlər lazımdı. Həmin vaxtlar Azərbaycanda bu çox çətin idi. Çünki toplanış üçün yer tapılmırdı. Ölkə xaricinə də göndərmirdilər. Çox ağır bir durum yaranmışdı. Orda düzgün bir şey edə bilməyəcəyimi düşündüm. Fikirləşdim ki, yaxşı bir yerə getmək, uğur üçün ölkəmi dəyişmək gözəl olar. İlk olaraq da, Türkiyə ağlıma gəldi. Çünki bizlə eyni ölkədir. Türkiyə olmasaydı, başqa yığmanı da düşünə bilərdim. Açığı, təkliflər də vardı. Onları istəsəydim, dərhal düzələcəkdi. Amma ilk olaraq, Türkiyə ilə danışıqlara başladım".

Quliyev etiraf edib ki, Türkiyə vətəndaşlığını aldıqdan sonra ona kəsilən 3 illik cəza çox ağır keçib. O, "ay-ulduzlu" formada növbəti hədəfini də açıqlayıb:

"Dünya çempionatına 3-cü dəfə qatılırdım. Finala vəsiqə qazanırdım, amma mükafat ala bilmirdim. Londonda şansım olduğunu hiss etdim. Bu yolda 10 il idi ki, çalışırdıq və yekunda bəhrəsini gördük. Hazırda ən böyük hədəfim 200 metr məsafədə Avropa rekordu vurmaqdı. Bunun ardından dünya rekordu müəyyənləşdirib, Olimpiya medalına qovuşmaq istəyirəm. Hazırlığımı da bu istiqamətdə qurmuşam".

Quliyevin sözlərinə görə, öz sözünü demiş Useyn Boltun karyerasını başa vurması, 200 m məsafəyə qaçışda hansısa boşluq yaratmayıb:

"Bəli, çox güclü atlet idi. Rəqiblərindən 2-3 qat üstünlüyü ilə diqqət çəkirdi. Amma indi bu məsafəyə qaçışda 15 yaxşı atlet var. Ümumi götürsək, eyni gücdəyik. Bunun üçün də yarışlar həyəcanlı keçir. Çünki kimin qalib olacağı əvvəlcədən bilinmir. Hamı çempionluq istəyində olur ki, bu da çox maraqlıdır".

Həmyerlimiz 2018-ci ildə Avropa çempionatı və Akdeniz Oyunlarına Bələk Turizm Mərkəzində hazırlaşır. O, müsahibəsində Londonda dünya çempionu olduğu zaman Azərbaycandan aldığı təbrikləri də xatırlayıb:

"Azərbaycanlılar da çox sevindilər. Oradan çox təbrik aldım. Uğurumu çox müzakirə etdilər. Açığı, bunu gözləmirdim. Çempionluğumu pis qarşılasaydılar da, fərqi olmayacaqdı. Mən medal sevincimi yenə 2 bayraqla qeyd edəcəyəm. Amma çox gözəl oldu. Məni isti qarşıladılar və buna sevindim".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1378   Tarix: 02 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593