Səudiyyə Ərəbistanının həbsdə olan şahzadəsi ittihamları rədd etdi

Səudiyyə Ərəbistanının həbsdə olan şahzadəsi ittihamları rədd etdiSəudiyyə Ərəbistanının korrupsiyada ittiham olunaraq həbs edilən milyarder şahzadəsi Valid bin Talal bin Əbdüləziz əl-Saud ona qarşı irəli sürülən ittihamları rədd edib.

BiG.AZ report-a istinadən xəbər verir ki, şahzadə qanunları pozmadığını və ittihamların əsassız olduğunu söyləyib.

Qeyd edək ki, şahzadə Valid bin Talal 1955-ci ildə anadan olub. "Forbes" jurnalının 2007-ci ildəki hesablamasına əsasən, onun 21 milyard dollar var-dövləti var.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı taxt-tacına iddialı sayılan şahzadə Miteb bin Abdullah bir milyard dollar məbləğində maliyyə vəsait ödəməsi qarşılığında azadlığa buraxılıb.

Məlumata görə, ölkənin Antikorrupsiya Komitəsi tərəfindən həbs olunan daha üç nəfər pul ödəmək sövdələşməsi qarşılığında azadlığa çıxıblar.

Bir müddət əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud isə bəyan etmişdi ki, saxlanılan şahzadələrin çoxu öz vəsaitlərini azadlığa dəyişməyə hazırdırlar. Bu "razılaşma" nəticəsində dövlət xəzinəsinə 100 milyard dollar maliyyə vəsaiti toplanıb.

Qeyd edək ki, iki gün əvvəl ölkənin qurucu kralı Əbdüləziz bin Səudun dünyasını dəyişmiş oğlu Sultan bin Əbdüləzizin qızları da tutulub. Abdullah bin Əbdüləziz və Sultan bin Əbdüləzizin tutulan övladlarının vəliəhd şahzadə Məhəmməd bin Salmanın idarəçiliyinə qarşı olduqları bildirilib.

Noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Onlar qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunurlar.

Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Komitəyə isə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman başçılıq edir. Komitənin həbslə bağlı order vermək, eləcə də, şübhəlilərin ölkədən çıxmağına qadağa qoymaq səlahiyyəti var.

Tutulan şahzadələr krallığın paytaxtı Ər-Riyaddakı "Ritz Carlton" mehmanxanasında saxlanılırlar. Saxlanıldıqları hoteldən kənara çıxmamaları üçün hotelin bir mərtəbəsi xəstəxanaya çevrilib. Orada müayinə və müalicə üçün bütün avadanlıq yerləşdirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 01 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

28.04.2024 200
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 231
.

Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək

Fransa polisi şəhərətrafı Sena-Sen-Deni ərazisini xırda cinayətkarlıqdan təmizləyir və dolub-daşan Vilpenta həbsxanasına yeni məhbus axını barədə xəbərdarlıq edib. Bobinyinin baş prokuroru Erik Mate həbsxana rəhbərliyini ən pis vəziyyətə hazır olmağa çağırıb. Onun sözlərinə görə, polis həbsxanalardak

28.04.2024 212
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 169
.

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilə

09:58 160
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 355
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 436
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 405
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 252