Leyla Əliyeva: Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur (FOTO)

Fevralın 24-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan "Dostluq parkı"nın və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak edib.

Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç və qızı Yasmina İzetbeqoviç ilə görüşü olub.

Görüşdə Sarayevoda "Dostluq parkı"nın açılışına görə təşəkkür bildirildi, bu tədbirin iki xalq arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyi vurğulandı. Gələcək əməkdaşlığın müzakirə olunduğu görüşdə Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyəti xüsusi qeyd edildi.

Sonra Bosniya və Herseqovinanın rəsmi şəxslərinin, ictimai-siyasi xadimlərinin, mədəniyyət işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Sarayevoda yenidən qurulan "Dostluq parkı"nın açılışı oldu.

Dobrinya çayının sahilində yerləşən və əvvəllər baxımsız ərazi olan bu park indi Sarayevonun ən gözəl istirahət məkanlarından birinə çevrilmişdir. Ötən ilin noyabrında başlanılan yenidənqurma işləri bir hektara yaxın ərazidə aparılmışdır. Parkda müasir və orijinal memarlıq quruluşundan istifadə edilmiş, yaşıllıqlar salınmış, burada Sarayevo sakinlərinin istirahəti üçün müxtəlif pavilyonlar qurulmuş, hər cür şərait yaradılmışdır.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin hələ Azərbaycan rəhbərliyinin birinci dövründə - 1972-ci ildə Bakı ilə Sarayevo şəhərləri qardaşlaşmışdır.

Bu cür gözəl bir parkın Sarayevoda salınmasının əsas səbəbi isə Bosniya və Herseqovinanın Avropanın mərkəzində yerləşməsidir. Digər bir faktı da qeyd etmək lazımdır ki, Balkanlarda gedən müharibə 1995-ci ildə məhz bu parkın salındığı ərazidə başa çatmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarı Leyla Əliyeva Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsinin və 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışında iştirak etdi.

Heykəltəraş Natiq Əliyevin müəllifi olduğu abidə iki dərdli ananın - yaşlı və cavan qadının obrazını əks etdirir. "Xocalıya ədalət" kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının maliyyə dəstəyi, Sarayevonun Novi Qrad bələdiyyəsinin və Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin dəstəyi ilə reallaşan bu layihə Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində faciənin əsl mahiyyəti ilə bağlı həqiqətlərin təbliğinə xidmət edən mühüm hadisədir.

Mərasimdə çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç xalqlarımızın tarixi münasibətlərindən danışdı. Hər iki ölkədə paytaxt şəhərlərinin adlarına küçələrin olduğunu diqqətə çatdıran İzetbeqoviç bildirdi ki, Leyla Əliyevanın bu təşəbbüsü dostluq əlaqələrini daha da gücləndirəcəkdir.

"Bu abidə Azərbaycan ilə Bosniya və Herseqovinanın ağır günlərinin rəmzidir", - deyən İzetbeqoviç Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada gördüyü işləri yüksək qiymətləndirdi və öz xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.

Bosniya və Herseqovinanın nəqliyyat və rabitə naziri Damir Haciç ölkələrimiz arasında diplomatik münasibətlərin qurulması tarixindən danışdı, Azərbaycanın inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərini vurğuladı. Xocalı faciəsi ilə bağlı onlarda kifayət qədər dolğun məlumatların olduğunu deyən Haciç bu layihəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkürünü bildirdi.

Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bosniya və Herseqovinanın rəhbərliyinə, o cümlədən Azərbaycan xalqının kədərini bölüşən bu ölkənin xalqına minnətdarlığını bildirdi. Leyla Əliyeva 20 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımı nəticəsində 613 dinc sakinin qətlə yetirildiyini diqqətə çatdırdı.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dedi:

"Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur. Əfsuslar olsun ki, bu, dünyanın digər hissələri üçün də acınacaqlı nəticələr verib. Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir və insanlığa qarşı bu cinayət XX əsrin sonlarında, düz Avropanın kəndarında törədilmişdir. Bu dəhşətli qətliam zamanı Xocalının 613 dinc sakini qətlə yetirilmişdir".

"Heydər Əliyev Fondu və "Xocalıya ədalət" kampaniyası Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoymuşdur", - deyən Leyla Əliyeva bildirdi ki, hazırda bu kampaniya dünyanın 50 ölkəsində həyata keçirilir və onun fəallarının yorulmaz əməyinin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalıda törədilmiş vəhşilikləri soyqırımı kimi tanımışdır. Bundan əlavə, Xocalı dəhşətləri Meksika və Pakistan parlamentləri tərəfindən də soyqırımı kimi qəbul olunmuşdur.

Leyla Əliyeva kampaniya çərçivəsində Xocalı soyqırımına dair kitab, buklet, disklərin hazırlandığını, dünyanın hər yerində müxtəlif tədbirlərin həyata keçirildiyini bildirdi.

Leyla Əliyeva dedi: "Bu gün etdiklərimizin heç biri Xocalı soyqırımının yaralarını sağalda bilməz. Bizim edə biləcəyimiz yalnız həmin dəhşətli tarixi yad etmək və qətliam zamanı öldürülən və ya ömürlük əlil olan uşaq, qadın və kişiləri unutmamaqdır".

Sonra Srebrenitsa və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sarayevonun meri Aliya Behmen çıxış edərək ölkələrimizin əməkdaşlıq əlaqələrinin iqtisadi, mədəni və humanitar sahələrdə uğurla inkişaf etdiyini dedi. Mer bu parkın salınması və burada abidənin ucaldılması ilə bağlı Heydər Əliyev Fondunun təşəbbüsünü yüksək qiymətləndirdi.

Daha sonra Behmen Bakı ilə Sarayevo arasında əlaqələrin inkişafına göstərdiyi dəstəyə, o cümlədən park ilə bağlı layihənin reallaşmasına görə təşəkkürnaməni Leyla Əliyevaya təqdim etdi.

Bosniya və Herseqovina-Azərbaycan Dostluq Assosiasiyasının sədri Cenita Özgüner çox qısa bir vaxtda Azərbaycan tərəfindən ölkəsində mühüm layihələrin reallaşdırdığını vurğuladı.
"Bu abidə hər iki ölkənin tarixini əks etdirir", - deyən Özgüner ermənilərin tarixi saxtalaşdırmağa çalışdığını, bununla da dünya ictimaiyyətini çaşdırmağa cəhd etdiyini bildirdi.

Bosniya və Herseqovinanın İslam Cəmiyyətinin baş müftisi Mustafa Tseriç isə ədalətsizliyə və haqsızlığa qarşı mübarizə mükafatını, o cümlədən kimsəsizlərə əl tutmağa görə təşəkkürnaməni Leyla Əliyevaya təqdim etdi.

"Dostluq parkı"nın ən mühüm elementlərindən biri də burada eyni adlı körpünün inşasıdır. Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilən körpü "Dostluq parkı" ilə üzbəüz yerləşən Dobrinya Təhsil Kompleksində oxuyan gənclər üçün böyük hədiyyədir. Bu körpü vasitəsilə onlar parka gəlib istirahət edə və Xocalı soyqırımı ilə bağlı həqiqətləri daha yaxından öyrənə bilərlər. Körpünün dizaynında Azərbaycanın və Bosniya-Herseqovinanın milli ornamentlərindən istifadə olunub.

Sonra tədbir Dobrinya Təhsil Kompleksində davam etmişdir.

Leyla Əliyeva burada 1992-1995-ci illərdə Bosniya və Herseqovinada gedən qanlı hadisələrdə həlak olan ən gənc müharibə qurbanının xatirəsinə qoyulan lövhəyə baxdı.

Burada təşkil olunmuş görüşdə kompleksin Humanitar Təmayüllü Gimnaziyasının direktoru Sabina Miskin təhsil ocağı haqqında ətraflı məlumat verdi, Leyla Əliyevaya bu təhsil ocağına gəldiyinə görə təşəkkürlərini bildirdi.

İdman Təmayüllü Gimnaziyanın direktoru Seyad Şenderoviç isə Xocalı soyqırımını bəşəriyyətə qarşı cinayət adlandırdı.

Novi Qrad rayonunun meri Aner Şuman ölkələrimizin dostluq əlaqələrinin möhkəm bağlarla birləşdiyini bildirdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təhsil ocağında çıxış edərək 1990-cı illərin faciəli hadisələrindən sonra Sarayevonun dirçəlməsindən və yenidən Balkanların mirvarisinə çevrilməsindən şad olduğunu vurğuladı.

Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə danışan Leyla Əliyeva indiyə qədər Fondun xətti ilə Azərbaycanda 400 məktəbin tikildiyini, mədəniyyət və səhiyyə sahəsində mühüm layihələrin reallaşdığını, Talassemiya Mərkəzinin inşa edildiyini, bütün dünyanı əhatə edən Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünə (İDEA) start verildiyini bildirdi. Leyla Əliyeva onu da vurğuladı ki, hazırda Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri dünya ictimaiyyətini Xocalı soyqırımı haqqında daha çox məlumatlandırmaqdır.

Leyla Əliyeva dedi: "1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə hücumu zamanı 613 dinc sakin qətlə yetirildi. Onların arasında 106 qadın, 63 uşaq və 70 ahıl insan da vardır. Bu qətliam həmişə Azərbaycan xalqının ürəyində bir iz kimi qalacaq və biz bu dəhşətli soyqırımının qurbanlarını heç vaxt unutmayacağıq".

Daha sonra Leyla Əliyeva gəncləri və ictimaiyyət nümayəndələrini maraqlandıran sualları cavablandırdı.

Xocalı soyqırımı barədə ətraflı məlumat verən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun bu faciə ilə bağlı layihələr həyata keçirdiyini, "Xocalıya ədalət" kampaniyasının bir çox ölkələri əhatə etdiyini, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Xocalı soyqırımını tanıdığını vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində respublikamızın üzləşdiyi problemlərdən danışan Leyla Əliyeva ölkəmiz, onun siyasi, iqtisadi uğurları, Heydər Əliyev Fondunun gələcək planları, "Baku" jurnalının fəaliyyəti, bu il Bakıda keçiriləcək "Eurovision" beynəlxalq mahnı müsabiqəsinə hazırlıqla bağlı da ətraflı məlumat verdi.

Sonra təhsil kompleksinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Görüşün iştirakçıları Leyla Əliyevadan Srebrenitsa faciəsində yaxınlarını itirən analar adından parkda abidənin ucaldılmasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını çatdırmağı xahiş etdilər.

Yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan bu tədbirlər çərçivəsində Dobrinya Təhsil Kompleksində Xocalı soyqırımını əks etdirən fotolardan ibarət sərgi də təşkil olunub.
Leyla Əliyeva: Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur (FOTO) Leyla Əliyeva: Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur (FOTO) Leyla Əliyeva: Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur (FOTO) Leyla Əliyeva: Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur (FOTO) Leyla Əliyeva: Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur (FOTO) Leyla Əliyeva: Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur (FOTO) Leyla Əliyeva: Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur (FOTO) Leyla Əliyeva: Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur (FOTO)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6131   Tarix: 25 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 208
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 227
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 142
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 810
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 228
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 404
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 159