Xalq artisti SİRRİ açdı: "Nəvəmdən imtina etməmişdim, o..." - FOTO

Xalq artisti SİRRİ açdı: "Nəvəmdən imtina etməmişdim, o..." - FOTOXalq artisti Tariyel Qasımovun Milli.Az-a müsahibəsi.

- Tariyel müəllim, 78 yaşınız var. Bu yaşda özünüzü necə hiss edirsiniz?

- İki aydan sonra hətta mənim 79 yaşım olacaq, amma mən hələ də bunu hiss etmirəm. Deyəndə ki, 78 yaşım var, qarşımdakı insanın gözləri bərəlir. Mən elə hesab edirəm ki, 50 yaşımda yatıb, 78 yaşımda oyanmışam (gülür).

- Yaşınıza həsəd aparanlar var?

- Həsəd aparmaqlarını, yaxud da paxıllıq etməklərini deyə bilmərəm. Bu cür qalmağımın əsas səbəbi budur ki, mən heç kimə paxıllıq etməmişəm, qibtə aparmamışam. Qibtə etdiyim insanlar da böyük sənətkarlar olub ki, cavanlığımda demişəm ki, kaş mən də onlar kimi olardım. Başqasının dərdinə həmişə şərik olub, sevincinə sevinmişəm.

- Uzunömürlü olmağınız, yəqin ki, genetika ilə bağlıdır. Belə ki, sizin ananız da 101 yaşında rəhmətə getdi.

- Bəli, anam 101, atam isə 90 yaşında dünyasını dəyişdi. Ananın yaşı ola bilər, amma ana üçün övladın yaşı olmur. Mənim 78 yaşım olanda da anam mənim qayğıma qalaraq, mənə "ay bala" deyə müraciət edirdi. Nəslimizdə ən uzun ömürlü insan nənəm olub. Belə ki, o, 110 yaşına kimi yaşadı. Biz ana tərəfdən uzun ömürlüyük.

- Ananızdan gördüyünüz diqqət və qayğını sonradan həyat yoldaşınızdan gördünüz?

- Mən bu qayğını indi də həyat yoldaşımdan görürəm. O uşağa necə baxırlarsa, mənə də elə baxır. Həmçinin də anama vaxtilə qulluq edirdi. Yəqin ki, sağlam qalmağımın bir qismi də ondan irəli gəlir.

- Tariyel müəllim, bir neçə müddət bundan əvvəl mətbuatda nəvənizdən imtina etdiyiniz deyildi. İstərdim buna da bir aydınlıq gətirəsiniz. Əslində, nəvənizdən imtina etmişdiniz?

- Allaha and olsun, mən ondan imtina etməmişəm. Mən nəvəmi günahlandırmadım, indi onlar, yəqin ki, məndən daha çox qayğı görmək istəyirdilər. Mən, sadəcə, bəzi informasiya saytlarını günahlandırdım. Onlar nə bilirdilər ki, mən onun müalicəsinə nə qədər pul xərləmişdim? həkimlər mənə özləri dedi ki, Tariyel müəllim, artıq pul xərcləmə, çünki bu xəstəlik sağalmır.

- Nə xəstəsi idi?

- Bir həkim ona səhvən iynə vurmuşdu və ondan sonra bu iflic olmuşdu. Bir sözlə, nəvəm həkim səriştəsizliyinin qurbanı olmuşdu. Bizim xoşbəxtliyimiz odur ki, biz şou əhli deyilik və biz heç vaxt nə öz həyatımızı, nə var-dövlətimizi çıxıb efirdə göstərmirik. Ailə mənim ailəmdir, bunun heç kimə aidiyyəti yoxdur. Ona görə bu haqda çox da danışmaq istəmirəm.

- Tariyel müəllim, hal-hazırda özünüzdə tamaşa oynamağa güc görürsünüz?

- Əlbəttə, hal-hazırda teatrda "Sarıköynəklə Valehin nağılı" tamaşasında prokuror Muradzadəni oynayıram. Səhnədə "quş kimi uçuram". Hətta deyirlər ki, bir az ağır ol, çünki prokuror ağır olmalıdır. Bunun mənə qətiyyən aidiyyəti yoxdur.

- Cavanlığınızda elə bir rol oldumu oynamaq istədiniz, amma mane oldular?

- Bəli, teatrda bu cür paxıllıqlar çox olur. Teatrda olan paxıllıq heç bir yerdə yoxdur. Amma mən bunu hiss etsəm də, heç kimin üzünə vurmamışam. Mən istəsəm də, indi gənc obrazı yarada bilmərəm. Daxilən oynaya bilərəm, amma bilirəm ki, mənim üzümdəki qırışlar o rolu yaratmağa mənə mane olacaq.

- Unutqan insansınız?

- Baxır nədə?

- Nəyi unutmursunuz?

- Bütün teatr bilir ki, mən hamıya yaxşılıq etmişəm. Yaxşılıq etdiyim insan mənə pislik edəndə bunu qəbul edə bilmirəm. Özü gəlib desə ki, mən bunu səhv etmişəm onu bağışlayıram.

- Film və seriallarda da sizi görmürük. Təklif gəlir qəbul etmirsiz, yoxsa əksinə?

- Seriallara gələn təklifləri qəbul etmirəm. Vaxtilə nəinki ölkəmizdə, hətta ölkəmizin hüdudlarında da çəkilmişəm. Bu dəqiqə mənim buna ehtiyacım yoxdur. Ehtiyacım olan bir tək şey var o da istirahətdir. Mən pensiya alıram, sadəcə demişəm ki, ayda iki tamaşa salın repertuara gəlib oynayım. Teatrın 90 illiyini yola verib, istirahətə yollanacağam.

- Teatrı tərk edəcəksiniz?

- Özüm tərk edəcəyəm, sadəcə, nə vaxt dəvət etsələr, ehtiyac olsa, gələcəyəm. Mən bugünkü gündə qayğı və diqqətlə əhatələnmişəm.

- Gənclərə tövsiyyəniz nədir?

- Gənclərə arzu edirəm ki, sənəti sevsinlər. Sənətdə özlərini sevməsinlər. Tamaşaçıların sevgisini qazansınlar.

- Gənclik illərinizdə etdiyiniz elə bir səhv olubmu ki, hələ də onun peşmanlığını çəkirsiz?

- Mənim 2 dənə səhvim olub, indi də deyirəm ki, kaş bu səhvləri etməzdim. Çox nadinc uşaq olmuşam. Uşaq ikən bir pişik öldürmüşəm, bir dəfə də ot tayasına od vurmuşam. Hələ də o illərin vicdan əzabını çəkirəm.

Xalq artisti SİRRİ açdı: "Nəvəmdən imtina etməmişdim, o..." - FOTOXalq artisti SİRRİ açdı: "Nəvəmdən imtina etməmişdim, o..." - FOTOXalq artisti SİRRİ açdı: "Nəvəmdən imtina etməmişdim, o..." - FOTOXalq artisti SİRRİ açdı: "Nəvəmdən imtina etməmişdim, o..." - FOTOXalq artisti SİRRİ açdı: "Nəvəmdən imtina etməmişdim, o..." - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2187   Tarix: 29 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193