Polis rəisi: Narkoman 30-40 adamı başına toplaya bilər

Polis rəisi: Narkoman 30-40 adamı başına toplaya bilər"Dövlət başçımız başda olmaqla, hüquq-mühafizə orqanları, rayon icra hakimiyyətləri narkomaniyaya qarşı mübarizə aparır. Ancaq mülki şəxslər arasında bizi dəstəkləyənlərin sayı çox azdır. Biz bununla təcrübədə qarşılaşırıq".

BiG.AZ "APA TV"-yə istinadla xəbərinə görə, bu fikirləri Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov 252 nömrəli məktəb-liseydə keçirilən tədbirdə səsləndirib. "Narkomaniya bəşəriyyətin bəlasıdır!" və "Erkən nikaha "yox" deyək!" mövzularında keçirilən tədbirdə 100-dən çox müəllim və şagird heyəti, Sabunçu RPİ-nin zabit heyətinin, Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı sənədli filmə baxılıb.

Çıxış edənlər ölkədə törədilən cinayətlərin 70-80 faizinin narkotik vasitələrin təsiri ilə və sərxoş vəziyyətdə olanların törətdiyini qeyd edib. Xüsusilə gənclərin narkomaniya bəlasına yuvarlanmasının qarşısını almaq üçün belə tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov ölkədə narkomaniyanın və dini-radikalizmin yayılmasında xarici qüvvələrin fəaliyyət göstərdiyini deyib: "Ölkə xaricindən gələn qüvvələr stabilliyi pozmaq üçün narkomaniyanı və dini-radikalizmi yaymaqla, təəssüf ki, müəyyən işlər görürlər. Sözsüz ki, buna külli miqdarda maliyyə vəsaitləri xərclənir. Bir narkoman çox qısa vaxtda 30-40 adamı başına toplaya bilər. Özünüzü qoruyun. Bu gün müxtəlif həblər vasitəsilə onların məktəbdə yayılmasına cəhd oluna bilər. Heç kəs arxayınlaşmasın.

Burada olmağımızın məqsədi də sizi maarifləndirməkdir".

Çıxışlar zamanı məktəb rəhbərliyinə, müəllimlərə tapşırıldı ki, siqaretə, narkotikə meyilli şagirdlər qeyd olunaraq diqqət mərkəzində saxlanılsın, azyaşlı qızların erkən evliliyinin qarşısının alınmasında hüquq-mühafizə orqanlarına kömək edilsin.

Görüş məktəblilərin sual-cavabları ilə diskussiya şəklində sona çatıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 845   Tarix: 29 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 314
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28.04.2024 168
.

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınd

28.04.2024 189
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

28.04.2024 210
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 161
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

28.04.2024 145
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 153
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

28.04.2024 165
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 179