Bakı sakini evində düyü bişirdi, alışıb yandı - FOTOLAR

Bakı sakini evində düyü bişirdi, alışıb yandı - FOTOLARAzərbaycanda istehlakçı mağazadan aldığı yumru düyünün təbii olub-olmadığını yoxlamaq üçün sınaqdan keçirib.

Bu barədə Təranə İbrahimova adlı xanım özü yenicag.az-a məlumat verib. O, aldığı yumru düyünü yandırdıqdan sonra sellofan kimi bir-birinə yapışdığını bildirib:

"Düyü alanda ehtiyatlı olun. Uzun düyü kimi yumru düyünün də Çindən gətirildiyini eşitmişdim. Həmin düyülərin də tərkibi sağlamlığa zərərli maddələrdən ibarətdir. İnternetdə qutu ilə satılan yumru düyünün sintetik maddələrdən hazırlandığı haqda oxumuşdum. Buna görə də sınaqdan keçirtmək üçün mağazadan qutu qablaşdırmada olan düyü aldım. Yandırdım, düyülər şişib, bir-birinə yapışaraq, alovlanmağa başladı. Əsl düyü tək-tək yanmalı, öz formasında qalmalı və sellofan kimi bir-birinə yapışmamalıdır. Düyünü yoxladığım, çəngələ baxdıqda isə dəhşətə gəldim: elə bil ərimiş sellofana yapışıb. Şəklini çəkdim ki, sağlamlığa zərərli olan düyülərdən almayasınız".

Məsələ ilə bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkəmizdə qanunsuz yolla məhsul satışının qadağan olduğunu deyib. Onun sözlərinə görə, sahibkar bu yolla istehlakçıya zərər vurarsa, istehlakçı aidiyyatı qurumlara müraciət edərək, öz hüquqlarını müdafiə edə bilər:

"Dünyada standartlara uyğun olaraq, süni məhsulların hazırlanması məsələsi var. Əgər alınan məhsul sünidirsə, istehlakçının aldanmaması üçün məhsulun üzərində məlumat yerləşdirilməlidir. Azərbaycan qanunvericiliyində də bu barədə tam olaraq icazə verilib-verilməməsi haqda məlumat yoxdur. Lakin belə məhsulların ölkəmizdə satışına icazə verilməməlidir. İstehlakçı həmin məhsulu Azad İstehlakçılar Birliyinə gətirsə və haradan aldığını desə, biz bununla bağlı müəyyən tədbirlər görməyə hazırıq. Çünki əks-təqdirdə belə məhsullar insanlarda müəyyən xəstəliklərin əmələ gəlməsinə və zəhərlənmələrə səbəb ola bilər.

Məhsulun icazəsiz satışı onun qanunsuz olaraq həyata keçirilməsi deməkdir. Bu isə istehlakçı hüquqlarının, dövlət qanunlarının pozulması hallarına gətirib çıxarır. Buna görə də istehlakçı dövlət orqanlarına, gömrük komitəsinə müraciət edərək, şikayətini bildirməlidir. Düyünün satışından sahibkar nə qədər gəlir əldə edibsə, hamısı dövlət büdcəsinə keçirilməlidir".

Bakı sakini evində düyü bişirdi, alışıb yandı - FOTOLARBakı sakini evində düyü bişirdi, alışıb yandı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4097   Tarix: 24 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

30.04.2024 755
.

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir. -ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib. Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətini

30.04.2024 761
.

Qəzzada dağıntılar altında 10 mindən çox insan itkin düşüb

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağı hücumlara məruz qalıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı ölənlər yaralananlarla yanaşı dağıntılar altında qalanlar da olub. Hadisə zamanı 10 mindən çox insanın itkin düşüb. Bu barədə Qəzzada Mülki Müdafiə İdarəsi məlumat yayıb. Bəyanatda bildirili

12:39 92
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

16:00 305
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

10:49 233
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

20:18 0
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

16:26 794
.

Keniyada daşqınlarda ölənlərin sayı 169-a çatıb

Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a çatıb. xəbər verir ki, Keniya hökumətindən verilən açıqlamada daşqınların yaratdığı dağıntılarla bağlı məlumat paylaşılıb. Açıqlamada daşqınların paytaxt Nayrobiyə də təsir etdiyi v

30.04.2024 321
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

16:16 193