Gənclər və İdman Nazirliyində yoxlama: Ciddi maliyyə pozuntuları aşkarlandı

Gənclər və İdman Nazirliyində yoxlama: Ciddi maliyyə pozuntuları aşkarlandıİdmançılara göstərilməli olan tibbi xidmətlərlə bağlı normativ sənədlərin hazırlanmadığı üzə çıxıb.

Hesablama Palatası Gənclər və İdman Nazirliyində aparılan yoxlamaların nəticələrini açıqlayıb.

BiG.AZ xəbər verir ki, audit Gənclər və İdman Nazirliyi üzrə ümumilikdə 37203,5 min manat məbləğində vəsaiti əhatə edib.

Müəyyən edilib ki, təqdim olunan büdcə proqnoz layihələrində nazirliyin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Müvafiq hesablamalar aparılmayıb, bəzi xərclər üzrə hesabat dövrünün icra rəqəmləri nəzərə alınmayıb.

"Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları"nın, "Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları"nın tələbləri gözlənilməyərək müxtəlif təyinatlar üzrə "Normalar"dan artıq, eləcə də "Normalar"da nəzərdə tutulmayan istiqamətlər üzrə vəsait proqnozlaşdırılıb və icra olunub. Keçiriləcək ölkə miqyaslı və beynəlxalq tədbirlərin sayı da düzgün proqnozlaşdırılmayıb. Əmək Məcəlləsinin tələbləri gözlənilməyərək artıq məzuniyyət və müavinət haqqı ödənilib, staj dövründə olan işçiyə mükafat ödənilib. Nazirliyin tabeliyində olan təsərrüfat hesablı olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədilə ayrılmış maliyyə yardımının istifadəsi barədə müvafiq hesabatlar ətraflı şəkildə təqdim edilməyib.

İdmançılara göstərilməli olan müvafiq tibbi xidmətlər, eləcə də həmin tibbi müayinələrin dövriliyi ilə bağlı müvafiq normativ sənəd hazırlanmayıb. Nazirliyin tabeliyində olan büdcədən maliyyələşdirilən təşkilat tərəfindən aparılması mümkün olan müayinələr müəyyən edilməyib, əhalinin sağlam həyat tərzinə cəlb olunmasının və bədən tərbiyəsi və idman qurğularından və avadanlıqlarından səmərəli istifadə edilməsinin norma və qaydaları nazirlik tərəfindən hazırlanmayıb. Bəzi hallarda isə müqavilələrin icra müddətinin bitməsinə baxmayaraq, müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin edilməyib.

Maliyyə hesabatları "Büdcə təşkilatları üçün Milli Mühasibat Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat"ın tələblərinə uyğun tərtib edilsə də, bəzi hallarda müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri hesabatlarda düzgün əks etdirilməyib. "Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydalar"ının, "Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair qaydaları"n tələbləri nəzərə alınmayıb, auditlə əhatə olunan illərdə nazirliyin debitor borclarının vaxtında bağlanmaması hallarına rast gəlinib.

Hesablama Palatasının Kollegiyası Gənclər və İdman Nazirliyi tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib. Auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzalandırılması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Gənclər və İdman Nazirliyinə Kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb. Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 904   Tarix: 23 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 465
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 423
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 287
.

Əri tərəfindən başı kəsilən Sevincin TOY GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib. O, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş

10:14 960
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

15:44 169
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 411
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

14:51 58
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 329
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 209