Dərs vaxtı avtobusda "konduktor"luq edən AZYAŞLILAR: GÜNAHKAR KİMDİR? Direktor, valideyn, yoxsa...

Dərs vaxtı avtobusda "konduktor"luq edən AZYAŞLILAR: GÜNAHKAR KİMDİR? Direktor, valideyn, yoxsa...Çox nadir hallarda olsa da bu gün paytaxt Bakının müxtəlif küçələrində, hərəkətin daha çox intensiv olan hissələrində uşaqların müəyyən xidmət sektoruna cəlb edildiyinin, onların avtobuslarda müəyyən işlərə cəlb edildiyinin şahidi oluruq.

Belə hadisələrdən biri də 163 nömrəli avtobusda yaşanıb. Belə ki, azyaşlı uşaq avtobusda "Konduktor" olaraq işə cəlb edilib. Bu barədə redaksiyamıza fotofaktlar daxil olub.

Məktəblilərin əməyinin istismar edilməsi ilə bağlı BiG.AZ-a danışan Azərbaycan Uşaqlar Birliyi nəzdində yaradılmış "Uşaq sığınacağı"nın direktoru Dadaş Əhmədov bunun mənfi bir tendensiya olduğunu, təhsilsiz gənclərin isə cəmiyyətimizi geri apardığını bldirib: "İlk növbədə bu təhsil sistemində olan çatışmazlıqdır ki, onlar dərs vaxtı hər hansısa bir işlə məşğuldurlar. Bu da gələcəkdə savadsız, təhsilsiz gənclərin yetişməsi deməkdir. Ola bilsin bu əməyin istismarı yox, uşağın təhsildən yayınmasıdır, uşaqların lazım olmayan mühitdə qalmasıdır. Çünki onların əhatəsində hər cür insan olur, onlar hər tipdə insanlarla qarşılaşırlar və müəyyən xoşagəlməz hallar da yaşana bilir. Bu nöqteyi-nəzərdən bu, çox mənfi bir tendensiyadır. Sırf bu məsələlərlə bağlı biz 10-12 il bundan öncə mübarizəyə başlamışıq, mübarizə aparmışıq, hətta vaxtaşırı monitorinqlər aparırdıq. Bəzi məktəblərin direktorları ilə söhbətləşmələr də aparırdıq. Hətta zamanında sinəsinə döyən, mənim şagirdim belə işlərlə məşğul deyil deyən məktəb direktorlarının da şagirdlərini biz bəzi iş sektorlarında, avtobuslarda işləyərkən yaxalamışdıq".

Həmçinin Dadaş Əhmədov insanların rifahının çox aşağı səviyyədə olduğunu, yayılan məlumatların isə həqiqəti əks etdirmədiyini qeyd edib: "Bu həm də ailənin sosial durumu ilə bağlıdır. İnsanların rifahı aşağı düşdükcə belə xoşagəlməz halların baş verməsinə zərurət yaranır. Bəzən böyüklər üçün iş tapılmadığı halda, azyaşlılar rahat şəkildə gedib iş tapa bilir. Bir yandan ailənin dolanması baxımından müəyyən mənada müsbət bir hal kimi yanaşılsa da əslində bu, çox mənfi haldır. Uşaqlar birmənalı olaraq təhsildən yayınır, istismar edilirlər. Bu, həm də Azərbaycan Respublikasının müəyyən qanunvericiliyinə də ziddir. Belə ki, qanunvericilikdə uşaqların təhsil alması faktoru ön plana çəkilir, vacibliyi qeyd edilir. Qanunlarımıza görə, 16 yaşına çatmış yeniyetmələr yarım ştat işlə məşğul ola bilərlər. Yəni günün 4 saatını işləyə bilərlər. O şərtlə ki, onlarla müqavilələr imzalanmalıdır. Lakin bu gün belə halların deyil, neqativ halların şahidi oluruq. Onlarla heç bir müqavilə bağlanmır və istismar edilirlər.

İnsanların rifahı çox aşağı səviyyədədir, biz televiziyalara inansaydıq, o zaman gərək Almaniya dağılardı. Amma reallıq odur ki, səhhəti bir az nasazlayan kimi ölkədə hər kəs Almaniyaya üz tutur. Bu, sadəcə olaraq mənasız təbliğatdır. Ailələr də məcbur olub uşaqlarını işləməyə, ailəni dolandırmağa göndərirlər. Sonradan bunun çox ağır fəsadları olacaq. Təhsilsiz insanlar sonradan böyüyəcək, ailə sahibi olacaq, müəyyən bir sferada özünə yer tapacaq və cəmiyyətin nüfuzunun aşağı düşməsinə səbəb olacaqlar".

Dərs vaxtı avtobusda "konduktor"luq edən AZYAŞLILAR: GÜNAHKAR KİMDİR? Direktor, valideyn, yoxsa...Problemi şərh edən təhsil eksperti Kamran Əsədov isə bunun bütün qanunlara zidd olduğunu, şagirdlərin təhsil almaq hüququ olduğunu, icbari təhsilin məcburi olduğunu qeyd etdi: "Azərbaycan Respublikasının əmək məcəlləsinə görə, 15 yaşına çatmış şəxslərlə əmək müqaviləsinin bağlanması, onların bu və ya digər şəkildə hər hansısa bir xidmət sektoruna cəlb edilməsi, işlədilməsi cinayət məsuliyyəti törədir. O ki qaldı 15-18 yaşları arasında olan gənclərə, onlar isə ancaq valideyn razılığı əsasında hər hansısa işə cəlb edilə, onlarla müqavilə bağlanıla bilər. O halda ki, onların iş vaxtı dərs prosesi ilə eyni vaxta təsadüf etməsin.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir kəsin təhsil almaq hüququ var. 2009-cu ildə qəbul edilən Təhsil Haqqında Qanuna görə, icbari təhsil məcburidir, yəni 9 illik təhsil məcburidir. Bu o deməkdir ki, 9-cu sinif də daxil olmaqla oxuyan şagirdlər heç bir yerdə çalışa, işləyə bilməzlər. Əgər hər hansısa formada işlərə, xidmət sektorlarına cəlb edilirlərsə bu, həmin məktəblinin təhsil aldığı məktəbin direktorunun düzgün fəaliyyət göstərməməsinin bariz göstəricisidir. Çünki dövlətimiz, valideynlərimiz şagirdləri məktəblərə etibar ediblər. Onlar şagirdlərinə düzgün nəzarət etməlidirlər. Doğrudur, bəzi valideynlər bundan xəbərdardır, uşağının işlədiyini görür, amma buna icazə vermək olmaz. Valideynlərə uşaqlarının həyatını təhlükə altına atmasına icazə vermək olmaz. Çünki onlarla əmək müqaviləsi bağlanılmır və onların hər birinin həyatı təhlükə altındadır".

Kamran Əsədov şagirdlərin tətil günləri müddətində belə hər hansısa bir işə cəlb edilə bilməyəcəyini, məktəb direktorlarının isə başlarının pul yığmağa qarışaraq təhsili ikinci plana keçirtdiyini qeyd edib: "Şagirdlər tətil müddətində də çalışa bilməzlər. Tətil şagirdlərin istirahət etməsi üçün nəzərdə tutulmayıb. Məktəblər, müəllimlər, direktorlar tətil üçün fəaliyyət planları tərtib etməli və şagirdin tətil müddətində görəcəyi işləri müəyyənləşdirməlidirlər. Bizi elə öyrədiblər ki, istər yay, istər payız, istərsə də digər tətil günləri müddətində təhsili bir kənara atıb istirahət etmək lazımdır. Çünki bəzi məktəb direktorlarının başı pul yığmağa qarışıb deyə fəaliyyət planı hazırlamaq heç kimin yadına düşmür. Onlar ancaq ciblərini düşünürlər.

Əgər şagirdlərin dərs vaxtı işlədiklərini, istismar edildikləri aşkarlanarsa bu mütləq şəkildə araşdırılmalıdır. Əgər şagirdə həmin müddətdə jurnala "İştirak edir" yazılıbsa, o zaman onlara Əmək Məcəlləsinin 67 və 70-ci maddələrinə uyğun olaraq "Şiddətli töhmət" təqdim edilməklə işdən azad edilmək cəzası gözləyir. Müəllimlər həmin uşaqlara "Qayib" yazıblarsa belə bu onları məsuliyyətdən azad etmir. Çünki hər bir şagirdin qeyd etdiyim kimi Təhsil almaq hüququ, öhdəlik və vəzifələri var. Məktəbin funksiyası şagirdi daimi olaraq aktiv, fəal şəkildə təhsilə, məktəbə cəlb etməkdir. Yoxsa bəzi müəllimlər "Qayib" yazır və özünü məsuliyyət azad olmuş kimi hiss edir. "Qayibi" yalnız hər hansısa fiziki problemi olan zaman, səhhətində problem olduğu təqdirdə dərsə gəlmədiyi üçün yazılır. Yoxsa şagirdi kimlərsə istismar edirsə, sən özünü məsuliyyətdən azad etmək üçün "Qayib" yazırsansa, heç də belə deyil. Belə olduğu halda müəllimi, sinif rəhbərini, direktor müavinini və direktoru sərt şəkildə cəzalandırmaq, işlərini düzgün tərtib etmədikləri üçün tədbir görmək lazımdır. Şagirdin adı məktəbdə gedirsə, o, davamlı olaraq dərs proseslərinə cəlb edilməlidir. Əgər kimsə işləmək istəyirsə, 9-cu sinifdən sonra öz ərizəsi əsasında məktəbdən ayrılaraq gedib hər hansısa bir xidmət sektorunda çalışa bilər".

Dərs vaxtı avtobusda "konduktor"luq edən AZYAŞLILAR: GÜNAHKAR KİMDİR? Direktor, valideyn, yoxsa...163 nömrəli avtobusda yaşanan bu hadisədən danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələnin araşdırılacağını və tədbir görüləcəyini bildirib: "Hazırda avtobuslarda "Konduktor" xidməti ləğv edilib. Heç bir sərnişindaşıma avtobuslarında "konduktor" xidməti yoxdur. Əgər varsa belə bu tərəfimizdən araşdırılacaq və müvafiq tədbirlər görüləcək".

BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1798   Tarix: 23 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304