Hərbçiyə etibar edib evinə getdi, təcavüzə məruz qaldı… – TƏFƏRRÜAT

Hərbçiyə etibar edib evinə getdi, təcavüzə məruz qaldı… – TƏFƏRRÜATSumqayıt şəhərində olan hadisə nəticəsində qız hamilə qalıb, ailəsi ondan imtina edib.

Sosial şəbəkədə tanış olduğu hərbçi şərti adı A.H (22 yaş) ilə şərti adı O.Ə (31 yaş) Bakı şəhərində görüşüblər. Hərbçi onu yaşadığı Sumqayıt şəhərinə getməyi təklif edib.

A.H bildirib ki, hadisə də bundan sonra baş verib. Qadın iddia edib ki, hərbçi yaşadığı evdə ona cinsi təcavüz edib.

"Biz onunla avqustun sonunda internet vasitəsi ilə tanış olub, ilk dəfə sentyabrın 18-də Bakıda görüşdük. Sonra məni Sumqayıta dəvət etdi. Məni Sumqayıtla tanış etdi. Şirin söhbət etdikdən sonra mən Bakıya qayıtdım. İlk görüşümüzdə o ünsiyyəti və davranışı ilə mənim etibarımı qazandı. Oktyabrın 9-da isə Sumqayıtda yenidən görüşdük. Evinə dəvət etdi. Sonra mənə dedi ki, qal, sabah səni yola salacam. Həmin gecəni onlarda qaldım. O, mən istəmədən mənimlə cinsi əlaqədə oldu. Sonra mənə şirin vədlər derdi. Hər şey yaxşı olacaq dedi. Sən demə bunun hamısı şikayət etməməyim üçün imiş", – deyə O.Ə bildirib.

Qadın deyib ki, hadisədən iki gündən sonra A.H ilə əlaqə salxaya bilməyib: "O, artıq mobil telefon nömrəsini dəyişmişdi. Oktyabrın 24-də Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etmişəm. Məni Sumqayıt şəhər 1-ci Polis Bölməsinə yönləndirdilər. A.H mənimlə əlaqə saxlayıb görüşdü. Vəd verdi ki, aramızda nikah bağlayacaq. Həbçi olduğuna və həbs olunmamasına görə polisdən şikayətimi geri götürdüm. Məni yenidən evinə apardı. Bir neçə gün məni orda saxladı. Sonra bizi hərbi prokurorluğa çağırdılar. A.H ilə birlikdə ora gedib şikayətimi geri götürdüm. Bir müddət sonra isə onunla əlaqəni itirdim. O yenə mobil telefon nömrəsini dəyişdi. Mən A.H-dan 1 aylıq hamiləyəm".

O.Ə deyib ki, onun hamilə olmasından xəbərdar olan ailəsi ondan imtina edib: "Atam vəfat edib. Anam, bacılarım və qohumlarım məndən imtina edib. Özümü öldürməyimi istəyirlər. Mənə dəstək lazımdır. Vəkilim yoxdur. Bir vəkillə danışdım. O da məndən hüququmu müdafiə etməsi 1000 manat istədi. Mən bu hadisədən sonra işsiz də qalmışam. Mən çarəsiz vəziyyətdəyəm. A.H-nın atası ilə danışmışam. Ona oğlundan hamilə olduğumu dedim. O da mənə bildirdi ki oğlunun vəkili Salman Qasımovla danışım. Vəkil də mənə deyir ki, mən A.H tərəfindən cinsi cəzavüzə məruz qalmamışam".

O.Ə-nin bir tələbi var: "Mən onunla barışmaq, ailə qurmaq istəmirəm. Mən sadəcə onun cəzasının çəkməsini istəyirəm".

A.H-nın vəkili Salman Qasımov məsələ ilə bağlı bildirib ki, O.Ə 26.10.2017-ci il tarixində Sumqayıt şəhər Polis İdarəsinə şikayət edib: "Xanımın müraciəti əsasında araşdırma aparılıb, eskpertiza təyin olunub. Ekspertizanın 02.11.2017-ci il tarixli 517 saylı rəyi var. Bu sənəddə O.Ə-nin zorlanması məsələsi öz təsdiqini tapmayıb. Buna görə də Sumqayıt şəhər Prokurorunun köməkçisi Samir Məmmədovun qərarı ilə 03.11.2017-ci il tarixində cinayət işinin başlanması rədd edilib. Hazırda da bu qərar qüvvədədir. Xanım yenidən prokurorluğa müraciət edib. Biz sabah ora gedib bu qərarı təqdim edəcəyik".

mənbə: bizimyol.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3236   Tarix: 22 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

03.05.2024 451
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

03.05.2024 207
.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

03.05.2024 50
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 151
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

03.05.2024 458
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

03.05.2024 1282
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

03.05.2024 287
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

03.05.2024 725
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

03.05.2024 763