Bakıdakı ağır qəzanın təfərrüatı məlum oldu - FOTO

Bakıdakı ağır qəzanın təfərrüatı məlum oldu - FOTONoyabrın 9-u təxminən axşam saat 8-9 radələrində Bakının Mehdiabad qəsəbəsi ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəsəbənin "Gənclər Şəhərciyi" ərazisində maşınların hərəkət istiqamətində yolun kənarı ilə irəliləyən 32 yaşlı Şükürov Rəşad Zahir oğlu hələ də şəxsiyyəti müəyyən edilməyən sürücünün idarə etdiyi avtomobillə vurulub. Sürücü ağır vəziyyətdə olan yaralını qan içində yerdə qoyaraq avtomobili ilə hadisə yerindən qaçıb.

Həyat yoldaşının zənginə tibb bacısı cavab verdi

Rəşadın yaxınlarının bildirdiyinə görə, evə gələndə, saat 20:00-20:30 radələrində çörək almaq üçün ona zəng ediblər. Zənglərə cavab verməyən Rəşada ailə üzvləri bir qədər sonra yenidən zəng etməli olublar. Rəşadın telefonuna bir qadın cavab verərək tibb bacısı olduğunu, Rəşadın vəziyyətinin ağır olduğunu bildirib.

Ətrafdakı vətəndaşlar təcili tibbi yardıma olayla bağlı xəbər veriblər. Hadisə yerinə gələn təcili yardım əməkdaşları yaralını 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) çatdırıblar. Xəstəxananın travmatoloq-ortoped cərrahı doktor Abuzərov Ramilin milli.az-a verdiyi məlumata görə, travmatik şokla təcili yardım bölməsində qəbul edilən Rəşadın yaşamağı sual altında olub. Onun həyatda qalıb-qalmayacağı 3 saat ərzində məlum olacaqdı. Hal-hazırda sözügedən xəstəxanada palataya yerləşdirilən Rəşadın vəziyyəti kafi olaraq qiymətləndirilir.

Cinayətkar "qeybə çəkildi"

Rəşad Şükürovun vurulduğu istiqamətdə təhlükəsizlik kameraları olmasına rəğmən hadisədən artıq 5 gün keçsə də, şübhəli tapılmayıb. Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Ramil Mehdiyevlə əlaqə saxlayan milli.az əməkdaşı cinayət törədən avtomobil sahibi ilə bağlı hər hansı məlumat almaqda çətinlik çəkib. Müstəntiq olayın bağlı cinayət olduğunu vurğulayıb. Burada bir məqam diqqətdən qaçmayıb. Belə ki, Rəşad Şükürov hadisədən 5 gün keçməsinə baxmayaraq hələ də Məhkəmə Tibbi Ekspertizadan keçirilməyib. Məsələ ilə bağlı Ramil Mehdiyevə sual ünvanlansa da, müstəntiq bunun səbəbini xəsarət alan şəxsin vəziyyətinin ağır olduğunu, onu Məhkəmə Tibbi Ekspertizaya aparmağın mümkünsüz olduğu ilə əlaqələndirib. Müxbirin "Məhkəmə Tibbi Ekspertizanın əməkdaşlarını xəstəxanaya ezam etmək olmazdı?" sualına Ramil Mehdiyev "Mən qanunvericiliklə iş görürəm" deyərək telefonu söndürüb.

Qeyd edək ki, ailə vəziyyəti ağır olan Şükürov Rəşadın sabah səhər saatlarında əməliyyat olunacağı gözlənilir.

Şükürov Ramillə bağlı təyin edilən diaqnoz:

- Qapalı kəllə-beyin tavması

- Baş-beyin silkələnməsi

- Sol körpücük sümüyünün qapalı-qəlpəli yerdəyişmə sınığı

- Sağ saidin hər iki sümüyünün qapalı-qəlpəli yerdəyişmə sınığı

- L2 (II bel fəqərəsi) tin çıxıntısının sınığı

- Sol sirkə kasasının sınığı
Bakıdakı ağır qəzanın təfərrüatı məlum oldu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2162   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 336
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

28.04.2024 172
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

28.04.2024 206
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 833
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 133
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 97
.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

28.04.2024 170
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 200
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 190