Telman İsmayılov barədə həbs qərarı verildi
Moskva məhkəməsi tanınmış iş adamı Telman İsmayılovun həbsi barədə qərar verib.
Bu barədə biznesmenin vəkili İnterfaks nəşrinə bildirib.
"Çerkizov" bazarının keçmiş sahib iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham olunur. Biznesmen beynəlxalq axtarışa verilib.
Onun vəkilinin sözlərinə görə, məhkəmə həbs barədə qərarı oktyabrın 30-da çıxarıb. Qərardan apellyasiya şikayəti verilib.
Sentyabr ayında İsmayılovun evində axtarışlar aparılıb. Biznesmen özü və onun ailə üzvləri iş adamları Vladimir Savkin və Yuri Brilyovun qətlinin təşkilində şübhəli bilinirlər.
Rosbalt nəşrinin məlumatına əsasən, Telman İsmayılovun səkkiz sifarişli qətli törədən qruplaşma ilə əlaqəli olduğu ehtimal edilir. Biznesmenə qarşı ifadəni qruplaşmanın üzvlərindən biri Qarri Beloçerkovski verib. Onun sözlərinə görə, qruplaşma Moskvanın Şimal İnzibati Dairəsində yerləşən ticarət mərkəzləri ilə bağlı olan iş adamlarını öldürüb.
Telman İsmayılovun qardaşı Rafiq 2016-cı ildə Savkin və Brilyovu qətlə yetirməkdə ittiham olunur. Hazırda o, həbsdədir. İş adamının digər qardaşı Vaqif İsmayılov axtarışa verilib.
Xatırladaq ki, "Çerkizov" bazarı 2009-cu ildə bağlanıb. Telman İsmayılov bundan sonra aktivlərini sataraq Rusiyanı tərk edib. 2017-ci ildə məhkəmə onu müflis elan edib.
mənbə: oxu.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1444 Tarix: 11 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər də gələn ildən daha çox vergi ödəyəcək
"Vergi Məcəlləsi"nə edilən yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3 faizlik dərəcə 5 faizə, 5 faizli
13.12.2025 183 TƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək
Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının ilbəil artmasıdır. Maraqlıdır, pensiya yaşı yenidən artırıla bilərmi?. Mövzu ilə bağlı -a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılması prosesi yeni deyil və buna 2017-ci ildə qanunvericiliy
00:13 141 Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo
10:10 0 Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI
Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib
13.12.2025 188 "Azərişıq" işçisini cərəyan vurub öldürdü
Abşeronda kişini cərəyan vuraraq öldürüb. xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində baş verib. Elektrik dirəyində təmir işləri görən "Azərişıq" ASC-nin əməkdaşı, 31 yaşlı Fatmayı kənd sakini Ülvi Bəhrəm oğlu Məcidlini cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağl
13.12.2025 179 Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü
Sosial şəbəkələrdə gizli kameraların, GPS-lərin reklamı və satışı geniş yayılıb. Belə ki, vint, maşın açarı, qələm və s. şəklində mikrokameralar ucuz qiymətə təklif olunur. Bu cür satış təklif edənlər həm də kiberdələduzluqla məşğul olurlar. Baku TV-nin əməkdaşı "TikTok"da ucuz gizli kamer
13.12.2025 155 Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub"
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın 45 dəqiqəlik reanimasiya tədbirlərindən sonra həyata qaytarılıb. Hadisədən sonra özünə gələn pasiyent yaşadıqlarından danışıb. Belə ki, altı uşaq anası Sevinc Əliyeva öd kisəsindəki daş səbəbindən əməliyya
01:19 107 Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək
Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri
13.12.2025 108 Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb. Ərdoğan Rusiya Prezident
13.12.2025 133