Tələbələrin mənzil PROBLEMİ…

Tələbələrin mənzil PROBLEMİ…Ali məktəbə qəbul olan tələbələrin kirayə mənzil problemi hər zaman aktualdır. Ümumilikdə tələbə üçün yataqxana həm maddi, həm də vaxt itkisi baxımından əlverişlidir. Azərbaycanda yataqxanalar üçün illik ödəniş 300-600 manat arasında dəyişir ki, bu da mənzil kirayələyib, aylıq ödəniş etməkdən daha sərfəlidir. Hazırda ali məktəblərin yataqxanalarında yerlərin azlığı ciddi məsələdir.

Kirayə mənzil axtaran tələbələr öz ciblərinə uyğun rahat şəraiti olan mənzil tapmaqda çətinlik çəkirlər. Kirayə evlərin qiyməti, adətən, 300 – 400 manat arasında dəyişir ki, bu da bölgələrdən Bakıya üz tutmuş tələbələrin cibinə uyğun deyil. Dəllallar qeyd edirlər ki, universitetlərə yaxın ərazidə yerləşən kirayə mənzillərin qiyməti isə daha baha olur.

BiG.AZ xəbər verir ki, modern.az saytı tələbələrin mənzil problemi ilə bağlı sorğu aparıb.

Bakı Dövlət Universitetin 4-cü kurs tələbəsi Nəzrin Abdullayeva bildirib ki, iki otaqlı kirayə ev axtarır. Amma 300 manata normal şəraiti olan ev tapa bilmir.

"Bunun qiyməti 300-400 manat arasında dəyişir, buna isə imkanım çatmır. Ev yiyəsi ilə problemimiz onda yaranır ki, ev yiyəsi əvvəldə verdiyi sözlərə sonradan əməl etmir. Kirayə qalanların sayı artsa da, ödənişi azaltmır. Evi biz kirayələmişiksə, ev daha bizim məsuliyyətimizdədir. Hər gün gəlib yoxlaması, nəzarət etməsi bizi narahat edir."

Ekspertlər qeyd edirlər ki, əksər hallarda mənzili kirayələyərkən kirayəyə verənlə kirayəçi şifahi razılığa gəlirlər. Lakin bu hal sonradan hər iki tərəf üçün müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Qısa müddətdə isə uyğun qiymətə mənzil tapmaq elə də asan deyil. Kirayəyə verən növbəti aydan kirayə haqqının qiymətini birtərəfli qaydada artırdığını deyə və ya təcili olaraq evi boşaltmağı tələb edə bilər. Bu kimi problemlərlə üzləşməmək üçün mütləq şəkildə mənzil kirayəsi müqaviləsi imzalanmalıdır.

Tibb Universitetinin 1-ci kurs tələbəsi Təranə Əliyeva qeyd edib ki, ümumi anlamda əsas təmizliyə riayət etməmək ,məsuliyyətsizlik , bir-birinə bəzi məsələrdə anlayış göstərməmək kimi problemler olur.

"Daha cox problem isə onda yaranır ki, otaq yoldaşın ev yiyəsi olur. Belə olan halda o dominantlıq edir. Hər xırda şey üçün icazə almaq məsuliyyəti olur sanki. Ümumiyyətlə isə kirayə mənzillərin qiyməti bahalaşıb deyə 4-5 nəfər qız yığışıb birgə qalırlar. Hər il də qızların sayı daha da artır, təbii ki qızların sayı artdıqca problemlər də çoxalır".
Ümumiyyətlə isə ev axtaran tələbə oğlanlar daha çox problemlə üzləşir. Çünki ev sahiblərinin əksəriyyəti oğlanlara ev verməkdən imtina edirlər. Səbəb kimi isə onların evi səliqəsiz saxladığı göstərilir.

Azərbaycan Texniki Universitetinin 4-ci kurs tələbəsi Malik Qasımov deyir ki, kirayə mənzil tapmaqda əsas çətinlik evi uyğun qiymətə tapmamaqdır.

"Ümumiyyətlə çox vaxt oğlanlara ev vermirler. Ele ev sahibi olur, danışıb inandırırsan ki, xoşagəlməz hallar olmayacaq. Amma eleləri də var, ümumilikdə ev verməkdən imtina edirlər. Ev sahibləri ümumiyyətlə oğlanlara güvənmirlər, həm evin səliqəsi ilə bağlı, həm də bəzi başqa məsələlərdə.

Kirayəçilər qeyd edirlər ki, ev sahibləri özləri müqavilə imzalamaqdan imtina edirlər. Buna səbəb kimi isə gəlirdən vergi ödəmək üçün pullarının yetmədiyini göstərirlər.

Evini artıq 7 ildir ki kirayəyə verən 54 yaşlı Mənsurə Sadıqova deyir ki, kirayəçi ilə hər hansısa bir müqavilə imzalamaq lazım olduğunu bilmir.

"Evimi ancaq tələbə qızlara və ailələrə verirəm. Başqa heç kimə verməyə risk etmirəm. Amma bir şeyi də deyim ki, kirayəçilər də məndən bu vaxta qədər müqavilə tələb etməyiblər".

İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayə verən kirayəçiyə icarəyə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir.

İcarəçi əmlak sahibinə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verdiyi halda isə özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət etməli və əldə etdiyi gəlirdən dövlət büdcəsinə ödəniş etməlidir. Buna görə də, bəzi vətəndaşlar müqavilədən imtina edir, bəziləri isə ümumiyyətlə kirayə mənzil müqaviləsindən və müqavilə imzalandıqdan sonra atılacaq addımlardan, bunun məsuliyyətindən xəbərsizdirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1058   Tarix: 09 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 228
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

10:08 290
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 90
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 206
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 389
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 225
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

05.05.2024 262
.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

05.05.2024 197
.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

05.05.2024 177