Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə - Sənəd qəbulu başladı

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə - Sənəd qəbulu başladıDövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrində işləmək üçün imtahan vermək istəyənlərin sənədlərinin qəbuluna başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) BiG.AZ-a verilən məlumata görə, dekabrın 17-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək. İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.

Sənədlərin qəbulu noyabrın 7-dən dekabrın 6-dək aparılacaq.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Noyabrın 18-də isə DİM dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. İmtahan kompüter vasitəsilə aparılacaq.

İmtahana qeydiyyat noyabrın 7-dən başlayır və imtahanın keçirilməsi üçün nəzərdə tutulmuş yerlərin sayına uyğun olaraq qeydiyyat bitdikdən sonra yekunlaşır.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2736   Tarix: 08 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

11:40 51
.

Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO

Azərbaycanda müğənni ağır qəzaya düşüb. -ın əldə etdiyi məlumata görə, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib

11:25 168
.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

04.05.2024 194
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

10:52 107
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 4940
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 185
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 155
.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

12:20 0
.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

12:40 0