3 uşağını atıb başqasına qaçan ana barədə QƏRAR VERİLDİ

3 uşağını atıb başqasına qaçan ana barədə QƏRAR VERİLDİ8 ay əvvəl küçəyə atılan 3 azyaşlı barədə yeni xəbər var.

BiG.AZ xəbər verir ki, Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akiflinin Lent.az-verdiyi məlumata görə, ana Xəyalə Kərimovadan uşaqların qəyyumluq hüququ alınıb.

V. Akifli bildirib ki, uşaqların qəyyumluğu hazırda Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayevaya verilib. Birliyin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yaşayan uşaqların vəziyyəti isə yaxşıdır.

Xatırladaq ki, bir müddət əvvəl Bakıda Xəyalə Kərimova adlı gənc qadın 3 uşağını atıb və başqası ilə qaçması haqda mətbuatda xəbər yayılmışdı. Anası tərəfindən tərk edilən uşaqları bu dəfə də nənəsi küçəyə atmışdı.

3 azyaşlı uşaq polis tərəfindən, küçədə baxımsız və kimsəsiz şəkildə aşkarlanaraq Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdilər. Ağsu rayon Polis Şöbəsi, İcra hakimiyyəti, televiziya və KİV-i ilə birgə apardığımız işin nəticəsi olaraq həm nənə, həm də ana sığıncağa dəvət olunub.

Xəyalə Kərimova həyat yoldaşı ilə 2015-ci ildə məhkəmə vasitəsi ilə boşanıblar. 3 uşağa görə, ataya 90 manat aliment pulu kəsilsə də, 2015-ci ildən bəri bir dəfə də olsa aliment ödəməyib, nə də gəlib uşaqları ilə maraqlanmayıb.

Ana vaxtilə nənəyə uşaqlarla bağlı etibarnamə verib. Həmin etibarnamə ilə uşaqlar nənənin öhdəliyinə keçib. Sonra ana öz uşaqlarını ataraq şəxsi həyatını yaşamağa gedib. 3 nəvəsini küçəyə atmış nənə öz əməlinə belə haqq qazandırıb ki, guya bu yolla o, öz qızını cəzalandırırmış. Uşaqları qisas məqsədilə çölə atıb. Qızına dəfələrlə evi tərk etməməsini, kiməsə qoşulub qaçmamasını desə də, qızı onu saymayıb. Buna görə də nənə azyaşlı uşaqları çölə atıb.

Vasif Akifli bildirmişdi ki, ana artıq uşaqları özü ilə aparmaq istəsə də uşaqlar anaya verilməyəcək. Bunun üçün məhkəmə qərarı olmalıdır.

3 azyaşlı uşaqların atasına gəlincə, o, hələ də axtarışdadır. Gah Bakıda, gah Rusiyada olduğu deyilsə də, aylardır atadan xəbər yoxdur. O nəinki 3 balasına aliment ödəmir, hətta uşaqları ilə ümumiyyətlə, maraqlanmır.

3 uşağını atıb başqasına qaçan ana barədə QƏRAR VERİLDİ3 uşağını atıb başqasına qaçan ana barədə QƏRAR VERİLDİ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5881   Tarix: 06 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497