"Qoca"nın meyiti ailəsinə təhvil veriləcək – Penitensiar Xidmətdən AÇIQLAMA

"Qoca"nın meyiti ailəsinə təhvil veriləcək – Penitensiar Xidmətdən AÇIQLAMADaxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülən "Qoca" ləqəbli Etibar Məmmədovun meyiti ailəsinə təhvil veriləcək.

BiG.AZ bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov məlumat verib.

O bildirib ki, meyitin təhvil veriləcəyi vaxtı hələ ki, məlum deyil: "Prosedura görə, meyit tibbi ekspertizadan keçirildikdən sonra rəy hazırlanacaq. Yalnız bundan sonra meyit ailə üzvlərinə, yaxud yaxın qohumlarına təhvil veriləcək".

M.Sadıqov deyib ki, hazırda prosessual hərəkətlər icra edildiyindən meytin təhvil veriləcəyi vaxt müəyyənləşdirilməyib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

E.Məmmədov isə noyabrın 2-də xüsusi əməliyyat nəticəsində öldürülüb. O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal "razborka" zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb. Bu işin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılırdı və prokuror Etibar Məmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

"Qoca"nın ailəsi Hacıqabulda yaşayır… Dəfnin də orada olcağı gözlənilir…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2776   Tarix: 03 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 136
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 170
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

28.04.2024 172
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 115
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28.04.2024 130
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

28.04.2024 255
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

28.04.2024 175
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 97
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

28.04.2024 162