Məktəblər necə qorunur? - "Nəsə baş verərsə, biz də cavabdeh olacağıq" - NAZİRLİK

Məktəblər necə qorunur? - "Nəsə baş verərsə, biz də cavabdeh olacağıq" - NAZİRLİK8 il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsinin baş verməsindən sonra ali təhsil müəssisələri, həmçinin də, məktəblərin mühafizəsi məsələsi zamanla medianın gündəliyində əsas yer tutdu. Hadisədən 8 ildən də artıq vaxt ötməsinə baxmayaraq, bu istiqamətdəki problemlər hələ də həllini tapmayıb. Dünya ölkələrinin təcrübəsindən də göründüyü kimi, bu gün terror üçün ictimai nəqliyyatla yanaşı potensial məkanlardan biri də təhsil ocaqlarıdır. Bakıda bir çox məktəblərdə xüsusi mühafizə xidmətinin olmaması valdieynlər üçün narahatlıq yaradıb.

Maraqlıdır, arzuolunmaz hal baş verərsə buna görə kim, hansı qurum məsuliyyət daşıyacaq?

BiG.AZ xəbər verir ki, sorğumuz Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Bakı şəhər Baş Təhsil İdarəsinə yönləndirilib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəşarət Məmmədov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb.

Bakı şəhər Baş Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, tabeliklərində olan təhsil müəssisələrində mühafizə xidmətinin təşkil edilməsi üçün idarənin xərclər smetasında vəsait nəzərdə tutulmayıb.

Bildirilir ki, gələcəkdə təhsil müəssisələrinin mühafizə xidməti ilə təmin edilməsi məsələləri müzakirə ediləcək.

Paytaxtdakı bir neçə məktəbdə şagirdlərin və müəllimlərin təhlükəsizliyini təmin etmək üçün valideynlərin razılığına əsasən, özəl mühafizə xidməti fəaliyyət göstərir.

B.Məmmədovun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 8 təhsil müəssisəsində təhlükəsizliyin təmin olunması məqsədilə mühafizə xidmətinin təşkili Daxili İşlər Nazirliyi Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Bildirilib ki, eyni zamanda, təhsil müəssisələrində mühafizə xidmətinin təşkil olunması üçün təhsil idarəsi tərəfindən monitorinqlər keçirilib, mühafizə xidmətinə ehtiyacı olan təhsil müəssisələrinin siyahısı Təhsil Nazirliyinə təqdim edilib. Hazırda həmin müəssisələrin mühafizə ilə təmin olunması istiqamətində müvafiq tədbirlər görülür.

Təəssüflər olsun ki, nə Təhsil Nazirliyindən, nə də ki, Bakı Şəhər Baş Təhsil İdarəsindən bu siyahını əldə edə bilmədik.

Bəs, məktəblərdə mühafizə xidmətinin olmaması ilə əlaqədar təhlükəli vəziyyət yaranarsa, buna görə kim cavabdehlik daşıyacaq?

Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Jalə Məmmədova Cebhe.info-ya açıqlamasında bildirib ki, arzuolunmaz hal baş verərsə, digər aidiyyəti qurumlar və şəxslərlə yanaşı Təhsil Nazirliyi də hadisəyə görə cavabdeh olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1353   Tarix: 02 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

11:15 181
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 290
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 442
.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

12:04 3694
.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. report-a istinadən xəbər verir ki, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Qayımov Elşad Şiri

15:56 216
.

İlk dəfə xanımı ilə foto paylaşdı

Müğənni Vaqif Şıxəliyev ailəsi ilə fotolar yayımlayıb. Axşam.az xəbər verir ki, sənətçi həftəsonu istirahətindən şəkilləri instaqram hesabında yayımlayıb. Həyat yoldaşı, qızı və oğlunun yer aldığı fotoya V.Şıxəliyev "Həftəsonu ailəmlə istirahətdən. Allah hər kəsin ailəsini qorusun. Ailə candır"sözlərin

16:09 489
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 232
.

İtaliyada tələbələr Fələstinə dəstək üçün çadır qurdular

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədi ilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar. BİG.AZ xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada, xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında mülk

15:00 40
.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

11:07 219