Qaçan məhbusu hansı halda öldürmək olar? – QANUN

Qaçan məhbusu hansı halda öldürmək olar? – QANUNXəbər verdiyimiz kimi oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan kriminal avtoritet "Qoca" ləqəbli Etibar Məmmədov öldürülüb. Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti də təsdiqləyib.

Məhkumlara qarşı hansı hallarda silah işlətmək olar?

BiG.AZ xəbər verir ki, femida.az Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən, cəzaçəkmə müəssisələrində təhlükəsizlik tədbirləri və onların tətbiqinin əsasları maddəsində qeyd olunan suala aydınlıq gətirib.

Belə ki, cəzaçəkmə müəssisələrinin işçi heyətinin qanuni tələblərinə tabe olmayan, onlara müqavimət göstərən, kütləvi iğtişaşlarda, insanların girov götürülməsində iştirak edən, vətəndaşlara hücum edən və ya digər ictimai təhlükəli hərəkətlər törədən məhkumlara, həmçinin məhkumların cəzaçəkmə müəssisəsindən qaçması və ya qaçanların tutulması zamanı göstərilən hüquqazidd hərəkətlərin, habelə bu məhkumların ətrafdakı insanlara və ya özlərinə ziyan vurmasının qarşısının alınması, hazırlanan və ya törədilən cinayətlərin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirləri (fiziki qüvvə, xüsusi vasitələr, xidməti itlər və odlu silah) tətbiq edilə bilər.

Cəzaçəkmə müəssisələrində qalmaqal salan məhkumlara qarşı əl qandalı, işçi heyətinə fiziki müqavimət göstərən və ya digər zorakılıq hərəkətləri edən, habelə mühafizə altından qaçan məhkumlara qarşı isə fiziki qüvvə, xüsusi vasitələr və xidməti itlər tətbiq edilə bilər.

Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzaçəkmə müəssisələrinin işçi heyətinin və ya başqa şəxslərin həyatı üçün bilavasitə təhlükə törədən basqınlar, yaxud da qəsdən başqa hərəkətlər etdikdə, habelə mühafizə altından qaçdıqda, göstərilən hərəkətlərin qarşısını başqa tədbirlərlə almaq mümkün olmadıqda, müstəsna tədbir kimi odlu silah tətbiq edilməsinə yol verilir.

Kimlərə qarşı atəş açmaq olmaz?

Məcəllədə bununla bağlı maddədə qeyd olunur ki, qadınlar və yetkinlik yaşına çatmayan şəxslər cəzaçəkmə müəssisəsindən qaçdıqda, onlara qarşı odlu silah tətbiq edilməsinə yol verilmir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1697   Tarix: 02 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 338
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 214
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 533
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 145
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

02.05.2024 148
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 489