Prezident Aparatında vəzifələrini itirən məmurların SİYAHISI - FOTOLAR

Prezident Aparatında vəzifələrini itirən məmurların SİYAHISI - FOTOLAR

Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü iclasında Prezident Administrasiyası (PA) rəhbərinin müavini vəzifələrinin inzibati vəzifələrin ali və birinci təsnifatı sırasından çıxarılması ilə bağlı qanunvericiliyə dəyişiklik müzakirə edilib. Layihəyə əsasən “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik təklif olunur. Dövlət müşaviri vəzifəsi inzibati vəzifələrin ali təsnifatı sırasından, PA rəhbərinin müavini vəzifəsi isə birinci təsnifat sırasından çıxarılır.

Xatırladaq ki, bu ilin iyun ayında Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olunmuşdu. İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla vəzifələrini itirmişdi.

Prezident Aparatında vəzifələrini itirən məmurların SİYAHISI - FOTOLAR

Qeyd edək ki, Vahid Axundov hakimiyyətin yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar arasında ən yaşlılardan biriydi. O, 4 iqtidarın prezidentiylə işləməklə müstəqil Azərbaycanın siyasi tarixinə uzun müddət eyni post tutmuş vəzifəli şəxslərdən biri kimi düşdü.

Prezident Aparatında vəzifələrini itirən məmurların SİYAHISI - FOTOLAR

İndiəyədək Prezidentin istisadi islahatlar üzrə müşaviri olmuş Natiq Əmirov isə İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri – Prezidentin köməkçisi təyin olunmuşdu.

Prezident Aparatında vəzifələrini itirən məmurların SİYAHISI - FOTOLAR

Prezidentin digər müşaviri – humanitar məsələlər üzrə şöbə müdiri Fatma Abdullazadə də tutduğu vəzifədən kənarlaşdırılmışdı.

Prezident Aparatında vəzifələrini itirən məmurların SİYAHISI - FOTOLAR

Mənbə: A24.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1311 Tarix: 01.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər