Azərbaycanın avtoritetlərlə adı hallanan müğənniləri - SİYAHI

Azərbaycanın avtoritetlərlə adı hallanan müğənniləri - SİYAHIXəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın bu gün həbs olunub. İfaçı oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

Qeyd edək ki, Fədayə Laçın adı kriminal aləmdəki şəxslərlə hallanan ilk müğənni deyil. Əvvəllər də bir neçə tanınmış ifaçının, hətta xalq və əməkdar artistlərin belə bu tip xəbərlərdə adı keçir.

BiG.AZ A24.az-a istinadən bildirir ki, bundan öncə, mərhum Xalq artisti İlhamə Quliyevanın, Xalq artisti Briliant Dadaşovanın, Əməkdar artistlər Mətanət İsgəndərlinin, Manana Çaparidzenin, Eyyub Yaqubovun da adları kriminal şəxslərlə yanaşı çəkilib.

Xalq artisti İlhamə Quliyevanın adı əvvəlcə Hacı Məmmədovla, daha sonra isə ləğv edilmiş MTN hadisələrində hallanıb. Mərhum müğənninin Hacı Məmmədovla olduğu kimi, sabiq MTN rəhbəri ilə də şəxsi münasibətlərinin olduğu deyilirdi. İ.Quliyeva son hadisələrlə bağlı açıqlama verməsə də, Hacı Məmmədovla dostluğunu özü də təkzib etmirdi, ancaq "qara işlər"indən xəbərsiz olduğunu vurğulayırdır. Onu da bildirək ki, Hacı Məmmədovun "Qarabulaq"deyilən istirahət məkanının girişində İlham Quliyevanın böyüdülmüş fotosu asılmışdı.

Hacı Məmmədovun daha bir "qurbanı" Xalq artisti Brilliant Dadaşovaolmuşdu. Həmin ərəfədə sənətçi ölkəni tərk etmək istəyərkən Bakı Hava Limanında saxlanılmışdı. Buna səbəb Dadaşovanın pasportunda özünü "cavanlaşdırması" idi. Belə ki, həmin sənəddə müğənninin adı "Prılanta" kimi qeyd olunub və təvəllüdü 1964-cü il göstərilib. Əslində isə Brilliant Dadaşova 1959-cu ildəndir. O zaman hətta daxili işlər naziri Ramil Usubovun özü Brilliant xanımın olayı ilə bağlı mətbuata açıqlama vermişdi.

Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində onunla birgə fotosu yayılmış müğənni Eyyub Yaqubovun da adı hallanmışdı. İfaçının H.Məmmədovun "dost" siyahısına düşməsinə səbəb də məhz həmin foto olmuşdu. Eyyub Yaqubov özü isə bu barədə açıqlama verməkdən yayınmışdı.

Hacı Məmmədovla yanaşı adı çəkilən digər müğənni isə Manana Çaparidzedir. Çaparidzenin də adının hallanmasına məhz 2006-cı ildə Hacı Məmmədovla "Qarabulaq" istirahət mərkəzində çəkdiyi fotolar səbəb olmuşdu. Eyyub Yaqubovdan fərqli olaraq M.Caparidzeyə H.Məmmədovun "Mercedes" markalı avtomobil hədiyyə etdiyi də iddi edilirdi.
Məlum MTN hadisələrində Əməkdar artist Mətanət İsgəndərlinin də adı hallanıb. Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev dəfələrlə ifaçını "MTN agenti" olmaqda günahlandırıb. Qardaşı Mahir Abdullayevlə bağlı cinayət əməlində onun da əlinin olduğunu iddia edib. Bildirib ki, Mahir Abdullayev Mətanət İsgəndərli ilə israrlı dəvətlərdən sonra görüşüb, həmin görüşdə dava düşüb, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.
"MTN işi"ndə adı çəkilən digər müğənni Manaf Ağayevdir. İfaçı Akif Çovdarovun məhkəməsində də iştirak edib. Müğənni Akif Çovdarovun cinayət işində adı zərərçəkən kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesinə çağırılıb və dindirilib. Müğənni özü isə mətbuata açıqlamasında Akif Çovdarovla heç bir əlaqəsi olmadığını bildirib.
Ləğv edilən MTN olaylarında müğənni Şəbnəm Tovuzlunun da adı hallanıb. Şəbnəm Tovuzlunun da sabiq MTN Akif Çovdarovun qurbanlarından biri olduğu deyilirdi. İddia olunurdu ki, ifaçı qadın alverində ittihamı olunaraq MTN-ə aparılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5805   Tarix: 30 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

TOP MP3