Ruslardan Bakıda DƏHŞƏTLİ ƏMƏL

Ruslardan Bakıda DƏHŞƏTLİ ƏMƏLBakıda barda tanış olduğu qadını öldürməkdə ittiham olunan 43 yaşlı Sergey Vorobyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə verib.
İttihama görə, qətl hadisəsi bu il iyununda Xətai rayonu NZS qəsəbəsi, Y.Səfərov küçəsi, ev 2, mənzil 4-də baş verib. Hadisə baş verən gün İlahə Şahbazova ilə Sergey Vorobyov birlikdə spirtli içki qəbul ediblər.

İlahənin onun çox içməsinə irad tutması aralarında narazılıq yaradıb. Mübahisə zamanı İlahə Şahbazova bıçaqla Sergeyə xəsarət yetirib. Sergey bıçağı alaraq qadının ürək nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən İlahə Şahbazova hadisə yerində dünyasını dəyişib.

Təqsirləndirilən şəxs qismində dindirilən Sergey Vorobyov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Onun sözlərinə görə, tanış olan zaman İlahə adının Arzu olduğunu deyib:

"Həmin vaxtdan bizə gəldi, bir yerdə yaşamağa başladıq. Özünün dediyinə görə, bir oğlana qoşulub qaçıb, uşağının hazırda 15 yaşı var, əri isə iki il əvvəl rəhmətə gedib. Hadisə baş verən gün uşaqlıq dostum Yuliya ilə tanışım Viktor bizə gəlmişdilər. Yuliyanın verdiyi 20 manat pulla marketdən araq və digər ərzaq məhsulları alıb gətirdik. Birlikdə yeyib-içdik. İlahə Yuliyayla səmimi görüşməyimi mənə irad tutdu. Dedim ki, o mənim uşaqlıq dostumdur, hətta o vaxt bir-birimizi sevmişik də, indi bu söhbətləri eləmək lazım deyil".

Sergey Vorobyov qonaqları yola salandan sonra yenidən içməyə davam edib: "İlahə çox içməyimə irad bildirdi. Bıçaqla boğazımdan vurmaq istədi, başımı geri çəkdim, sinəmə zərbə vurdu. Əlini burdum, bıçaq sinəsinə batdı. Müvazinətimi itirib yerə yıxıldım. Səhər saatlarında yuxudan oyananda gördüm döşəmənin üstündəyəm. Köynəyim qan içindəydi. Paltarımı dəyişmək üçün yataq otağına keçəndə İlahənin huşsuz halda yerdə uzandığını gördüm".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, meyiti xalçaya büküb və otaqda gizlədib: "Meyiti tək evdən çıxara bilməyəcəyimi başa düşdüm. Bu barədə tanışım Romana dedim. Meyiti evdən çıxarmaqda mənə köməklik etməsini istədim, razılaşmadı".

Zərərçəkmiş şəxs qismində dindirilən Telman Bağırov ifadəsində İlahənin ərindən ayrıldığını, bir övladı olduğunu deyib: "Əxlaqsız hərəkətlərlə məşğul olduğuna görə əri ondan ayrılmışdı. Qardaşları onu evə gəlməyə qoymurdu. Oğlu da əmisinin yanında yaşayır. Onun nə işlə məşğul olduğunu, harada yaşadığnı bilmirik, onunla heç kim maraqlanmırdı".

Daha sonra şahid qismində ifadə verən Viktor Çikonov bildirib ki, hazırda inzibati həbsdədir. Onun sözlərinə görə, inzibati qaydada ona 20 sutka həbs verilib, 8 günüdür həbsdə saxlanılır.

Viktor Çikonov deyib ki, sevgilisi olmuş Yuliya ilə qətlə yetirilən Arzugilə qonaq gedib: "Həmin gün Yuliya ilə görüşdük. Anası evdə idi, yeyib-içmək istədik, lakin yer tapmırdıq. Bu zaman Yuliya dedi ki, Arzugilə gedək. Getdik, çox kasıb yaşayırdılar. Evdə yeməyə heç nə yox idi. Yuliya Arzuya 20 manat verdi. Gedib yemək, araq aldılar. Biz oturub yeyib-içdik. Gecə saat 2 olardı. Yuliyaya dedim ki, gəl səni evə aparım. O da mənimlə birıikdə getdi".

Viktor Çikonov qeyd edib ki, Sergeyin bundan qabaq yaşadığı qadın da ölüb: "Arzudan əvvəl Sergeyin yaşadığı qadın da ölüb. Daha sonra o, Arzu ilə barda tanış olub və evə gətirərək birlikdə yaşamağa başlayıblar. İndi birinci qadın da öldü, Arzu da, yenə tapsa onu da qətlə yetirəcək".

Hakimlərin suallarına cavab verən şahid bildirib ki, yeyib-içdikləri gün qadınların arasında heç bir lezbiyanlıq halı olmayıb: "Bu barədə kim deyirsə, səhv danışır, belə şey olmayıb".
Təqsirləndirilən şəxs şahidin ifadəsinə etirazını bildirib və onu İlahəni öldürməkdə ittiham edib: "Həmin vaxt məni də bıçaqlamısan. Bizim davamız məhz elə qızların bir-birini qucaqlaması üstündə oldu. Bu mənə xoş gəlmədi. Ona görə mübahisə yarandı. Sonrasını xatırlamıram. Gözümü açanda bıçaqlanmışdım. Arzu isə öldürülmüşdü".
Növbəti proses noyabrın 2-də davam edəcək.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1528   Tarix: 27 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 284
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

16:40 117
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

16:00 112
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

17:10 98
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 212
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

13:20 137
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 199
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

20:30 0