Azərbaycanda oğlanlar ginekoloq olmaq istəmir
Dünyanın bir çox ölkələrində kişi ginekoloqlar çoxluq təşkil etsə də, Azərbaycanda bu hala o qədər də rast gəlinmir. Ona görə də kişi ginekoloqların varlığı mübahisə mövzusu olmaqla yanaşı, hər zaman aktuallığını da saxlayıb.
Maraqlı hal odur ki, bir çox həkimlər xəstələrə ən yaxşı müalicə edənlərin kişi ginekoloqlar olduğunu söyləyirlər.
Hazırda Azərbaycanda tibbi təhsil alan tələbələr arasında ginekoloq ixtisası seçən oğlanları sayı nə qədərdir?
Tibb Universitetinin Mamalıq-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva modern.az saytına açıqlamasında kişi ginekoloqların sayında artım olmadığını deyib.
"Dəqiq say demək çətindir. Mama-ginekologiya təhsili rezidentura keçdiyinə görə bal topladığı halda tələbələr həmin sahə üzrə təhsillərini davam etdirirlər. Amma bir-iki oğlan olub ki, o da müəyyən səbəblərdən Türkiyəyə gedib. Ona görə də hazırda mama-ginekoloq kimi təhsilini başa vuran kişi tələbə yoxdur".
Elmira Əliyeva deyir ki, kişi mama-ginekoloqlar əsasən xaricdə formalaşıb Azərbaycana qayıdırlar.
"Ola bilər ki, həmin tələblərin çoxu rezidenturanı Bakıda oxumasınlar. Türkiyədə, Rusiyada hazırlaşıb müəyyən bir vaxtdan sonra bura gəlsinlər. Təcrübədə elə faktlar daha çoxdur. Gənc oğlan tələbələrimiz rezidenturanı xaricdə oxuyub mama-ginekoloq kimi ölkəyə qayıdırlar və çox yaxşı da mütəxəssis olurlar. Məsələn bir nümunə deyim. Tural Canbaxışov rezidenturanı Türkiyədə oxuyub mama-ginekoloq oldu. Şox yaxşı da mütəxəssisdir. Baxmayaraq ki, qadın ginekoloqlarla müqayisədə kişi ginekoloqlara münasibət fərqli olub, amma bu sahədə kişi-qadın ayrı-seçkiliyi olmur. SSRİ zamanında belə, çox görkəmli kişi ginekoloq alimlərimiz olub. Kişi ginekoloqların elmi gücü heç də qadınlardan az olmur".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 2531 Tarix: 26 oktyabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Yaşımı heç vaxt sirr saxlamadım"
Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım
10:24 836 "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"
"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi
12:47 202 Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video
Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar
25.04.2024 746 Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video
Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu
14:22 522 Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video
Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"
11:35 583 Blinken Çinə gedib
ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib
16:00 109 Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"
"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib
15:23 178 Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç
16:04 798 Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb
İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat
17:05 104