Məhbusların qaçması ilə bağlı generalın bacısı oğlu və daha iki nəfər HƏBS EDİLDİ

Məhbusların qaçması ilə bağlı generalın bacısı oğlu və daha iki nəfər HƏBS EDİLDİBu gün Nəsimi Rayon Məhkəməsində Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətinin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

BiG.AZ report-a istinadən xəbər verir ki, məhkəmə vəsatəti təmin edib.

Qərara əsasən, hər üç şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Kriminal aləmdə tanınan Ə.Ağaminin hazırda həbsdə olan "Lotu Quli"yə yaxın şəxslərdən olduğu bildirilir. "Qoca" ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, həbs edilənlərdən qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1512   Tarix: 25 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zelenski Ukraynanın Aİ-yə assosiativ üzvlük təklifini "ədalətsiz" adlandırıb

Ukrayna Prezidenti Vladimir Zelenski Aİ liderlərinə ünvanladığı məktubda Almaniyanın Ukraynaya Avropa İttifaqının "assosiativ" üzvlüyünün verilməsi təklifinin "ədalətsiz" olduğunu, çünki bu, Kiyevi blok daxilində səssiz qoyacağını bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki

11:53 176
.

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib

Əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir

15:30 135
.

Süni yumurtadan canlı cücə çıxdı: Alimlər nəhəng moa quşunu geri qaytarmaq istəyir

Elm dünyasında diqqət çəkən yenilik baş verib. Qaynarinfo xəbər verir ki, ABŞ-ın "Colossal Biosciences" biotexnologiya şirkəti süni yumurta sistemi vasitəsilə canlı cücə çıxarmağa nail olduğunu açıqlayıb. Şirkətin açıqlamasına görə, embrionun inkişafı üçün lazım olan şəraiti təmin edən xüsus

22.05.2026 354
.

İsrail Livanda "Hizbullah"ın silah zavoduna zərbə endirib

İsrail Müdafiə Qüvvələrinin (IFD) Livanın Bekaa şəhərinə gecə endirdiyi zərbələr nəticəsində "Hizbullah" hərəkatının gizli silah istehsalı obyekti vurulub. "Report" xəbər verir ki, bu barədə IDF məlumat yayıb. "Hizbullah"ın Tir rayonundakı digər infrastruktur obyektlər

19:50 54
.

İşğaldan azad olunmuş ərazilərdə yeni milli parklar yaradılacaq

"Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında yeni milli parkların yaradılması istiqamətində işlər aparılır". xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov "Trend" Beynəlxalq İnformasiya Agentliyinə və "ARB24" televiziya kanalına müsahibəsind

17:20 129
.

Çində kömür mədənində baş verən partlayış nəticəsində 80-dən çox insan ölüb, dövlət mediası xəbər verir

Çinin şimalındakı kömür mədənində baş verən qaz partlayışı nəticəsində 82 nəfər həlak olub, dövlət mediası xəbər verir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, CCTV xəbər verir ki, "xilasetmə işləri hələ də davam edir. Ölənlərin sayı hələ də hesablanır" və əlavə olaraq doqquz nəfərin hələ d

09:45 203
.

Böyük Britaniyanın Azərbaycandakı kredit təşkilatı mənfəətini 26 %-dən çox artırıb

"İnkişaf üçün maliyyə" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-cü ili 866 min manat xalis mənfəətlə başa vurub. "Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 26,2 % çoxdur. Ötən il "İnkişaf üçün maliyyə"nin vergiyəqədərk

18:40 100
.

Tarixin ən yaxşı 100 romanı

"The Guardian" nəşri tarixin ən yaxşı 100 romanının siyahısını dərc edib. Axşam.az xəbər verir ki, reytinqdə birinci yeri Corc Eliotun "Midlmarç: Əyalət həyatının araşdırılması" romanı tutub. Siyahıda ikinci pillədə amerikalı yazıçı Toni Morrisonun 1987-ci ildə nəşr olunan "Sevilən"

10:35 188
.

Havay adalarında 6 maqnitudalı zəlzələ olub

Havay adalarında 6 maqnitudalı zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) məlumatında deyilir. Zəlzələnin episentri Honauno-Napupu yaşayış məntəqəsindən 6 km cənub-şərqdə yerləşir, ocağı isə 16 km-dən bir qədər daha çox dərinlikdə olub. Zərərçəkənlə

16:00 127
.

TOP MP3