Sürüşmələrin aktivləşməsinin səbəbi AÇIQLANDI

Sürüşmələrin aktivləşməsinin səbəbi AÇIQLANDISon vaxtlar vaxtlar Azərbaycanda xüsusilə dağlıq ərazilərdə yeni yolların çəkilməsi sürüşmə sahələrinin genişlənməsi və aktivləşməsinə səbəb olur.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov APA-ya deyib ki, yeni yolların çəkilməsi yamaclarda tarazlığın pozulması ilə nəticələnir. Onun sözlərinə görə, belə yollara Şamaxıdan Qızmeydana gedən yolu, həmin yolun Pirsaatçay dərəsini kəsib keçən, Pirsaatın sol yamacında olan əraziləri daxildir.

Şöbə müdiri qeyd edib ki, həmin yollar sürüşmələr baxımından intensiv təhlükəli risk zonası kimi qeyd edilir. Son zamanlar Şamaxı-Pirqulu-Dəmirçilər yolunun çəkilişi zamanı Ağsuçay dərəsinin sol yamacından qərbə baxan yamaclarda tarazlıq pozulub: "Yolun həm aşağı, həm də yuxarı hissələrində sürüşmə riskli sahələr yaranıb. Hazırda Dəmirçilərdən Lahıca gedən yolun layihəsi həyata keçirilir. Bu yolun çəkilməsi də gələcəkdə oradakı yamaclarda bir sıra sürüşmə hallarının fəallaşmasına səbəb olacaq. Bunların qarşısını almaq üçün çıxış yolu tapılmalıdır. Yolların çəkilməsi vacibdir. Yolları çəkən dövlət və özəl qurumlar mütləq AMEA-nın Geologiya və Geodeziya, Coğrafiya institutları ilə əlaqə saxlamalıdır ki, yamacların təşkil olunduğu süxurlar, ətraf sahə landşaftında baş verən dəyişmələr öyrənilsin. Bunun nəticəsində də yollarda baş verə biləcək sürüşmələrin və vuracaq ziyanın müəyyən qədər qarşısını almaq olar. Amma çox təəssüf ki, hazırda ölkədə yol çəkilişindən əvvəl ərazidə görülməsi lazım olan landşaft planlanması işləri həyata keçirilmir".

Şöbə müdiri deyib ki, son zamanlar çayların üstündə kiçik su anbarları yaradılır. Su anbarlarının yaradılması çay hövzələrində çöküntü toplanmasını azaldır: "Bunun nəticəsində çayda dərinlik eroziyası güclənir, kanyon şəkilli dərələr yaranır ki, bu da çay sahillərində torpaq uçqunlarının intensivləşməsi səbəb olur. Bu hallar daha çox çay sahilinə yaxın yaşayış məntəqələrində - Lənkəran, Astara, Göyçayda müşahidə edilib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 835   Tarix: 23 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589