Azərbaycanda bu sürücülər təhlükəsizlik kəmərini TAXMAYA BİLƏR

Azərbaycanda bu sürücülər təhlükəsizlik kəmərini TAXMAYA BİLƏRAzərbaycanda bəzi sürücü və sərnişinlərin avtomobildə olarkən təhlükəsizlik kəmərindən istifadə etməməsinə icazə verilir.

BiG.AZ xəbər verir ki, "Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinin I bəndinin 6-cı hissəsinə əsasən, 12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir.

"Report" məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədova müraciət edib. V.Əsədov bildirib ki, həmin siyahı adıçəkilən qanun qüvvəyə mindiyi gündən bu yana baş verən yol-nəqliyyat hadisələrinin təhlili əsasında hazırlanaraq qəbul edilib.

Vaqif Əsədovun sözlərinə görə, sürücü avtomobili təhlükəsizlik kəməri taxılı vəziyyətdə geriyə verirsə, bu, həmin şəxsə çətinlik yaratdığından, ona kəmər bağlamamağa icazə verilir: "Yaxud sükan arxasında və sərnişin qismində oturan hamilə qadına kəmərin bağlanması ona hərəkətlə bağlı problem yaradırsa, həmin şəxslərə də bu səbəbdən icazə verilir. Eyni zamanda 12 yaşınadək uşaqlar qabaqda mütləq xüsusi oturacaqda oturmalıdır. Həmin oturacağın özünün təhlükəsizlik kəmərini əvəz edən 4 və ya 3 nöqtədən ibarət xüsusi kəmər var. Arxa oturacaq məsələsi ölkə qanunvericiliyində nəzərdə tutulmadığından, arxada xüsusi oturacaqların quraşdırılması ilə bağlı inzibati xəta tərkibi yaradan maddə yoxdur. Ancaq bir sıra xarici dövlətlərdə, o cümlədən inkişaf etmiş ölkələrdə yol polisinin cəza yazıb-yazmasından asılı olmayaraq, əksər vətəndaşlar öz övladlarınının təhlükəsizliyini təmin etməyə çalışır".

Qurum rəsmisi onu da qeyd edib ki, operativ nəqliyyat vasitələrinin sürücüləri (yol polisi, təcili tibbi yardım, yanğınsöndürən və s.) zərurət yarandıqda "Yol hərəkəti haqqında" qanunun müvafiq maddəsinin tələblərini poza bilir: "Qanun buna icazə verir. Belə nəqliyyat vasitələrinin sürücüləri başqa sürücülərdən fərqli olaraq operativlik naminə təhlükəsizlik kəmərindən istifadə etmirlər. Bu da təbii ki, təhlükəsizliyi təmin etmək şərti ilə olur".

İdarə sözçüsü deyib ki, Bakı şəhəri üzrə təhlükəsizlik kəmərlərindən istifadə etməməyə görə xeyli sayda sürücü saxlanılır və cərimələnir: "Tərtib edilən protokollar əsasında günbəgün kəmərlərdən istifadə edənlərin sayında artımın olduğunu müşahidə edirik. Sürücü ilə yanaşı, sərnişin də kəmər bağlamırsa, onun da barəsində inzibati tənbeh tədbirlərinin görülməsinə qanun icazə verir. Təhlükəsizlik kəmərini bağlaması insanın öz həyatını, sağlığını düşünməsi deməkdir. Yəni bu, onun özünə faydalıdır. Belə ki, kəmər düzgün bağlanılırsa, bu həm qanunvericiliyin tələblərinə riayət edilməsi, həm yol mədəniyyətinin formalaşması, həm də baş verəcək qəza zamanı sürücü və sərnişinin həyatının 60 faiz qorunması deməkdir. Unutmaq lazım deyil ki, yollarda quraşdırılan kameralar vasitəsilə hərəkət zamanı kəmərin taxılmaması halları foto-material şəklində hazırlanır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2328   Tarix: 23 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ-də axtarışa getdikləri evdə silahlı hücum nəticəsində 4 polis ölüb

ABŞ-nin Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü ölüb, 4-ü isə yaralanıb. xəbər verir ki, Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib

30.04.2024 298
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

16:26 529
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

10:49 226
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

14:59 132
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

15:05 75
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

15:42 377
.

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik v

14:41 406
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

16:00 224
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

17:39 54