Vaqif Mustafayev kimdir? - 2-ci hissə - KÖŞƏ

Vaqif Mustafayev kimdir? - 2-ci hissə - KÖŞƏHətəm tipik surətdir. Hətəm klassik surətdir. Vaqif Mustafayevin bu filmi klassik filmdir. Tarixilik baxımdan əhəmiyyəti böyükdür. Rusların məhz həmin ildə – 1988-də çəkdiyi "Malenkaya Vera" bədii filmi Sovetin tərbiyəsiz mühitini açıb ortalığa qoyurdusa, "Yaramaz" vəzifə kürsüsündə yüksələrək alçaqlaşanlar mühitinin əksi idi. Sənətşünasların təbirincə desək, gözəl ekran həlli. "Yaramaz", toruna Qızıl balıq düşən Qoca balıqçının Qoca qarısının nəslinin davamçılarının ekran təsviri idi. O övladlar ki, heç nəyə qadir deyillər, bəxtləri üzlərinə güləndə isə qudururlar, sonda isə hər şeylərini itirirlər. O cümlədən mənəviyyatlarını, heysiyyətlərini, vicdanlarını. Bir də ki, niyə "İDİ" deyirəm axı? İndi belə hallar yoxdurmu? Forma dəyişib, mahiyyət qalıb. Əlbəttə ki, məhdud. Amma 1988-ci ildə, sovet rejimi dövründə bu təsvir, bu cür filmin ssenarisini yazmaq və çəkmək (ssenari müəlliflərindən biri də Ramiz Fətəliyevdir) böyük cəsarət tələb edirdi.

Sovet dövründə uzun müddət müxtəlif rayon, şəhər Partiya Komitələrinin 1-ci katibi işləmiş Sadıq Murtuzayev "Insanla, torpaqla üz-üzə" kitabında zamana uyğun yeni deyimlər, "atalar sözləri" icad edib. Məhz bu məqamda onlardan ikisini qeyd etmək yerinə düşərdi: "Kimә yaxşılıq elәdin, ozunu ondan qoru". "… Әvvәl-әvvәl kimin evini yıxırsan? – Mәnә corәk verәnin". Vaqif Mustafayevin yaratdığı Hətəm və Hətəmlər məhz bu cür adamlardan idi.

Sovet dövrü kinoteatrlara "festivalnı" kinolar gəlirdi. Yaponiya istehsalı olan "Qızıl canavar" filminə bilet çətin tapılırdı. Əldə 25 rubla satılırdı. Nədi-nədi, bir epizodda qadın qurşağacan lüt göstərilir və ona "əl uzadılır". "Yaramaz" filmində də erotik səhnə var. Amma nədənsə buna o vaxt fikir verməmişdim. Çünki ikrah doğurmur. Sadəcə fikri tamamladığına görə.

Vaqif Mustafayev filmlərinə xas olan bir xüsusiyyət bu filmdə də özünü yaxşı tərəfdən büruzə verir. Aktyor olmayanların epizodlarda yer alması. Məsələn, o vaxt heç məşhur olmayan Milli Qəhrəman Çingiz Mustafayev (xuliqan), Xalq artisti Brilyant Dadaşova (qonşu qız), ağı deyən arvad öz rollarının ifasından layiqincə gəlirlər. Necə deyərlər, sənətdə böyük və kiçik rol olmur. Hələ dillər əzbəri olan bir ifadəni demirəm: "Tı moy rodnoy". Görəsən, bu ifadə müğənni Cavan Zeynallıdan filmə keçib, yoxsa filmdən Cavan Zeynallının dilinə düşüb?

Üç şey qaldıqca köhnəlmir: bal, tütün və şərab. Əksinə, zaman keçdikcə qiyməti daha da artır. Əsl sənət əsərləri də belədir. Ona görə də 29 ildən sonra – 1988-ci ildə çəkilmiş – "Yaramaz" filminə müraciət edib, fikir söyləməyim, yəqin ki, sizə çox da qəribə gəlmədi. Bu həm də görkəmli rejissor, Azərbaycan kino sənətinin son mogikanlarından olan Vaqif Mustafayevin yaradıcılığına ani bir fanat baxışı idi. İndi soruşacaqsınız ki, axı başqa bədii və sənədli filmləri də var. Niyə məhz "Yaramaz"la başladın və bitirdin. Axı, əvvəldə də qeyd etmişdim… Vaqif müəllimlə ilk tanışlığım bu filmlə başlanıb. "Bəyin oğurlanması"yla (baxmayaraq ki, ondan əvvəl çəkilib) davam edib. Heydər Əliyevlə bağlı çəkdiyi 10 sənədli filmlə PİK nöqtəsinə çatıb.

Ötən yazılarımdan birində bu sənədli filmlərə ani də olsa, toxunub, tamaşaçı qiymətimi vermişəm – 2014-cü ildə yazdığım "Elmira Axundovayla Vaqif Mustafayevin səhvi" yazımda. Vaqif müəllimin səhvi də bilirsinizmi nədən ibarət idi?

SİTAT: Mayın 10-da əlimdə pult, adətim üzrə kanalları sayırdım. "Space" kanalında sevdiyim sənədli filmlə rastlaşdım – Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi sənədli filmlə. Birinə baxdım. Bitdi. Dərhal o biri başlandı. O da bitdi. Digəri başlandı. Hamısı da biri o birindən maraqlı. Sanki ilk dəfə idi ki, baxırdım. Səhv etmirəmsə, on sənədli film. Sənətşünas deyiləm. Amma adı sənədli filmdir. Yəqin ki, bu adı bu filmlərə Vaqif Mustafayev özü verib. Bununla da böyük yanlışlığa yol verib. Vaqif müəllim, sizin çəkdiyiniz bu inikal əsərlərin bircə adı var: KİNOEPOPEYA. (SON)

Kinoşünaslıqda debütüm bilmirəm necə alındı. Bunu zarafatla deyirəm. Kinoşünas deyiləm. Amma rejissor Vaqif Mustafayevin yaradıcılığının pərəstişkarıyam. Bu da yəqin ki, son yazım yox, onun haqqında ilk yazımdır. Çünki "Vaqif Mustafayev kimdir?" sualıma cavab belə qısa ola bilməz. Yarımçıqlığı isə heç kim sevmir. O cümlədən mən.

SON

Bu yazını isə təsadüfdən yazmadım. Axı, Vaqif müəllim "Space" kanalında mənim üç ay rəhbərim – sədrim olub. İşdən çıxmaq barədə yazdığım üçüncü xahişdən sonra, ərizəmi cırıb vəzifəmi yüksəldib. Məni "Xəbərlər xidməti"nin redaktoru vəzifəsindən Baş redaktorun müavini vəzifəsinə qaldırıb. İki həftə bu vəzifədə işləyib qaçmışam. Sadəcə, atamın ölümündən sonra əsəblərim pozulduğuna və işləyə bilmədiyimə görə. Vaqif müəllim isə xatirimdə qədirbilən, kadrı, qələmi qiymətləndirən sədr kimi qalıb. Bu günlərdə isə mənə doğma olan televiziyanın – "Space"-in 20 yaşı tamam oldu. Vaqif müəllim başda olmaqla bütün kollektivi, bu illər ərzində orda çalışmış bütün həmkarlarımı TƏBRİK EDİRƏM! YUBİLEYİNİZ MÜBARƏK! YUBİLEYİMİZ MÜBARƏK!

MAHİR QABİLOĞLU


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1460   Tarix: 23 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

02.05.2024 791
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 423
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 157
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 287
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 810
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 489
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 192
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

02.05.2024 166
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340