Azərbaycanda direktor toya pul əvəzinə diplom saldı: "İxtisası özün seç"

Azərbaycanda direktor toya pul əvəzinə diplom saldı: "İxtisası özün seç"Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ramiz Məmmədov barəsində cinayət işi açılsa da, onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edir. Hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prokuror R.Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı R.Məmmədov barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilərək məhkəmə zalından həbs edilməsin istəyib.

Bu iş üzrə R.Məmmədov bütün zərərçəkmişlərlə razılığa gəlsə də, iki zərərçəkmişlə barışıq əldə edə bilmir. Buna səbəb isə R.Məmmədovun dəymiş zərəri ödəməməsidir.

Hər iki zərərçəkmiş övladlarının instituta qəbul edilməsi üçün R.Məmmədova külli miqdarda pul verdiklərini, lakin sabiq direktorun nə vədinə əməl etdiyini, nə də pullarını geri qaytardığını deyirlər.

Həmin zərərçəkmişlərdən İdris Əliyev övladını instituta qəbul etdirməsi üçün R.Məmmədova 16 min manat, digər zərərçəkmiş Mahir Həsənov isə 7 min 250 manat verdiyini bildirir.

Qeyd edək ki, Gəncə filialı bağlanarkən Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı idi. İnstitutun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində Aqiyə Naxçıvanlının imzası olub.

Sabiq rektor isə bu məsələ ilə bağlı danışarkən etiraf edib ki, uzun illərdir, institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olub və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə də özü müraciət edib.

Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub və yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdu.

Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.

Bu işlə bağlı saytın əldə etdiyi digər yenilik isə R.Məmmədovun director işlədiyi müddətdə satdığı diplomların sayı ilə bağlıdır. Məlum olub ki, təkcə Təhsil Nazirliyi tərəfindən başladılan yoxlama zamanı 7 minə yaxın saxta diplom müəyyən edilib. Hələ bu rəqəm R.Məmmədovun 2014-cü ildəki fəaliyyəti dövrünə təsadüf edir. Uzun illər director vəzifəsini tutan R.Məmmədovun əvvəlki fəaliyyətində də minlərlə saxta diploma imza qoyduğu məlum olub.

R.Məmmədovun əməlləri ilə bağlı daha bir ilginc məqam da üzə çıxıb. Əldə etdiyimiz məlumata görə R.Məmmədov direktor olduğu müddətdəki əməlləri ilə insanları təəccübləndirə bilirmiş. O, vəzifəsini, saxta diplom düzəltmək "bacarığını" açıq-aşkar şəkildə reklam etməkdən, bu əməlini ətrafdakılara nümayişkaranə şəkildə göstərməkdən də çəkinmirmiş. Məlumata görə, R.Məmmədov iştirak etdiyi toy məclislərindən birində nəmər əvəzinə direktoru olduğu institutun diplomunu göndərib. O, toy məclsinin sahibinə həmin diploma övladının ad və soyadını yazmasını, ixtisas seçməsini istəyib…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4747   Tarix: 21 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

02.05.2024 895
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

02.05.2024 1195
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 228
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 344
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 193
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

02.05.2024 148
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 335
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 287
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 192