"Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq" - Prezident

"Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq" - Prezident"Ermənistan 25 ildən artıqdır, Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib".

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev İstanbulda keçirilən D-8 sammitində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir: "Eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir.

Ötən ilin aprelində təmas xəttində Ermənistanın silahlı hücumu nəticəsində mülki şəxslər və hərbçilər həlak olub. Yüzlərlə yaşayış evi dağıdılıb. Azərbaycan Ermənistanın bu təxribatının qarşısını qətiyyətlə aldı, ordumuz torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdi. Bundan sonra Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu. 150 evdən ibarət bu qəsəbədə məktəb, tibb məntəqəsi və məscid tikildi. Bu məscid ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəridir".

Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMTTəhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq".

Azərbaycanın İslam həmrəyliyini xüsusilə əhəmiyyətli saydığını, bu işə öz töhfəsini verdiyini qeyd edən dövlət başçısı 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunduğunu xatırladıb.

"Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan isə Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz", - deyə prezident bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1614   Tarix: 20 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

12:28 190
.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

15:58 44
.

Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyi

15:15 150
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 442
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 247
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 234
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 243
.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

11:07 219
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 218