3868 nəfər itkin düşüb — Dağlıq Qarabağ münaqişəsinin statistikası

3868 nəfər itkin düşüb — Dağlıq Qarabağ münaqişəsinin statistikasıAMEA Hüquq və İnsan Haqları İnstitutunda "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində" mövzusunda beynəlxalq konfrans keçirilib.

BiG.AZ-ın APA-ya istinadən xəbərinə görə, konfransın təşkilatçıları Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Həsrət yolu" əsir və girovlara kömək ictimai birliyidir.

İctimai birliyin sədri Esmira Orucova bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3868 nəfər Azərbaycan vətəndaşı itkin düşüb: "İtkin düşmüş şəxslərin 3123 nəfəri hərbçi, 745 nəfəri mülki şəxs, 62 nəfəri uşaq, 262 nəfəri qadın, 302 nəfəri isə qocadır. Sübutlara, hətta azad edilmiş ailə üzvlərinin və yaxınlarının şahidlik etmələrinə baxmayaraq, 873 nəfər hüququ pozulmuş şəkildə bu gün də qarşı tərəfdə saxlanılır".

E. Orucova qeyd edib ki, 1437 nəfər əsir və girovluqdan azad edilib.
Konfransda 2014-cü ildə öz doğma torpaqları Kəlbəcərə ziyarətə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi diqqətə çatdırılıb. Bildirilib ki, onlar heç bir hüquqi əsas olmadan, tanınmamış qondarma rejim tərəfindən "mühakimə" ediliblər.

Konfransda diplomatik korpusun nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Tədbir çıxışlarla davam etdirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 751   Tarix: 19 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 427
.

"Kaybolan yıllar" serialının aktyoru əməliyyat olundu

"Kaybolan yıllar" serialının aktyoru Saruhan Hünel əməliyyat olunub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun bacısı Aslı Hünel sosial media hesabında yazıb. Onun sözlərinə görə, yaşadığı problemlər səbəbindən Saruhan ürəyindən əməliyyat edilib. O, reanimasiyaya yerləşdirilib

07.05.2024 563
.

Milli Məclis Mehriban Əliyevanı təbrik edib

Milli Məclis Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, müvafiq təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxış edib. Deputatlar sədri

07.05.2024 369
.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

07.05.2024 587
.

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy

07.05.2024 187
.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

07.05.2024 271
.

"Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"

"Bir ildir Bakıdayam və işsizəm. Bunun səbəbi isə budur: "Azerbaijan Fashion week" dəvət edir və 50 manat qonorar verir. Bilmirəm, yeyinti var və ya yoxdur. Çünki müqavilə imzalanmır, sığortamız yoxdur, vergi ödəmirik. Agentliklər çəkilişə çağırır və müqavilə bağlamır, əmək kitabçamı

07.05.2024 496
.

Azərbaycanda məktəblilər arasında dava: Ölən var

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib. APA xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb. 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasın

07.05.2024 1020
.

"Paşinyanın sülh danışıqlarına gedəcəyi birmənalıdır" - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki, bölgənin geosiyasi konfiqurasiyasının Qərbin xeyrinə olaraq dəyişdirilməsi məqsədilə Ermənistanda hakimiyyətə gətirilmiş Paşinyan iqtidarını

07.05.2024 248