Azərbaycanda narkotikə görə vəzifəli şəxslər tutulub

Azərbaycanda narkotikə görə vəzifəli şəxslər tutulubAzərbaycanda 2017-ci ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2373 fakt aşkar edilib.

Trend xəbər verir ki, aşkar edilmiş faktlardan 678-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1455-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 196-ı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 44-ü isə digərləri təşkil edib.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 25 kq 434,074 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 12 min 670 ədəd çətənə kolları, 8 kq 915,4 qr güclü təsir edən maddə, 58 kq 162,7 qr zəhərli maddə müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 599 kq 305 qr marixuana (58,4%), 173 kq 714,044 qr tiryək (16,9%), 180 kq 262,668 qr heroin (17,5%), 5 kq 564,2 qr həşiş (0,6%), 1545 ədəd həb, o cümlədən 4 kq 302 psixotrop maddələr (0,1%), 66 kq 677,752 qr digərləri (6,5%) təşkil edib.

Cinayət məsuliyyətinə 1955 nəfər cəlb edilib ki, onlardan 4-ü 18 yaşadək, 154-ü 18-25 yaşadək, 281-i 26-29 yaşadək, 1516-ı 30 yaşdan yuxarı, o cümlədən 21-i fəhlə, 7-i qulluqçu, vəzifəli və ya maddi məsul şəxs, 1- i nəqilyyat işçisi, 1726-ı işləməyənlər, 764-ü təkrar cinayət törətmiş şəxslər, 1926-ı kişilər, 29-u qadınlar, 36 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 112 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.

Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 448 ha 36,86 sot ərazidən 173 ton 430 kq 202 qr (370 min 760 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olub ki, onlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20.576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülüb, 1.249 nəfər isə qeydiyyatdan çıxarılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1618   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 860
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 148
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 164
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 325
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 383
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221