110 vətəndaş saxlanılıb, 90 tüfəng müsadirə olunub - RƏSMİ

110 vətəndaş saxlanılıb, 90 tüfəng müsadirə olunub - RƏSMİ"2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanılaraq, onlardan 90 ov tüfəngi, 396 patron, 22 baş quş və 10 baş heyvan götürülüb".

Bu məlumatı Modern.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev deyib:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında" və "Heyvanlar aləmi haqqında" qanunların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşları və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanılaraq, onlardan 90 ov tüfəngi, 396 patron, 22 baş quş və 10 baş heyvan götürülüb. Qanun pozucuları barədə protokollar tərtib edilərək 98 nəfərə 95790 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub. 13 fakt üzrə isə təqsirkarların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyatı və polis orqanlarına müraciət edilib".

R.Mirzəyev həmçinin vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə qəfəsdə saxlanılmasından da söz açıb:
"Eyni zamanda cari ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı ayrı-ayrı ictimai iaşə obyektlərində vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə qəfəsdə saxlanılması ilə bağlı 8 fakt aşkar edilib. Faktla bağlı qanun pozucuları barədə protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub. Vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Mərkəzinə təhvil verilib. Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1277   Tarix: 17 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

12:45 390
.

Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini

10:09 401
.

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir. -ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib. Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətini

30.04.2024 709
.

Parisdə yanğın oldu: 3 ölü

Fransanın paytaxtı Parisdə binada yanğın olub. BİG.AZ xəbər verir ki, hadusə nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Əraziyə yanğınsöndürən və polis cəlb olunub. Yanğın briqadaları müdaxilə edərək binanın 6-cı və 7-ci mərtəbələrini bürüyən yanğını söndürüblər. Məlumata görə, yanğın binanın 7-c

30.04.2024 146
.

Prezident bir qrup rektoru təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. xəbər verir ki, təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalə

10:05 318
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

12:04 599
.

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. "Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuro

30.04.2024 384
.

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü

Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr

30.04.2024 165
.

Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər öldü

Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə namaz vaxtı silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 6 nəfər ölüb. "Taliban" administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Kani Metin sosial media platformasında verdiyi açıqlamada bildirib ki, dünən axşam yerl

30.04.2024 193