Kimlərə "hacı" deyilə bilər? QMİ-dən RƏSMİ AÇIQLAMA

Kimlərə "hacı" deyilə bilər? QMİ-dən RƏSMİ AÇIQLAMA"Vaxtilə insanlar Həcc, Kərbəla və digər müqəddəs ziyarətlərə çox böyük zəhmətlə gedirdilər. Səfərləri 6 ay, hətta bir ilə kimi çəkirdi. Qayıtdıqdan sonra isanlar onlara böyük həvəslə hacı, kərbəla, məşhədi deyirdilər".

BiG.AZ xəbər verir ki, bunu adların qarşısında hacı, məşhədi kimi titulların yazılmasına münasibətini açıqlayan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov bildirib.

A.Yaqubovun fikrincə, müəyyən pillələri keçib müxtəlif adlara layiq görülən insanlar kimi o zamanın ziyarətə gedənləri də bunun üçün əziyyət çəkirdilər: "Biri əziyyət çəkir elm öyrənir, pofessor adını alır, ona deyirlər. Bir insan müəllim, biri alim statusunu alır. Hərbi sahədə əziyyət çəkənlər rütbə alır, general olur və s. Belə adlar ona görə verilir ki, bu insanlar adları almaq üçün əziyyət çəkirlər. Böyük İslam alimlərindən də belə adlar götürənlər olub. Məsələn, böyük şəxsiyyətlər doğulduqları yerlə öyünürdülər və adlarının qarşısında doğma məkanın adını yazırdılar. Adlarının qarşısında İrəvani yazılan böyük şəxsiyyətlərimizdən bu gün də Nəcəf şəhərində böyük elmi mərkəzlərdə çalışanlar var".

A.Yaqubov hesab edir ki, müqəddəs torpaqları ziyarət edən insanlar da adlarının qarşısında həmin məkanların qeyd olunmasından fərəh hissi keçirirlər.

O xatırladıb ki, hacı sözü Azərbaycanın rəsmi sənədlərində yazılmır, insanlar arasında hörmət əlaməti olaraq müraciətdə işlədilir: "Yalnız Səudiyyə Ərəbistanından bizə kvota veriləndə deyirlər ki, bu qədər sayda hacı gətirə bilərsiniz. Bizdə isə bu müraciət forması şifahi şəkildə işlədilir. Elə insan var ki, Həccə getdiyini gizli saxlayır və heç kim də ona hacı demir. Eləsi var ki, onun getdiyini bilirlər və ona o formada müraciət edirlər. İnsanlara hacı deyilib-deyilməməsinə, adının qarşısında yazılıb-yazılmamasına biz hökm verə bilmərik. Həcc ziyarətinə könüllü şəkildə gedilir və müraciət məsələsi də könüllüdür. Hacı şəklində müraciət edilməsi o baxımdan yaxşıdır ki, ətrafda hamı bu insanın Həcc vacibatını artıq yerinə yetirdiyini bilir". ("Report")


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1483   Tarix: 10 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs

11:27 805
.

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb. xəbər verir ki, bu barədə Netflix bildirib. Qeyd edək ki, serialın 1-ci sezonu böyük izlıyici kütləsi toplamışdı

21:30 0
.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

07.05.2024 677
.

Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək. Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq. Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib

10:53 186
.

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, qəzaya səbəb uçuş zamanı yaranan problem olub. Bu barədə Sinqapur Müdafiə Nazirliyini açıqlama yayıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tengah Hava Bazasında qəza edib. Hadisə zamanı pilot xilas edilərək xəstəxaya yerləşdirilib

13:16 109
.

Dönərdən zəhərlənənlərdən biri tələbədir

Ötən gün Zaqatalada dönərdən zəhərlənənlərdən biri UNEC-in Zaqatala filialının tələbəsidir. Bu barədə "Qafqazinfo"ya universitetdən məlumat verilib. Bildirilib ki, birinci kurs tələbəsi olan Əli Qocayev toyuq dönərindən zəhərlənib. Hazırda onun vəziyyəti yaxşıdır və evə buraxılacaq. Qeyd edə

15:11 221
.

"Azərbaycanda tam sabitlik var, iqtisadi və sosial sahələrdə inkşaf müşahidə olunur"

"Hazırda dünya ölkələrinin bir çoxunda ixtişaşlar, vətəndaş qarşıdurmaları, iqtisadi, sosial böhranlar tüğyan edir. Eyni zamanda dünyamız terrorlarla, ölkələrarası müharibələrlə çalxalanmaqdadır.Belə bir vəziyyətdə ölkəmizdə tam əksinə vəziyyət hökm sürür". Bu sözləri BİG.AZ-A deputat Sədaqə

10:12 12
.

Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO

Bakıda hotellərin birində zəhərlənən dörd dostla bağlı ilginc faktlar üzə çıxıb. Zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib ediblər. Onlar iddia ediblər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildiriblər ki, hoteldə verilən göbələk onları zəhərləyib. İçkidən zəhərlənmələr

21:51 0
.

Sabah bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Sabah, 9 May–Faşizm üzərində Qələbə Günündə Bakının Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbayca

14:17 251