Maşınları evakuasiya edən DYP əməkdaşlarının iddiası: "PARKOMAT QANUNSUZDUR" 12:38 – 10 Oktyabr, 201

Maşınları evakuasiya edən DYP əməkdaşlarının iddiası: "PARKOMAT QANUNSUZDUR" 12:38 – 10 Oktyabr, 201Bir müddət əvvələ qədər qadağan olunmuş ərazilərdə park edilən avtomobillər üçün Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən cərimə meydançasına aparılırdı. Sonra bu problem qismən həllini tapdı. Bakı küçələrində addımbaşı quraşdırılan parkomatlar sahəsində sürücüləri narazı salan bu problem aradan qalxdı.

İndi isə yeni bir qayda çıxıb. Artıq parkomatların qarşısında saxlanan maşınlar qa cərimə meydançasına aparılır. Səbəbi gülməlidir - sən demə, bəzi parkomatlar qanunsuz fəaliyyət göstərirmiş. Xatırladaq ki, parkomatlar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nəzarətindədir və hər axşam küçə və prospektlərdən, məhəllə və dalanlardan yığılan gəlirə birbaşa Nəzarət Müfəttişliyi cavabdehlik daşıyır.

Sürücülər "parkomat qanunsuz qurşadırılıb" iddiasının məntiqini anlamırlar: "Mən anlamıram, bu parkomat burada fəaliyyət göstərir, indi deyirlər ki qanunsuzdur. Avtomobilləri aparılar. Biz haradan bilək ki, bu parkomat qanunsuzdur yoxsa qanunidir?"
Budur, Dövlət Yol Polisi İdarəsinin Cavanşir körpüsünün yaxınlığında yerləşən cərimə meydançasının əməkdaşları maşınları qeyri-qanuni şəkildə meydançaya aparırlar.

Maraqlı məqam isə ondadır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət Müfəttişliyinin əməkdaşı olduğunu təsdiq edən şəxs avtomobillərin evakuasiyasını sakitcə seyr edir.

- Siz burada nə işinə baxırsınız ?

Arxaya baxmadan çıxıb gedən bu şəxs Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yolun həm sol, həmdə sağ tərəfində olan parkomatlara nəzarət edir. Hər iki parkomat isə işləyir. Budur, yoxlayırıq: "Avtomobilimin nömrəsini daxil edirəm. Əlimdə olan qəpikləri daxil edirəm".

Hadisə yerində olan və avtomobilləri cərimə meydançasına aparılan sürücülər də müvafiq dövlət qurumun icazəsi ilə qoyulmuş parkomatlar vasitəsilə dayanacaq pulunu ödədiklərini bildirirlər. Bu çeklər isə onlarındır.

Bakı şəhər İcra Hakimiyyətinin hadisə yerində olan əməkdaşları da bildirib ki, maşınları cərimə meydançasına aparan şəxslər qanunsuzluq ediblər.

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə bildirir ki, haradasa parkomat qoyulubsa, o demək deyil, orada maşın saxlamaq olar: "Ola bilsin ki, parkomat düzgün qoyulmayıb".

Qəribə məntiqdir. Parkomatı Bakı şəhər İcra Hakimiyyəti quraşdırır, aparatlar hamısı standartdır, üzərində "qanuni", yaxud "qanunsuz" olduğunu bildirən işarə yoxdur. Son olaraq onu qeyd edək ki, Nəcəfqulu Rəfiyev küçəsində parkomatlar artıq bir ildən çoxdur quraşdırılıb, maşınları qanunsuz olaraq cərimə meydançasına aparan DYP əməkdaşları isə onun "qanunsuz" quraşdırıldığını yalnız bu gün görüblər. Bu məntiqin izahını da tamaşaçıların ixtiyarına buraxırıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 874   Tarix: 10 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

28.04.2024 176
.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

28.04.2024 224
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 187
.

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilə

09:58 74
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 250
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 257
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 386
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 202
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə BİG.AZ-a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28.04.2024 298