Millət vəkilinin oğlu avtomobillə tələbəni vurdu (TƏFƏRRÜAT)

Millət vəkilinin oğlu avtomobillə tələbəni vurdu (TƏFƏRRÜAT)Bakının Nəsimi rayonu ərazisində deputat oğlunun piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Fəzail İbrahimlinin oğlu 1987-ci təvəllüdlü Tural İbrahimli "Jeep Wrangler" markalı "90-BJ-555" dövlət nömrə nişanlı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurullayev Qərib Şakir oğlunu vurub.

Tibb Universitetinin qarşısında baş vermiş hadisə zamanı piyada xəsarət alıb. O, sürücünün köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") çatdırılıb.

Xəstəxananın həkimləri yaralının vəziyyətini ilkin olaraq orta-ağır kimi qiymətləndirib.

Xəsarət almış tələbənin atası Şakir Nurullayev "Report"un əməkdaşı ilə söhbətində oğlu Qərib Nurullayevin orta-ağır dərəcəli xəsarət aldığını təsdiqləyib: "Lakin hadisə piyadanın vurulması ilə olmayıb. Deputat Fəzail İbrahimlinin oğlu Tural İbrahimli yolda yıxılaraq xəsarət almış oğlumu xəstəxanaya çatdırmaqda kömək edib".

Deputat Fəzail İbrahimli isə "Report"a açıqlamasında oğlunun heç kimi maşınla vurmadığını deyib. O, "Oktyabrın 2-də oğlunuz Tural İbrahimli xəsarət almış tələbəyə yardım edərək onu xəstəxanaya aparıbmı" sualına isə belə cavab verib: "Vurmaq ayrı şeydir, kömək etmək ayrı. Qısa və aydın şəkildə deyirəm ki, mənim oğlu heç bir qəza törətməyib".

Qeyd edək ki, T.İbrahimli nazirliklərdən birində çalışır.

Xatırladaq ki, ötən gün xəbər hazırlanarkən deputat Fəzail İbrahimli əvəzinə, onun həmkarı Fəzail Ağamalının adı hallandırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1520   Tarix: 04 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874