AZMİU-dan tələbələrə HƏDƏ-QORXU: Ödənişləri 1 həftəyə TƏCİLİ ŞƏKİLDƏ ödəyin - NARAZILIQ

AZMİU-dan tələbələrə HƏDƏ-QORXU: Ödənişləri 1 həftəyə TƏCİLİ ŞƏKİLDƏ ödəyin - NARAZILIQAzərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə universiet rəhbərliyi arasında yaşanan anlaşılmaz münasibət mediada işıqlanıb.

BiG.AZ xəbər verir ki, sözügedən universitet rəhbərliyinin tələbələrə ödəniş qadağası qoyması valideyinlərin və tələbələrin ciddi narazılığı ilə qarşılanıb. Əldə etdiyimiz məlumata görə, universitetdə təhsil alan əyani və qiyabi, eləcə də 1-ci kurslar istisna olunmaqla 4-cü kursa qədər bütün tələbələrə sərt şəkildə xəbərdarlıq edərək ödənişi tam şəkildə ödəmək tapşırığı verilib. Əks təqdirdə isə onların universitetə buraxılmayacağı ilə hədələniblər.

Bu azmış kimi bütün tələbələrə e-mail göndərərək təcili şəkildə ödəniş etmələri tələb olunub.

Məsələ ilə bağlı BiG.AZ -a danışan təhsil eksperti Kamran Əsədov belə tələblərlə tələbələrin təhsil almaq hüququnu kobud şəkildə pozan universitetləri dövlətin düşməni adlandırıb:

"Universitet rəhbərliyi özbaşına tələbə ilə bağladığı müqaviləni birtərəfli qaydada ləğv edirsə, buna onun ixtiyarı yoxdur. Yalnız və yalnız tələbə təhsil alacağı semestrin ödənişin ödəməlidir. Qanunvericilikdə göstərilir ki, tələbə heç bir halda təhsil alacağı bütün ilin ödənişini ödəməməlidir. Çünki tələbənin qanunvericiliyə əsasən, Nazirlər Kabinetinin təsis etdiyi normalara əsasən hər semestrin sonunda, yanvar və iyun ayında universiteti tərk etmək, köçürülmək ixtiyarı, səlahiyyəti var. Tələbənin bu hüquqları, səlahiyyətləri olduğu üçün o yalnız təhsil aldığı semstrin ödənişini etməlidir. Belə olmadığı halda tələbə əgər universiteti tərk edərsə ödənişlə bağlı ciddi problemlər yaşanır.
Heç bir universitet daxili qaydada qərar qəbul edib tələbəyə məcburiyyət tətbiq edə bilməz. Bunu edən universitet, təhsil müəssisəsi Azərbaycan dövlətinin, dövlətçiliyinin düşmənidir.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2013-cü ildə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasını təsdiq edib. Həmin strategiyaya əsasən təhsil əlçatan olmalıdır. Bütün maddi resurslar cəlb edilməli, Azərbaycan insanı, Azərbaycan vətəndaşı təhsil almalıdır. Bu gün Azərbaycanda təhsil alan təbəqənin səviyyəsi çox aşağı səviyyədədir. Bu statistika dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə qat-qat aşağıdır.

Universitetlərin isə bu qaydada Azərbaycan insanını təhsildən qaçaq salması qəbuledilməzdir. Həmin universitetlər qeyd etdiyim kimi dövlətçiliyimizin düşmənidir. Heç bir universitetin təhsil haqqını tam şəkildə tələb etmək səlahiyyəti yoxdur. Əgər müqavilənin şərtləri dəyişdirilərsə də bu, hər iki tərəfin razılığı əsasında olmalıdır. Əgər qarşılıqlı qaydada müqavilənin şərtləri razılaşadırılmayıbsa bu, birbaşa olaraq tələbələrin təhsil almaq hüquqlarını kobud şəkildə pozulmasıdır".

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə əlaqə saxladıq. Universitet dəftərxanası ((012) 539 07 25) məsələ ilə bağlı danışmaq səlahiyyətlərinin olmadığını, bunun üçün isə ((012) 539 10 45) nömrəsi ilə əlaqə saxlamalı olduğumuzu bildirsə də həmin nömrə gün ərzində zənglərimizə cavab verməyib və telefon uzun müddət söndürülü olub.

Eyni qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova da zəng çatmayıb.

Mövqelərini dərc etməyə hazırıq.

AZMİU-dan tələbələrə HƏDƏ-QORXU: Ödənişləri 1 həftəyə TƏCİLİ ŞƏKİLDƏ ödəyin - NARAZILIQRövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5100   Tarix: 04 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 379
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

01.05.2024 541
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 78
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 476
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

01.05.2024 652
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 226
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 374
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 401
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 465