Xəyanəti bağışlamayan tanınmış aparıcı: "Kişini boş buraxsan..." - FOTO

Xəyanəti bağışlamayan tanınmış aparıcı: "Kişini boş buraxsan..." - FOTOTanınmış aparıcı Umka Hacıyeva yenicag.az-a müsahibə verib.

BiG.AZ müsahibəni təqdim edir:

- Umka, cazibədarlığın qarşısında yaşıl işıq yandırıb?

- Çoxları belə düşünür ki, gözəl oldunsa, bütün qapılar üzünə taybatay açıq olmalıdır. Əslində, belə deyil. Ağıl və qabiliyyət də olmalıdır. Yoxsa ki, təkcə gözəlliklə qabağa getməyin ömrü qısa olur: uzaqbaşı 10 gün, 1 ay... 19 yaşımdan efirlərdəyəm. Bilirəm ki, ağıl olmadan gözəlliklə heç nə əldə etmək mümkün deyil.

- Gözəlliyin başa bəla olduğu məqamlar da olur bəzən...- Ola bilər. Çünki ətrafımızda paxıllığımızı çəkən adamlar da çoxdur. Düşünür ki, əgər gülüb-danışırsa, pozitivdirsə, demək həyatında hər şey yaxşıdr. Belə olanda da başlayırlar ayağından çəkməyə, zərbə vurmağa.

- Bədnəzərdən qorunmaq üçün neynirsən?

- Allaha sığınıram və mənə pislik edənləri də Allaha tapşırıram.

- Əks-cinsin nümayəndələri səni sevgi mesajları ilə bezdirmir ki?

- Hər şey insanın özündən asılıdır. Sənə baxa da bilərlər, sevgi mesajları da yaza bilərlər. Elə yazırlar da. Hərdən həyatda ilk dəfə qarşılaşdığın adam elə davranır ki, elə bil səni illərdir tanıyır. Amma insanın həyatında bir nəfər olmalıdır, onu sevməlisən. O adam da artıq var.

- Qəlbini nə ilə ovsunladı?

- Özünü aparmağı, qadına olan hörməti, savadı ilə. Xarici görünüş də təbii ki, önəmlidir.

- Adətən, gözəl xanımlar çirkin oğlanları seçir.

- Könül sevən göyçək olur. Sevəndə həmin insan gözünə ideal görünür. Mən də eləyəm.

- Qadağalar qoyur sənə?

- Qadağa deməzdim, amma bəzən nələrəsə müdaxilə edir. Müdaxilə deyəndə ki, öz fikrini bildirir.

- Razılaşırsan?

- Bəzən onunla hesablaşıram. Görürəm ki, doğru-dürüst yol göstərir.

- Səncə, hansı qadın həyatda qalib hesab olunur?

- Ailəsi olan, dünyaya övlad gətirən, mükəmməl həyat yoldaşı qalib qadındır.

- Həm də xəyanəti bağışlayan qadın, eləmi?

- Yox, yox... Heç vaxt xəyanəti bağışlamaram. Belə bir anlam var ki, kişlər xəyanət edə bilər. Mən bu fikirlə razı deyiləm. Nə qadına, nə kişiyə xəyanəti yaraşdırmıram. İnsan sevib-seçdiyi qadının həyatında yeganə şəxs olmalıdır.

- Olmalıdır deyirik. Amma olmur axı...

- Qadından çox şey asılıdır.

- Bəlkə məsləhətlərini verəsən?

- Gözəl həyat yoldaşı olmalıdır. Dost olmalıdır, "dır-dır" olmamalıdır. Qadın kişini bir qədər boş buraxmalıdır. Kişini nə qədər çox sıxsan, üstünə getsən, bir o qədər səndən bezəcək. Kişi evə gəlirsə və yeməyə bir şey tapmırsa, bir gün, beş gün, bir ay... axırı dilə gələcək.

- Əl qabiliyyətin necədir, biş-düş bacarırsan?

- Tərifləmək olmasın, əl qabiliyyətim superdir. Kənardan baxanlar bəlkə də deyirlər ki, gözəl qızdır, əlindən bir iş gəlmir. Umka yemək də bişirə bilir, ev də yığışdırır.

- Maşın idarə edirsən. Yol polisləri gözəlliyinə görə xətalarını bağışlayır?

- Heç vaxt. Olub soruşublar ki, kiməsə zəng etdirib, tapşırtdırmaq istəmirsiz? Demişəm ki, qayda pozuntusuna yol vermişəmsə, cəriməmi yazın.

- Ən böyük cərimən nə qədər olub?

- 63 manat.

- Sənə gözəllik verən nədir?

- Vücuddan başqa insanın içi də gözəl olmalıdır. Mənim içim gözəldir.

- Özündə qiymətləndirdiyin ən gözəl xüsusiyyət hansıdır?

- Çox qürurlu və mərdəm. Özümü heç kimin qabağında sındırmaram və heç kimə əzdirmərəm.

- Kimsə qüruruna toxunmağa cəhd etsə, ən sərt reaksiyan necə olar?

- Onu həyatımdan silərəm; hətta nə qədər yaxın olsa da belə... Mən o insanla yad kimi davranaram.

- Haqqında gəzən şayiələr, söz-söhbətlər səni narahat edir?

- Qəşəngsənsə, efirdəsənsə, tanınmış şəxssənsə, sənin haqqında bilərəkdən-bilməyərəkdən danışacaqlar, bu, qaçılmazdır.

- İndiyə qədər elə bir şayiə olubmu ki səni şoka salsın?

- Çoxdur, geyimimdən tutmuş başqa nələrəsə görə.

- Bəs adınız kiminsə sevgilisi kimi hallanıb?

- Xeyr, məni kiminsə sevgilisi etməyiblər.

Xəyanəti bağışlamayan tanınmış aparıcı: "Kişini boş buraxsan..." - FOTOXəyanəti bağışlamayan tanınmış aparıcı: "Kişini boş buraxsan..." - FOTOXəyanəti bağışlamayan tanınmış aparıcı: "Kişini boş buraxsan..." - FOTOXəyanəti bağışlamayan tanınmış aparıcı: "Kişini boş buraxsan..." - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3652   Tarix: 29 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371