"Heç bir mənəviyyatı və əxlaqı olmayanlar efirdən əxlaq və mənəviyyat dərsi verirlər" — Deputat

"Heç bir mənəviyyatı və əxlaqı olmayanlar efirdən əxlaq və mənəviyyat dərsi verirlər" — DeputatBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev yerli telekanallarda yayımlanan bayağı verilişləri sərt tənqid edib.

Q.Həsənquliyev ölkə.az-a açıqlamasında yerli telekanallarda yalnız xəbərləri izlədiyini bildirib:

"Sözün düzü, mənim Azərbaycan telekanallarına çox az vaxt ayırmaq imkanım olur. Vaxtım olanda da adətən xəbərlər proqramlarına baxıram. Ona görə də səmimi deyirəm ki, hansı telekanalda hansı verilişin yayımlanmasından məlumatım yoxdur. Ancaq mətbuatdan oxuyuram ki, bəzi hallarda səviyyəsiz, bayağı artistlər və təsadüfi adamlar verilişlərə çağırılırlar".

Deputat deyib ki, bəzən heç bir mənəvi və əxlaqı imkan verməyən adamlar efirlərə çıxıb əxlaqdan, mənəviyyatdan danışırlar, xalqa dərs keçirlər:
"Təbii ki, bütün bunlar da yolverilməz və üzücüdür. Düşünürəm ki, bu cür halların aradan qaldırılması istiqamətində işlər görülməlidir".

Q.Həsənquliyev təklif edib ki, bu cür şou verilişlərin əvəzinə insanları maarifləndirən, milli-mənəvi dəyərləri aşılayan verilişlər, qızlarımızın təhsili ilə bağlı diskussiyalar olmalıdır:

"Bir nəfər çıxıb efirdə danışanda heç kəs ona qulaq asmaq istəmir. Avropa, Türkiyə və Rusiya telekanallarına baxın, görün orada nə qədər canlı diskussiyalar olur. Həmin ölkələrin telekanallarında auditoriyalara insanlar yığılır və canlı müzakirələr gedir. Azərbaycanda isə ancaq bayağı verilişlərin auditoriyası olur, orada da bayağı hərəkətlər edilir. O gün təsadüfən Azərbaycan telekanallarından birində verilişə baxırdım. Baxırsan ki, hansısa bayağı adamlar efirə tortla gəlirlər. Ancaq həmin şəxslərin üz-gözünə yaxdığı krem tortun üzərindəki kremdən çox olur. Bu cür adamlar Azərbaycan insanının zövqünü, mənəviyyatını korlayır. Bəzən mətbuatdan da tez-tez oxuyuram, efirlərdə küçə adamlarının işlətdiyi ifadələr səsləndirilir. Ancaq biz bu cür verilişlərin əvəzinə, cəmiyyəti narahat edən müzakirələr aparsaq, insanlar həmin diskussiyalara qatılsa, bu həm cəmiyyətə faydalı olar, həm telekanallara baxanların sayını artırar, həm də dövlət bundan istifadə edib öz təbliğatını aparar. İndi Azərbaycan telekanallarına bu qədər vəsait ayrılır, xərc çəkilir, ancaq baxan yoxdur. Əgər yerli telekanallara heç kim baxmırsa, o zaman çəkilən bütün xərclər də mənasızdır. Burada şou verilişlər qazanır ki, onlar da cəmiyyətimiz üçün çox zərərlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1092   Tarix: 29 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 286
.

Hizbullah İsrail yaşayış məntəqəsini raketlə bombalayıb

Hizbullah sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurub. BİG.AZ xəbər verir ki, bu barədə İranın dəstəklədiyi Livan Hizbullah açıqlama verib. Açıqlamada sərhəd bölgəsindəki qəsəbə və ətrafının hədəfə alındığı bildirilib. Qeyd edilib ki, bombardman İsrailin Livanın cənubundak

10:10 177
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 497
.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

13:59 453
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 238
.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

17:08 76
.

Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni baş katibi ola biləcək Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransının sonunda Rutte Ərdoğanın əlini sıxmaq istəsə də buna nail ola bilməyib. Olay aprelin 26-da İstanbulda baş verib. Bundan sonra hər ik

16:22 205
.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

28.04.2024 258
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

28.04.2024 327