"Elə bil "Leyli-Məcnun"a baxırdılar, 60 min adam ora nəyə gəlmişdi?" - Aqil Abbas

"Elə bil "Leyli-Məcnun"a baxırdılar, 60 min adam ora nəyə gəlmişdi?" - Aqil AbbasÖlkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" qrupun ikinci matçında "Roma"ya 1:2 hesabı ilə məğlub olub.

BiG.AZ yenicağ.az-a istinadən xəbər verir ki, Ağdam klubunun azarkeşi kimi tanınan millət vəkili Aqil Abbas qarşılaşma barədə fikirlərini bölüşüb.

"Dünən "Qarabağ" qalib gəldi, dədə. Futbolçular içlərindəki xofa, vahiməyə qalib gəldilər. "Roma" Bakıdan qayıdandan sonra bilirsən kiminlə oynayacaq? – "Milan"la…

– "Qarabağ" da "Zirə" ilə…

– "Zirə" yenə komandadı. Ya "Səbail"lə oynayacağıq, ya da "Neftçi" ilə.

– "Neftçi" komanda deyil?

– Deyil də, qardaş. Yəni, zəifdir. Onların çempionatında bilirsən necədi? İkinci yeri tutan komandaların baş məşqçiləri istefa verir. O komandalar yalnız birinci yer uğrunda vuruşurlar. Amma bizdə necədi? Çempionluq uğrunda yalnız iki komanda oynayır. Buna görə də içimizdə bir vahimə vardı. Amma ikinci hissədə "Qarabağ" "Roma"ya oynamağa imkan vermədi. Düzdü, ilk hissədə furbolçularımız həyəcanlıydı, buna görə də Şehiçin səhvindən sonra qapımızda qol gördük. Kişi kimi oynadılar və uduzdular. "Roma"nın bir futbolçusunun qiyməti "Qarabağ"ın 3 illik büdcəsinə bərabərdir. Onlar "F-16"-larla, "S-300" raketləri, ən müasir tanklar və füzələrlə, amma biz "Roma"nın qarşısında ov tüfəngi, beşaçılan və iki dənə "Kalaşnikov"la… İndi bu döyüşü siz təsəvvür edin də.

– Başqa hansı məqamlardan narazı qaldınız?

– 60 min adam ora nəyə yığışmışdı, bircə onu başa düşmədim. Onlar ora nəyə gəlmişdilər? Heç onlar bilmir axı futbol nədir. Elə bil "Leyli-Məcnun"a baxırdılar. Bir türk yazıb ki, komandaları o cür futbol oynayır, amma azarkeşlik mədəniyyəti inkişaf etməyib. Dünən azarkeşlər 12-ci oyunçuya çevrilə bilmədilər.

– Bəs qarşılaşma "Tofiq Bəhramov" adına stadionda keçirilsəydi…

– Orda oynasaydıq, qalib gələcəkdik.

– Bilirik ki, "Qarabağ"ın oyunlarında emosional olursunuz. Ən çox hansı epizod sizi əsəbiləşdirdi?

– Bütün oyun boyu əsəbi oluram. Məni əsəbiləşdirən futbolçuların topu özlərində çox saxlamalarıdır. Çığırıram ki, ayə, topu axşam evinizə aparacaqsan? Bunların hərəsinə bir top vermək lazımdır. Mən futbolun mütəxəssisiyəm. Və özünüz də gördünüz ki, səhv ötürmədən sonra "Roma" qol vurdu. Sən durduğun yerdə topu onlara verdin. Topu saxlamaqla özünü kimə göstərirsən? Sənin kim olduğunu bilirik də.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2657   Tarix: 28 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib. "Report" xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib. O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambı

04.07.2021 444
.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

Bu MESAJLAR dərhal silinməlidir - XƏBƏRDARLIQ

Telefona gələn bəzi SMS ismarıclar dərhal silinməlidir. "Praym"ın məlumatına görə, bu barədə "Sinerqiya" Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib. Onun sözlərinə görə, bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların

27.08.2020 2020
.

Röya hamilədir? - YENİ FOTOSU şübhələndirdi

Müğənni Röya Ayxanadan xəbər var. xəbər verir ki, Xalq artisti "İnstagram"səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib. O, yenicə doğulmuş uşaq ayaqlarının fotosunu paylaşaraq "dəyməyin keyfimə" yazıb. Bununla da xalq artisti sevdiklərinin qəlbinə şühbə toxumu səpib

22.09.2020 34279
.

DİN sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən BİG.AZ-a verilən məlumatda bildirilir: . "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-da

03.10.2020 2079
.

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib"

"Dağlıq Qarabağda erməni separatçılığı 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi. Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cava

24.07.2020 977
.

Pulsuz bonuslara sahib ən yaxşı oyunlar

Bildiyiniz kimi Azərbaycanda fəaliyyət göstərən onlarla oyun saytı, bukmeker kontoru var. Ümumiyyətlə real oyun ilə onlayn oyunnu bir-birindən ayıran əsas xüsusiyyətlərdən biri də bonuslardır. Onlayn oyunların real oyunlardan fərqli olaraq bonuslar təklif etməsi müştərilər üçün bir üstünlükdür. Telefonda

01.06.2021 886
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587