Moldova telekanalı ''Eurovision 2012''nin hazırlıqlarından reportaj yayımlayıb (Video)
Yanvarın 25-də Bakıda qonaq olan "Moldova-1" televiziyasının çəkiliş heyəti "Buta Palace"da keçirilən "Eurovision 2012"nin Açar Təqdimetmə mərasimindən, eləcə də may ayındakı şouya hazırlıqlardan reportaj hazırlayıb. Bakının bu möhtəşəm müsabiqəyə hazırlıqlarına heyran olan moldovalı həmkarlarımız "Eurovision 2012"nin uğurlu keçiriləcəyini deyir.
Reportajda Azərbaycan muğamından, xalq artisti Alim Qasımovun "Buta Palace"dakı ifasından, Eurovision ulduzları Ruslana və Safuranın çıxışlarından da bəhs edilir.
"Eurovision 2011"nin qalibləri Eldar və Nigar bu müsabiqənin onların həyatlarını dəyişdirdiyini deyib. "Eurovision 2009"un qalibi Aleksandr Rıbak və "Eurovision 2010""nun birincisi Lena Mayer isə "Moldova-1" telekanalına müsahibələrində "Buta Palace"dakı təqdimetmə mərasiminin möhtəşəm hazırlandığını, Bakının bu yarışmaya layiqli ev sahibliyi edəcəyini bildiriblər.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş