"Roma"nın baş məşqçisi "Qarabağ"dan kimləri fərqləndirdi?

"Roma"nın baş məşqçisi "Qarabağ"dan kimləri fərqləndirdi?"İlk hissə üstünlüyümüz şəraitində keçsə də, ikinci yarıda çətin anlar yaşadıq. "Qarabağ" qapımız qarşısında qol vəziyyətləri yaratdı". Bu sözlər "Roma"nın baş məşqçisi Eysebio Di Françeskoya məxsusdu.

Çempionlar Liqasının II turunda "Qarabağ"ın qonağı olan İtaliya nəhəngi minimalhesablı qələbə qazanıb – 2:1.

Oyundan sonra keçirilən mətbuat konfransında Di Françeskonun qələbə şərhi belə olub: "Dünən "Qarabağ"ın güclü komanda olduğunu elə-belə deməmişdim. Bu gün bir daha şahid olduq ki, "Qarabağ" çox güclü rəqibdi. Bizə də çox çətin anlar yaşatdılar".

- Oyunu eyni tempdə aparmadınız...
- Bununla razıyam. Rəqibin qolundan sonra bizdə çatışmazlıqlar yarandı. Nəzərə alın ki, hələ inkişaf mərhələsindəyik, topla rəftarımızı gücləndiririk. Ancaq "Qarabağ"dan güclü idik və əsas odu ki, burdan 3 xalla ayrılırıq.

- İkinci hissədə əsəbləşirdiniz. Bunun səbəbi uzun ötürmələr idi, yoxsa Qonalonun oyunu?
- Qonalon yaxşı oyunçudu. Amma o, gənc deyil. Bu gün oyunundan razı qaldım. Uzun ötürmələrə qarşıyam. Amma bəzən belə ötürmələrə də ehtiyac duyulur.

- İlk iki qoldan sonra oyununuz alınmadı. Bu, arxayınlıqdan qaynaqlanırdı?
- Xeyr. Bundan söhbət gedə bilməz. İki qoldan sonra da 5-6 qol vəziyyətimiz oldu. "Qarabağ" da bizə çətinliklər yaratmağa başladı. Bunun səbəbi idi ki, 3-cü topu vura bilmədik.

- Bu gün Defrelin zədələnməsi planınıza təsir etməyəcək?
- Defrelin zədəsi deyəsən ciddidir. Ola bilsin ki, həm o, həm də Perotti qarşıdakı matçda iştirak etməsin. Amma bizim Florenzi kimi oyunçumuz var ki, onları əvəz edə bilər.

- "Qarabağ"da kimi xüsusi fərqləndirərdiniz?
- Bütün futbolçular yaxşı oynadılar. Topla gözəl davranırdılar. Matçdan əvvəl də rəqibin hücum xəttini xüsusi qeyd etmişdim. Əsasən 11 (Mahir Mədətov), 9 (Dino Ndlovu) və 10 (Pedro Enrike) nömrəli oyunçularını bəyəndim. (Apasport.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1466   Tarix: 28 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126