"Adamyeyənlər ət satışı üçün yer axtarırdılar" - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

"Adamyeyənlər ət satışı üçün yer axtarırdılar" - Hanniballar ailəsi barədə ŞOK DETALLARRusiyanın Krasnodar vilayətində yaşayan adamyeyənlərin qorxunc tarixi yeni təfərrüatlarla zənginləşir.
BiG.AZ Publika.az istinadən xəbər verir ki, qətllərdə və insanların ətinin yeyilməsində şübhəli bilinən Bakşeyevlər ailəsinin şəkilləri KİV-də çıxandan sonra şəhər restoranlarının rəhbərləri şokedici açıqlamalar verib.
Məlum olur ki, saxlanılanlar dəfələrlə restoranlara işə düzəlmək istəyiblər, öz məhsulunu kafe və restoranlara təklif ediblər.
"Mən bu xanım və onun ərinin şəklini görəndə, yaddaşımdakı xatirələr üzə çıxmağa başladı. İki saat düşünərək faktları müqayisə edirdim. Natalya Bakşeyeva parlaq donda aşpaz kimi işə düzəlmək üçün yanıma gəlirdi", - Krasnodar şəhərinin Yubiley mikrorayonunda kafenin direktoru Vitali Yakubenko deyib.
O, bu hadisənin 2010-cu ildə baş verdiyini bildirib. Qadını bu vaxta kimi yadda saxlamasına gəlincə, restoran rəhbəri bunu onun çox aktiv olması ilə izah edib: "Çox aktiv idi, çox vurnuxurdu və bir çox sual verirdi. Əti və balığı haradan aldığımızı, məhsulumuzun nə qədər təzə olduğunu soruşurdu. Mən cavab verdim ki, məhsulu yalnız sertifikatlı təchizatçılardan alırıq. Anlayın, belə suallar elə-belə verilmir. Mən çoxdan biznesin bu sahəsində işləyirəm. Bir neçə dəfə öz məhsulunu, həmçinin əti ucuz qiymətə satmaq istəyən insanlarla rastlaşmışam. Bu qadın mənə boşboğaz və çox maraqlanan kimi göründü".
Restoran müdiri qadına anketi doldurmağı təklif edib. Natalya anketi götürərək evdə dolduracağını bildirir.
Həmin vaxt onun əri Dmitri Bakşeyev kafenin qarşısında gözləyirdi. Vitali Yakubenkonun sözlərinə görə, qadın açıq-aydın zəhmətkeş aşpaza oxşamırdı.
"Mən əla bilirəm ki, aşpazlar dırnaq uzatmırlar. Yəqin, adamyeyənlər ətin satışı üçün yer axtarırdılar. Amma qadın ucuz ət olduğuna dair işarə vermirdi. O, yalnız bizim aldığımız məhsullarla maraqlanırdı", - kafenin direktoru deyib.
Natalya özünü iş təcrübəsi olan aşpaz kimi təqdim edib.
Dondurulmuş və konservləşdirilmiş ucuz ət satışı barədə tez-tez təkliflər aldığını deyən kafenin direktoru belə təkliflərdən həmişə qaçdığını vurğulayıb: "Çünki 1990-cı illərdə baş verən bir hadisə indi də yadımdadır. Mən 15 yaşlı balaca oğlan idim. Milis əməkdaşları gözlərimin qarşısında ət təchizatçısını saxladılar. Milis kişinin arabasını açanda orada insan qalıqlarını aşkarladılar. O, öz malını restoranlara satırdı".
Xatırladaq ki, sentyabrın 25-də Rusiyanın Krasnodar vilayətinin ərazisində hüquq-mühafizə orqanları adamyeyən ailəni ifşa ediblər. Polis əməkdaşları aydınlaşdırıblar ki, cinayətkarların ailəsi 1999-cu ildən insanları oğurlayaraq öldürür və öz qurbanlarını hissə-hissə yeyirdilər.
İlkin informasiyaya görə, ər-arvad 30 nəfərin qətlinə görə cinayət işinə cəlb oluna bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2951   Tarix: 27 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

15:10 0
.

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

ABŞ-ın Pensilvaniya ştatındakı qocalar evlərinin birində gənc tibb bacısı Hezer Pressdi 17 qocaya öldürücü dozada dərman verib. xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərin dediyinə görə, qız yaşlı insanların çarəsizliyi və onlara daim baxmaq tələbidən hiddətlənib. O, dəfələrlə qocalar evinə sığına

15:00 0
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 272
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 200
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 194
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

04.05.2024 194
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 192
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 5470
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 1308