Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - Kremlin TORPAQ ŞƏRTİ AÇIQLANDI

Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - Kremlin TORPAQ ŞƏRTİ AÇIQLANDI2014-cü ildə Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinə Donbasın işğal edilmiş ərazilərinin qaytarılmasına əvəz olaraq Krımdan imtina etməyi təklif edirdi.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının "Xalq cəbhəsi" fraksiyasının üzvü, parlamentin hüquq-mühafizə fəaliyyətinin qanunverici təminatı məsələləri üzrə komitəsinin katibi Anton Qeraşenko "5 kanal"ın efirində deyib.

"Putin hələ üç il əvvəl Krımdan tam imtina və Rusiyaya qarşı bütün sanksiyaların ləğvinin qarşılığında Donbası qaytarmağı təklif edirdi. Amma bu şərtlər qəbuledilməzdir. Əgər biz Donbasda sülhməramlılardan danışırıqsa, onda orada Rusiya qoşunları olmamalıdır. İkincisi, bununla Rusiya razılaşmalıdır. Mən buna inanmıram", - Qeraşenko əlavə edib.

Deputat hesab edir ki, Rusiya özü üçün əlverişsiz şərtlərdə Ukraynanın şərqinin işğal edilmiş hissəsinin qaytarılmasına getməyəcək. Onun sözlərinə görə, Donbas Krımın ilhaqının tanınması və sanksiyaların ləğvi üçün Ukrayna və dünya cəmiyyəti ilə ticarət alətidir.

Daha əvvəl Rusiya Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryov bildirib ki, Putin Donbas və Krımla əlaqədar müxtəlif planlara malikdir.

"112 Ukrayna" kanalının "Qordon" proqramının efirində danışan İlya Ponomaryovun sözlərinə görə, Putin Donbasdan tezliklə imtina edəcək və öz qoşunlarını oradan çıxaracaq. Amma Ponomaryov əmindir ki, Kremlin başçısı Krım üçün sona qədər dayanacaq.
"Putin Donbası verəcək. Krımı isə xeyr. Putin Krımı saxlamaq üçün ondan asılı olan hər şeyi edəcək. O, yarımada üçün sona qədər dayanacaq", - sabiq deputat hesab edir.
O əlavə edib ki, Krımı Ukraynaya yalnız yeni Rusiya hakimiyyəti qaytara bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1499   Tarix: 26 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643