"Dedi, mənim olmasan gözünün qabağında qızını da..." - Övladı ruhi xəstə olan ananın fəryadı

"Dedi, mənim olmasan gözünün qabağında qızını da..." - Övladı ruhi xəstə olan ananın fəryadıOnu çoxdandı görmürdüm. Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin binasından bir az aşağıda, yolun kənarındakı kolluğa qısılıb oturardı. Hər dəfə keçəndə ovcuna pul basardım. Heç vaxt başını qaldırıb baxmaz, dilucu dua edərdi. Sonra daha rastıma çıxmadı. Bir ay sonra isə onu yenidən – bu dəfə 9-cu mikrorayon ərazisində, supermarketlərdən birinin yanında gördüm. Həmin gün möhkəm yağış yağırdı. Adəti üzrə, büzüşüb bir kənarda oturmuşdu. Su içində idi. Yaxınlaşıb salamlaşdım, ovcuna pul basdım. Və o, ilk dəfə olaraq, başını qaldırıb gülümsədi. Üzündə su damcıları vardı: yağış, yoxsa gözyaşı idi… ayırd edə bilmədim.

…Beləcə, "dostlaşdıq". Hər dəfə yolum həmin supermarketin yanından düşəndə, onun oturduğu yerə boylanar, orda olduğunu görən kimi yaxınlaşıb sədəqə verərdim. Budəfəki yaxınlaşmam isə bir qədər fərqli oldu. Uzaqdan şəklini çəkdim. O dəqiqə hiss etdi. Başını qaldırıb, üzümə baxdı: "Sən mənim xətrimə dəydin", dedi.

– Axı niyə? Bəlkə sənə kömək etmək istəyirəm, – deyib, adətim üzrə əlimdəki pulu ovcuna basmaq istədim.

– İstəmirəm pulunu… Əgər mənim burda oturmağımı da çox görürsənsə, durub gedərəm. Mənə yaxşılıq etmək istəyirsənsə, şəklimi sil.

– Siləcəm.

– İnanmıram.

Telefonu ona uzadıb dedim:

– İnanmırsan, bax, şəkil-filan yoxdur.

Əlinin içində yumruladığı, rəngi çirkdən qaralmış yaylıqla gözlərinin yaşını silib, dedi:

– Mənim telefondan başım çıxmır ki… Elə o telefon oldu mənim evimi yıxan…

– Niyə ki?

– Heç nə deməyəcəm, sənə. Şəklimi silərsən sonra…

– Axı sən kimdən qorxursan ki?

– Ərimdən. 8 ay sonra türmədən çıxacaq. Şəklimi hardasa görər, məni doğrayar. Qoyun oturub dərdimi çəkim.

– Bəlkə dərdini mənə də danışasan?

Əvvəlcə tərəddüd edir, sonra başını qaldırmadan qırıq-qırıq cümlələrlə danışır:

– Adım Sənubərdir. 25 ildir ki, Bakıda, kirayələrdə yaşayıram. Yoldaşım uzaq qohumum idi. Özü də məndən 15 yaş böyükdür. Rayonda dolana bilmədik, dedik köçək Bakıya, bəlkə iş tapdıq. Yoldaşım yaxşı oğlandır. "Sədərək"də arabaçı işinə düzəldi, bütün günü onun-bunun yükünü daşıyırdı, dolanırdıq. Mən də evlərə təmizliyə gedirdim. Sonra qızımız doğuldu. Uşaq xəstə idi, "sudurqası" olurdu. Pulumuz onun müalicəsinə gedirdi. Beləcə, kirayələrdə qala-qala 12 il ötdü. Yoldaşım Nazim get-gedə arağı balasından çox istəməyə başladı. Bir dostu vardı: Rəşid. Demək olar ki, hər gün onunla gəlirdi, oturub içirdilər. Balaca otaq, qızım da səsdə yata bilmirdi, bir söz deyən kimi ərim yumruğunu göstərirdi. Rəşid də düz-əməlli adam deyildi. Elə hey mənə baxırdı. Bir-iki dəfə yoldaşıma dedim ki, rəddə elə bunu. Eşitmədi məni. Bir gün yenə yeyib-içdilər. Yoldaşım başını stola qoyub yatdı. Mən də fikirləşdim ki, indi Rəşid də durub gedər, keçdim mətbəxə ki qabları yuyum. Birdən hiss etdim ki kimsə mənə arxadan yaxınlaşır. Çönəndə Rəşidi gördüm. Gözləri vəhşi öküzün gözlərinə oxşayırdı. Əlini sinəmə atıb, özünü mənə sıxdı. Qışqırdım. Əli ilə ağzımı tutdu. Dedi ki, özünü yorma, ərinin arağına elə dərman qatmışam ki, qulağının dibində top da atsalar oyanan deyil. Nə qədər çırpındım xeyri olmadı. Dedi, mənim olmasan gözünün qabağında qızını da zorlayacam. Bir əli ilə ağzımı tutub, o biri əli ilə kəmərini açdı. Nəsə də… Ardını başa düşdüz yəqin. Vəhşi kimi qeyri-təbii etdi hər şey… Mən ağrıdan ölürdüm, gözümdən yaş gəlirdi. Bir onu fikirləşdim ki, özümü öldürəcəm. Nə vaxt huşumu itirdiyim yadımda deyil. Qızımın ağlamağına oyandım. O vəhşi çıxıb getmişdi, ərim isə hələ də stolun qırağında yatırdı.

Gözyaşlarını saxlaya bilmir. Yənə çirkli yaylığı ilə üz-gözünü silir. Başından sürüşən yaylığını düzəldib, qorxa-qorxa ətrafa göz gəzdirir:

– Sən mənim dərdimi təzələdin… Hər gün dirigözlü ölürdüm. İstədim canıma qıyam, qızıma yazığım gəldi. Mən olmasaydım ona kim baxacaqdı? O alçaq yenə bizə gedib-gəlirdi. Mənə də deyirdi ki, səni telefona çəkmişəm. Səsini çıxartsan ərinə göstərəcəm, deyəcəm arvadın pozğundu, özü mənə "podxod" edib. Hardasa 2-3 il bu adam mənə cəhənnəm əzabı yaşatdı. Qız dərsdə olurdu, Nazim işdə, bu da gəlib-gedirdi. Hər dəfə ağlayıb, özümü öldürürdüm, xeyri olmurdu. Deyirdi, bax, qızın da böyüyüb. Elə etmə ki ona əl atım. Və o gün heç yadımdan çıxmaz. Mən yuduğum paltarı sahibinə vermək üçün getmişdim. Nigarın dərsi tez qurtarar, qız evə gələr. Yoldaşım da bu alçaq Rəşidlə evdə olar. Rəşid ərimə deyər ki, get araq al. Bədbəxt oğlu araq dalınca gedər, yolda əlini cibinə atar ki, pul qalıb evdə. Qayıdanda qızın qışqırığını eşidər. İçəri girəndə görər ki, o şərəfsiz Nigarı yıxıb yerə… Ərim də əlini atar stolun üstündəki bıçağa, düz bunun kürəyindən saplayar. Allah məni biabırçılıqdan belə qurtardı. Yazıq ərimə 15 il iş verdilər.

– Bəs sonra?

– Sən yəqin polisdənsən hə? Ona görə məni sorğu-suala tutursan? Şəklimi də ona görə çəkdin.

– Yox, əşi, nə polis. Sənə kömək etmək istəyirəm, ona görə də şəklini çəkdim ki, qadınların problemi ilə məşğul olan əlaqədar təşkilatlara göstərim.

– Sən elə bilirsən getməmişəm? Hər yerə getmişəm. Mehriban Zeynalovanın da yanına getdim. ("Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri – red.) İstəyirdim qızıma görə mənə kömək eləsin. Bir psixoloq yanına aparım onu; pul da istədim. Dedi, psixoloq-zad tanımır, pulu da yoxdur. Mən də kor-peşman qayıtdım.

– Qızına nə olub ki?

– Qızım ruhi xəstədir də… Uşaqlıqdan epilepsiyası vardı axı. 3-4 il bundan əvvəl də qonşu oğlana qoşulub qaçdı. Sonra da bir oğlu oldu. Uşaq doğulandan sonra qızımın beyni lap çöndü. Əri də qoyub getdi. O da qaldı mənim ümidimə. Həm uşaq, həm evin kirayəsi… qaldım çarəsiz. Özümün də canım ağrıyır. Xəstəyəm. Əlacım bir dilənməyə çatır. Neçə illərdir küçələrdəyəm. Gündüzlər uşağı qonşuya qoyuram, axşam da diləndiyim puldan 1 manat verirəm ona… Bu pul (ovcunu göstərir) kirayəyə güclə çatır. Qızım da dərman içib, bütün günü yatır. Dilənçilik etməkdən yorulmuşam.

Adamı nə qədər tutub, "15 sutkalıq" içəri atarlar. Siz gedin, polisdə 15 sutka saxlanılanlara da kömək edin. Görün orda qadınların başına nə oyun gətirirlər.

– Yoldaşın həbsdən nə vaxt çıxır?

– Az qalıb: 8 aydan sonra. Yazığın 65 yaşı var. Bundan sonra kimə lazımıq? Olar səndən bir xahiş edim? Nolar, məni bir psixoloq yanına göndər, qızıma pulsuz baxsın.

Telefon nömrələri arasından ərkim çatan psixoloqun adını tapıb, zəng etdim. Sənubərin qızı üçün müayinəyə gün təyin etdik. Nömrəni ona verib dedim:

"Bu qadına zəng edərsən, səni gözləyəcək. Amma… gedəndə əynini dəyiş…

Başını qaldırıb, dərdli gözlərini üzümə dikdi: "Başqa paltarım yoxdur axı…".

mənbə: yenicag.az

"Dedi, mənim olmasan gözünün qabağında qızını da..." - Övladı ruhi xəstə olan ananın fəryadı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3659   Tarix: 25 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 158
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 261
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 266
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 166
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 130
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 860
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438