Asiyalı qadınların gözəlliklərinin 8 SİRRİ - FOTO

Asiyalı qadınların gözəlliklərinin 8 SİRRİ - FOTOTarixən Asiyalı qadınlar dərilərinin parlaqlığı və bəyazlığı ilə diqqət çəkiblər. Onların dərisi daim qüsursuz və canlı görüntüyə sahibdir.

BiG.AZ körpə dərisi qədər yumşaq və gözəl görünüşə sahib olmaq üçün Asiyalı qadınların 8 sirrini təqdim edir.

Gizli metod: 4-2-4

Asiyalı qadınlar ən çox bu üsuldan istifadə edir. Birinci onlar hidrofilik yağı üzə çəkib 4 dəqiqə saxlayırlar. Sonra 2 dəqiqə təmizləyici gellə təmizləyirlər. Bu prosesdən sonra 4 dəqiqə üzlərini su ilə yuyurlar. Bu proses hər dəfə iki mərhələ şəklikdə tətbiq edilir.

Müxtəlif süngərlər

Dərinizi dərindən təmizləmək üçün Konya süngərlərindən istifadə edə bilərsiniz. Konya bitkisinin gövdəsindən hazırlanan bu süngərlər dərini tam təmizləyir və yumşaldır. İstifadə etməmişdən əvvəl yumşalması üçün isti suda saxlayın. Təmizliyə alından başlayıb çənədə bitirin.

Məlhəmlər

Gənc və gənc qalmaq istəyənlər üzünüzü müxtəlif tərkibli məlhəmlərin qarışığı ilə müalicə edə bilərsiniz. Asiyalı qadınlar bu məqsədlə təxminən 17 növ məhsuldan istifadə edirlər. Onlar əvvəl incə sıxlıqlı məhsulları dəriyə "yedizdirirlər", sonra isə orta sıxlıqdakı və sonra isə ən sıx məlhəmlərdən istifadə edirlər.

Yay-qış demədən

Dərinizi yay-qış demədən günəş kremləri ilə qoruya bilərsiniz. Asiyalı qadınları ilin bütün fəsillərində çətirlə görə bilərsiniz. Əlbəttə, bunu keflərindən etmirlər. Çünki Günəşin zərərli şüaları fəsildən fərqli olmayaraq dəriyə zərər vura bilərlər. Ona görə də, asiyalı qadınlar bu üsulla dərilərini qoruyurlar. Əlbəttə, siz çətir götürmək məcburiyyətində deyilsiniz. Ən azından günəş kremlərindən istifadə edə bilərsiniz.

Düyü suyu

Asiyalı qadınlar üçün düyü əvəzsiz gözəllik vasitələrindəndir. Üzünüzün dərisinin yumşaqlığı üçün düyü suyu əvəzsizdir. Düyü suyu ilə saçınızı yusanız ona əvəzsiz parlaqlıq qazandıracaqsınız.

Yaşıl çay və nanə

Bu iki bitkini mütəmadi olaraq dərinizə çəksəniz parlaq və canlı görünəcək. Allergiyanız varsa, diqqətli olmalısınız.

Dərinizi belə təmizləyin

Dərinizi təmizləmək üçün istifadə etdiyiniz məhsulları sərt şəkildə üzə sürtmək heç ağıllı yanaşma deyil. Məhsulları üzünüzə yumşaq və masaj edirmiş kimi sürtsəniz effekti daha yaxşı olacaq.

Sonuncu - dəri ağartma

Nəticənin yaxşı olması üçün dərinizi ovaraq ağartmalısınız. İki çay qaşığı düyü ununu bir kasaya töküb, bir çay qaşığı bal, 4 çay qaşığı kartof suyu, üç çay qaşığı limon suyu əlavə edib gözləyin. Yaxşıca qarışdırın və dərinizə qalın təbəqə çəkin, 30-40 dəqiqə saxlayın. Sonra 2-5 dəqiqə yumşaq masaj edin və ilıq su ilə üzünüzü yuyun. (publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2669   Tarix: 24 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 452
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 818
.

Bu avtomobillərdə sürət öz-özünə artır, ya da azalır - TƏHLÜKƏ/VİDEO

İngiltərə və Yaponiya kimi ölkələrdə avtomobillərin böyük əksəriyyətinin sükanı sağ tərəfdədir. Lakin bu avtomobillərin sonradan digər ölkələrdə sükanı dəyişdirilərək ölkəmizə satış məqsədi ilə gətirilir. Belə avtomobillərdə sürət öz-özünə artır, ya da azalır. -ın məlumatına görə, usta İsa Yusibov deyi

05.05.2024 300
.

Milyonçu var-dövlətindən əl çəkib evsiz qaldı- Buna səbəb nə oldu?

Milyonçu Mayk Blek unikal sosial eksperiment aparmaq qərarına gələrək, var-dövlətindən əl çəkərək evsiz qalıb. Onun məqsədi, başlanğıc kapitalı olmadan cəmi 12 ay ərzində 1 milyon dollar qazanmağın mümkün olduğunu sübut etmək idi. xəbər verir ki, o, bütün addımlarını və nəticələri "YouTube"d

05.05.2024 316
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 481
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

05.05.2024 197
.

Təmir ustası xidməti

Usta xidmeti ilə bağlı ən son xidmətləri saytında tapacaqsınız. Sıradan çıxan texnikanızı münasib qiymətə düzəltdirmək istəyirsinizsə, həmçinin peşəkar usta xidmətindən faydalanmaq fikrindəsinizsə, onda vaxt itirmədən bizə müraciət etməlisiniz. Ətrafınızda usta çox olsa da, işindən razı qalacağınız ust

04.05.2024 155
.

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında

28.04.2024 466
.

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər

Mayın 5-6-da geomaqnit qasırğası olacaq. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1 (R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər akti

05.05.2024 178