Ölümün nişanlı Fərmanı - Rövşən Əsədovun yazısı

Ölümün nişanlı Fərmanı - Rövşən Əsədovun yazısıÖlümün nişanlı Fərmanı...

Heç yatsam da yuxuma gəlməzdi ki, belə bir şən, deyib gülən insan sıralarımızı vaxtsız vədəsiz tərk edəcək, həm də avtoqəzada. Hələ də inanmaqda çətinlik çəkirəm, evlərində iki maşın olsa da tələbəlik illərindən universitetə bəzilərindən fərqli olaraq maşınsız, piyada gəlib gedən bir insan avtoqəzada dünyasını dəyişə...

Tələbəlik illərində hər bir gənc kimi maraq dairəmizdə maşın olsa da həmişə bizimlə mən bir milyonluq metro ilə gəzirəm, sizin kimi kasıb deyiləm deyə zarafatlar edirdi. Universitet müəllimlərimiz də onu zarafatcıl biri kimi tanıyırdı.

Tələbəliyimizi başa vurub artıq müstəqiil həyata addımlar atdıq, əlaqələr seyrəldi. Hərəmiz bir sahə üzrə ixtisaslaşdıq, hərəmiz bir yerdə işləməyə, həyat qayğıları çəkməyə başladıq. O da bizim kimi özünə bir həyat qurmuşdu, bir gün yarımçıq tərk edəcəyi həyat. Bu yaxınlarda nişanlanmışdı. Yaxın qohumları rəhmətə getdiyi üçün toyu bir ay bundan sonra etməyi düşünürdü. Həm qohumunun ilinin çıxmağını gözləyirdi, həm də "Məhərrəm" ayının çıxmağını.

Qırmızı rəngli qara lent

Evlərini də bu yaxında təmir etdirmişdilər, gəlin gətirəcəkdilər. Həyətdəki divarı da ucaltmışdılar. Qəzaya düşməmişdən bir gün öncə gecə ilə evlərinin darvazasını (Red. qapı) qırmızı rəngə boyatmışdı. Deyirdi ki, ata pul vermə, dostumdu. Maşın rəngləyir. Sağolsun o da bir manatsız gəlib gecə ilə darvazanı rənglədi. Hər yerə qırmızı lent bağladıq, qırmızı rəngli qara lent...

Bunu mənə Fərmanın atası danışır. Bir ata düşünün, saçı seyrək və ağarmış, nəslinin davamçısı olan 26 yaşlı oğlunu bir neçə gün bundan öncə torpağa tapşıran ata. Artıq nisgil onun səsini də tutmuşdu. Pıçıldaya-pıçıldaya danışırdı...

Deyir ki, bu yaxında toy edəcəkdik deyə maşınları satdıq, dedik toydan sonra yenisini alarıq. Gəldi evə, dedi ki, hamamı taxın gəlib çiməcəm. Nəsə harasa tələsirdi. Sən demə dostunun maşının istəyib, o da canını istəsən əsirgəyən oğlan deyil. Verib maşınını Fərmana ki, qurbandır maşın sənə. Harasa gedirmiş. Masazır yolunda necəsə olub idarəetməni itirib. Maşın təxminən yüz metr yoldan kənara çıxıb...

Sanki yer göy lərzəyə gələcəkdi bu sözlərdən sonra, ortam çox sakit idi. Ürəyimizin döyüntülərini eşidirdik. Ata siqaretini yandırıb bir qurtum aldı, tüstüsü gözünü yandırırdı. Dərin nəfəslə tüstünü içinə çəkib sözünə davam etdi. Oğlumun meyitinə tam baxa bilmədim. Amma qarnı göyərmişdi. Sükan onun daxili orqanlarını dağıtmışdı, boynu, qolu, qıçı qırılmamışdı. Elə hadisə yerində keçinmişdi.

Hadisə yerinə gedən təcili yardımı tapdıq, həkimi danışdırdıq. Deyir biz ora çatanda bir oğlan da vardı. Qışqıra - qışqıra ağlayıb, başına döyürdü. Elə hey deyirdi ki, Allah mən nə cavab verəcəm, Allah mən nə cavab verəcəm? O oğlanın kim olduğunu bilmirdik. Həkim təxmini görünüşün deyəndə bildik, o oğlan Fərmanın dostu idi, maşını Fərmana verən oğlan...

Ekspertiza deyir ki, ya təkər partlayıb yoldan çıxıb, ya da ötmə əməliyyatı zamanı idarəetməni itirib. Dostu qorxudan bizə zəng etməyib, nə də gəlib bizə deyə bilməyib. Bizə polisdən dedilər. Getdik hadisə yerinə baxdıq, hamısın gördüm mən, hər şeyi...

Danışdıqca səsinin əsməsindən nələr yaşadığını anlayırdım. Pıçıltı ilə hər sözdən bir, "Özünü də, məni də, camaatın qızını da bədbəxt elədi. Özünü də, bizi də" deyə üsyan edirdi...

Ata deyir ki, Fərmanı Zabrat qəbiristanlığında dəfn edib. Həm nənəsi, babası da orda dəfn edilib ona görə, həm də yaxın olmasını istəmir. Deyir dayana bilmərik. Hər gün qapıdan girən Fərman daha o qapıdan heç vaxt girməyəcək içəri. Biz buna dözə bilmərik. Anasının da o məzarlıqda ürəyi partlayar, nişanlısının da, mənim də.

Pıçıltılı səs yenə aramla danışır, dünən getmişdim məzar üstünə, səhər tezdən idi. Gördüm ki, nişanlısı qəbirin üstündə ağlayır. Heç kimi yaxınına buraxmırdı. Bir tək məni, bir də qızımı buraxdı yaxına. Bir təhər ayırmışıq məzardan. İndi onun aqibəti necə olacaq?

Atası deyir ki, nə vaxt istəsəniz gətirərəm qızımı amma bu nə vaxta kimi olacaq? Biz kiminsə qızını bədbəxt edə bilmərik, onun da həyatı var. O da ailə sahibi olmalıdır. Biz bununla barışmalıyıq daha. Ölüm alın yazısıdır, onun alnına, qismətinə bu gecə məzarda yatmaq yazılmışdı.

Sonra onun dostu gəldi bizə, mən dedim ki, bura onun evidir, mən heç vaxt onu qovmaram evdən. O da istəməzdi ki, Fərman ölsün. Onlar yaxın dost idilər. Nə də mən heç vaxt ondan şikayətçi olmaram. Gəldi bizə məni qucaqlayıb ağladı, Fərmanın anasını qucaqlayıb ağladı. Stresdən əlini divara vurub parçaladı, bax buralar da hamısı qandır. O istəyərdi ki, heç Fərman qəzaya düşsün? O uşaq evimizin uşağıdır, nişanda da canla-başla iştirak edib, əziyyət çəkib.

Evdə də sakitlik hökm sürürdü, sükutun içərisindən küləyin qırmızı rəngli qara lentləri pilləkanın dəmirlərinə çırpmağının səsi gəlirdi. Daha deyiləcək heç bir söz qalmamışdı, nə də bizim deyiləcək sözlərimiz ata üçün təsəlli ola bilməzdi...

Ölümün nişanlı Fərmanı - Rövşən Əsədovun yazısıQrup yoldaşım Fərman Mehtizadənin acı xatirəsinə hörmətlə...

Allah rəhmət eləsin.

Rövşən Əsədov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1748   Tarix: 21 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

18.12.2025 244
.

Yeni il hədiyyələri alarkən diqqətli olun!

Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulları

18.12.2025 209
.

Ərdoğandan strateji siqnal: sülh sazişi regionda balansı dəyişə bilər

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa indiyədək heç olmadıqları qədər yaxındırlar. O, Türkiyənin Azərbaycanla tam koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyini vurğulayaraq, "Növbəti ilin əvvəlində

18.12.2025 198
.

"YARARLI" ÇAĞIRIŞÇILAR NİYƏ YARARSIZ ÇIXIR? - Yaxud "Hərbi xidmətə yararlı" əsgər xəstəlikdən niyə ölməlidir?

Azpolitika xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbini

18.12.2025 191
.

Mehriban Xanlarovadan haqqında çıxan iddialara - Cavab

Əməkdar artist Mehriban Xanlarovanın Respublika Narkoloji Mərkəzinə və Psixi Sağlamlıq Mərkəzinə yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Axşam.az-ın məlumatına görə, aktrisa çıxan xəbərləri təkzib edib. O, evindən paylaşım edərək bunları deyib:. "Məni heç kim Narkoloji Dispanser

18.12.2025 242
.

Bu il cütlüklər ən çox niyə mübahisə edib? - 5 əsas səbəb

Amerikalı psixoloq Mark Travers 2025-ci ildə cütlüklərin dəfələrlə yaşadığı beş ən yayğın mübahisəni sadalayıb və onların hər birinin arxasında dayanan gizli emosional mənanı izah edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "Forbes" üçün yazdığı məqalədə qeyd edib. "2025-ci il cütlüklə

18.12.2025 123
.

"Barselona"nın futbolçusu arvadı ilə birlikdə öldürüldü

Ekvadorun "Barselona" klubunun müdafiəçisi Mario Pineyda silahlı hücum nəticəsində həlak olub. xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ekvador klubunun mətbuat xidməti məlumat yayıb. Açıqlamada deyilir: "Klub hücum nəticəsində oyunçumuz Mario Pineydanın ölümünü dərin təəssüf hiss

18.12.2025 195
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

18.12.2025 323
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

18.12.2025 384
.

TOP MP3