Nəqliyyatda SABOTAJ: Şirkətlər gediş haqqını ARTIRMAQ İSTƏYİRLƏR? - AÇIQLAMA

Nəqliyyatda SABOTAJ: Şirkətlər gediş haqqını ARTIRMAQ İSTƏYİRLƏR? - AÇIQLAMASon bir ayda paytaxt Bakı və ətraf qəsəbələrə işləyən avtobusların sayı azalıb. Avtobusların xəttdən çıxarılması isə intervalın artmasına və sərnişin sıxlığına səbəb olur. Əsasən pik saatlarda müşahidə edilən avtobus qıtlığı sərnişinlərin ciddi narahatlığına və etirazına səbəb olub. Bir sıra şirkətlərin marşrut xəttində avtobusların sayını azaltması qış tədarükü ilə bağlı qabaqlayıcı tədbirlərlə əlaqələndirilir. Deyilənə görə daşıyıcı şirkətlər bilərəkdən avtobusları növbə ilə xətdən çıxararaq, qışa hazırlıq məqsədilə təmirə göndərirlər.

BiG.AZ xəbər verir ki, bəzi məlumatlara görə sərnişindaşıma ilə məşğul olan şirkətlər gediş haqqını qaldırmaq istədikləri üçün avtobusların sayını azaldıblar. Hesab edilir ki, ehtiyat hissələri bahalaşadığı üçün avtobusları saz vəziyyətdə saxlamaq mümkün olmur.

Məsələ burasındadır ki, avtobusların sayı o qədər azaldılıb ki, dayanacaqlarda sərnişin əlindən tərpənmək mümkün deyil. Nəzərə alsaq ki, yeni tədris ilinə start veriləndən dayanacaqlar əhali sıxlığı daha çox müşahidə edilir. Avtobus qıtlığı və intervalın artması sərnişinlərin işini daha da çətinəşdirir. İşə tələsən və avtobus tapmayan sərnişinlərin yeganə ümid yeri isə taksilərə qalıb. Analoji problem Bakıətrafı qəsəbələrdə daha qabarıq və kəskin şəkil alıb. Qəsəbənin o başında dolan avtobus, bu başa çatanda artıq sərnişin sıxlığı ucbatından dayanacaqda saxlamır. Qapıları açıq vəziyyətdə yola düzələrək, təhlükəli şəkildə hərəkət etməkdə davam edir. Sərnişinlər isə daha uzun müddətdə avtobus gözləməyə məcbur olurlar. İstənilən halda yaranan bu mənzərədən ən çox əziyyət çəkən sərnişinlər olur.

Nəqliyyatda SABOTAJ: Şirkətlər gediş haqqını ARTIRMAQ İSTƏYİRLƏR? - AÇIQLAMABakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin Sektor müdiri Mais Ağayev "Cümhuriyət" qəzetinə bildirib ki, səbəb avtobus qıtlığı deyil:

"Avtobusların sayı azalmayıb. Əksinə, yay regiminə münasibətdə bir sıra marşrut istiqamətləri üzrə nəqliyyat vasitələrinin sayı hətta artırılıb. Sadəcə tədris ili başladığı üçün şəhər əhalisinin sayı artıb. Yayda hamı şəhərdən kənarda idi, dincəlirdi. Sadəcə şəhərdə insanlarımızın sayı artdığı üçün belə hallar baş verir. Bu halın qarşısının alınması və sərnişinlərin xüsusən günün pik saatında dayanacaqda daha çox gözləməməsi üçün, intervalın azaldılması istiqamətində işlər aparılır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1112   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 126
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 153
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 261
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 622
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 325