Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilərÇempionlar Liqasının 2018-2019 mövsümünün final matçının harada keçiriləcəyinə böyük ölçüdə aydınlıq gəlib.

BiG.AZ apasport.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici oyununun Bakı Olimpiya Stadionunda baş tutmaq ehtimalı artıb.

Çünki digər namizəd "Vanda Metropolitano" stadionu UEFA-nın tələblərinə tam cavab vermir. Madrid şəhərindəki arenanın 7000 VİP tutumu var ki, bu da çox az hesab olunur.

VİP zonanın kiçikliyi ilə yanaşı, stadionətrafı ərazi də yetərincə deyil. Bu da qonaqların qəbulu zamanı çətinliklər yarada bilər. Stadionun inşası zamanı "Atletiko" rəhbərliyinin o qədər də önəm vermədiyi bu arqumentlər ÇL-in finalını İspaniya paytaxtından uzaqlaşdırıb. Nəricədə "Atletiko"nun son 4 ildə Çempionlar Liqasında yüksək səviyyədə çıxış etməsi, 2 dəfə finala, 1 dəfə də yarımfinala çıxması fonunda klubun stadionunun finalı qəbul etmək şansları aşağı qiymətləndirilir.

Həmkarlarımızın iddiasına görə, Bakıdakı idman qurğusu UEFA-nın diqqətini daha çox çəkib. Azərbaycanın vəd etdiyi vergi güzəştlərinin mümkünlüyü arenanı qitə futbol qurumu üçün daha cəlbedici edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1050   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 486
.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 468
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 290
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 311
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 333
.

"Barselona" rəsmisi Xavini klubda saxlamağa çalışacaqlarını etiraf edib

İspaniyanın "Barselona" klubunun vitse-prezidenti Rafa Yuste baş məşqçi Xavi Ernandesi postunda saxlamağa çalışacaqlarını etiraf edib. "Report" xəbər verir ki, yerli AS nəşrinə açıqlama verən funksioner mütəxəssisin Kataloniya təmsilçisində qalacağına ümid etdiyini söyləyib. "Onunl

31.03.2024 360
.

Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Ənənəvi tədbir Yunanıstanın qədim şəhəri Olimpiada gerçəkləşib. İlk məşəl daşıyan fransalı, 2004-cü ildə üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu olub. Qeyd edək ki, Fransada təşkil ediləcə

16.04.2024 333
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14.04.2024 289
.

Rusiyalı dünya çempionu vəfat edib

Şosse velosipedi üzrə dünya çempionu Natalya Melyoxina vəfat edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyası məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. Natalya Melyoxina 1989-cu ildə komanda yarışında dünya çempionu olub. O, həmçini

30.03.2024 358