"Sevgilin varsa, mənə de" — iki uşaq anası onu bıçaqlayan sevgilsini BAĞIŞLADI

"Sevgilin varsa, mənə de" — iki uşaq anası onu bıçaqlayan sevgilsini BAĞIŞLADIÖzündən 8 yaş böyük sevgilisini bıçaqlayan şəxsin məhkəməsi baş tutub.
Turxan iki uşaq anası olan sevgilisini onunla evlənmək təklifinə yox dediyinə və qısqandığına görə vurduğunu bildirib.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamda təqsirləndirilən 1993-cü il təvəllüdlü Hacıyev Turxan Hacı oğlu cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Azər Orucovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hadisənin təfərrütları....

24 yaşlı Turxan sevgi münasibətlərində olduğu 32 yaşlı Samirə Məhərrəmovanın sağlamlığına qəsdən ağır zərər vurub. Hadisə 1 may 2017-ci il tarixdə saat 19 radələrində baş verib.

"Azadlıq prospekti" metrostansiyasının yaxınlığında görüşən Samirə ilə Turxan arasındakı söhbət qanlı bitib. Samirə Məhərrəmovanın bıçaqlanmasına səbəb münasibətdə olduğu Turxanın ailə həyatı qurması təklifinə cavab verməməsi olub. Aralarında mübahisə yaranan zaman Samirə Məhərrəmovanın telefonuna zəng gəlib. S.Məhərrəmovanın telefonu söndürərək gizlətməsi isə Turxan Hacıyevi lap qəzəbləndirib.

Turxan S.Məhərrəmovanı söhbətə tutaraq yaxınlıqdakı istirahət parkında heç kim olmayan əraziyə gətirib. Ağac altında mübahisə edərkən T.Hacıyev üzərində olan bıçaqla S.Məhərrəmovanın qarın nahiyyəsindən bir zərbə endirib. Onu orada qoyaraq qaçıb.

İstintaq zamanı dindirilən T.Hacıyev törətdiyi əmələ görə özünü təqsirli bilib. O deyib ki, Samirə Məhərərmovanı 2016-cı ildə qohumugildə görüb və tanıyıb. Sonra onun telefonunu götürərək danışmağa başlayıb. Bir müddət sonra aralarındakı tanışlıq sevgi münasibətlərinə çevrilib.

S.Məhhərərmovanın daha əvvəl ailə həyatı qurduğunu və iki uşağının olduğunu deyən T.Hacıyev onunla ailə həyatı qurmağı da planlaşdırdıqlarını deyib.

"Sevdiyin varsa, bunu mənə de..."

Onun sözlərinə görə bu sevgi münasibətləri ciddi olub və bir müddət də birlikdə yaşayıblar. Usta işlədiyini deyən T.Hacıyev S.Məhərrəmova ilə ailə qurmaq planlarının olduğunu, lakin maddi problemlərə görə toy edə bilmədiklərini söyləyib.

Sonradan Samirənin evlilik fikrindən daşındığını söyləyən T.Hacıyev bunları qeyd edib: "Samirə mənə dedi ki, anası onu Türkiyəyə yola salmaq istəyir. Orada qohumlarının olduğunu deyirdi. Həmin gün görüşəndə telefonuna zəng gəlirdi. Amma telefonu söndürüb, çantasına qoyurdu. Mən də onu qısqanırdım, şübhələnirdim. Soruşdum ki, əgər sevdiyin varsa, bunu mənə de. Amma cavab vermədi. Mən də onu qısqandığım üçün vurdum. Öldürmək niyyətim olmayıb. Səhər xəstəxanaya getdim. Samirənin səhhəti ilə maraqlandım. Sonra polis tərəfindən axtarıldığımı bilib, təslim oldum".

T.Hacıyev əməlindən peşman olduğunu bildirib.

Samirə onu bıçaqlayan Turxandan şikayətçi deyil

İş üzrə zərərçəkmiş Samirə Məhərrəmova da istintaqda dindirilib. S.Məhərərmova da Turxan kimi eyni məzmunlu ifadə verib. O, parkda olan hadisə ilə bağlı danışarkən əlavə edib ki, Turxan ona evlənmək təklifi etsə də o, bir az gözləməsini istəyib. Bu məsələni anası ilə danışmalı olduğunu bildirib. Həmin vaxt da anası ona zəng edib

"Turxan anamla danışmağımı istəmirdi. Buna görə də əsəbləşirdi. Mən də telefondan anamın adını silmişdim. Turxan isə zəng edənin başqa şəxs olduğunu düşündü. Bir də baxdım ki, qarnımdan qan axır. Turxan məni vurandan sonra qaçdı. Huşumu ittirdiyimdən sonra olanları xatırlamıram".

S.Məhərrəmova onu bıçaqlayan T.Hacıyevdən şikayətinin olmadığını deyib.

T.Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Qeyd edək ki, T.Hacıyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2475   Tarix: 17 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 424
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 180
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 1465
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

03.05.2024 297
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 340
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 178
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 676
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1694
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 240